Çin kəşfiyyatı tayvanlı hərbçiləri öz sıralarına cəlb etmək istəyib

06.08.2023 - 12:12

Çin Xalq Respublikasının kəşfiyyat xidmətləri lombardlara baş çəkdikləri təqdirdə Tayvan əsgərlərini öz sıralarına cəlb etmək istəyib.

“Report” xəbər verir ki, bu barədə Tayvanın “Taipei Times” qəzetinin məqaləsində deyilir.

Adanın əks-kəşfiyyatı müəyyən edib ki, Çin kəşfiyyatçısı olduğu iddia edilən şəxs müştəriləri arasında Tayvan Silahlı Qüvvələrinin fəal üzvlərini müəyyən etmək üçün lombardlara baş çəkib.

Beləliklə, o, çətin maliyyə vəziyyətində olan və pula ciddi ehtiyacı olan hərbçiləri tapmağa çalışıb, çünki onlar Çin üçün rahat ələ keçirilə və casusluq üçün ən asan hədəfə çevrilə bilərdi.

Nəşr nə qədər hərbçinin bu cür hədəfə çevrildiyi barədə məlumat verməyib, həmçinin Çin kəşfiyyatçısı olduğu iddia edilən zabitin saxlanılıb-saxlanılmadığını da dəqiqləşdirməyib.

 

 

Əvvəllər Tayvan prokuroru işləmiş vəkil Ven Veilun qeyd edib ki, son vaxtlara qədər Çinin kəşfiyyat birliyi əsasən təqaüdə çıxmış hərbçiləri “işə” cəlb edirdi. Bu halların əksəriyyəti keçmiş hərbçilərin başqa ölkələrə səfərləri zamanı baş verib – orada onlara adanın silahlı qüvvələri haqqında məlumat müqabilində pul mükafatları və qiymətli hədiyyələr təklif edilib. Bununla belə, son illərdə Çin kəşfiyyatı getdikcə daha çox Tayvanın aktiv ordusunun işçilərini “əməkdaşlığa” cəlb etməyə çalışır.

Qəzet qeyd edir ki, indi Tayvan qanunvericiliyi hərbçilər arasında potensial xain və məlumat verənlərə münasibətdə nisbətən yumşaqdır. Nümunə kimi nəşr bu həftə Tayvan ordusunun polkovnik-leytenantının və adanın silahlı qüvvələrində informatorlar şəbəkəsi yaratmağa çalışan Çin kəşfiyyatçısının saxlanılmasını göstərir. Müstəntiqlər bu işdə casusluqda şübhəli bilinən daha dörd hərbçini dindiriblər, lakin sonradan dördü də zaminə buraxılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194245

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031