Futbolun rekordları və gülünc anları

03.01.2014 - 01:21

Dünyanın ən populyar oyunu haqda bilmədikləriniz və görmədikləriniz

 
– İstanbul Atatürk Olimpiya stadionunda baş tutan “İstanbul BB” –
“Gənclərbirliyi” matçı ən az azarkeşlə oyun keçirilən stadion olub. 81
min azarkeş tutumu olan stadionda keçirilən qarşılaşmanı 50 nəfər
izləyib.
– 1894-1907-ci illərdə “Şeffild
Yunayted”, “Çelsi” və “Bradford Siti”də çıxış edən, İngiltərə millisində
bir oyun keçirmiş Hanri Foulkenin 152 kq çəkisi olub.
– Almaniyanın II Bundesliqasında çıxış edən “1860 Münhen” baş məşqçisi Friedhelm Funkel peşəkar boksçudu. 

2001-ci ildə Sidneydə keçirilən matçda Samoanı 31:0 hesabı ilə yenən
Avstraliyanın 11 qoluna imza atan Arşie Tompson qırılması çətin olan
rekorda imza atıb.
– Ən çox azarkeşin
toplaşdığı dünya çempionatı matçı 1950-ci ildəki mundialın finalı olub.
Braziliyanın “Marakana” stadionunda baş tutan Braziliya- Uruqvay matçını
199 min 854 nəfər canlı izləyib.

Finlandiyanın məşhur futbolçularından olan Pentti 1986-cı ildə öz
qapısına 5 qol vurub. Matçdan sonra komanda yoldaşları ona kompas
hədiyyə edib.
– 1998-ci ildə ikinci liqa klubu
“Jiul Petrosani”də çıxış edən rumın futbolçu İon Radu “Valkea” klubuna
500 kq ət qarşılığında satılıb.
– Maskerano
Argentina millisinin formasını ilk dəfə geyinəndə – 16 iyul 2003-cü ildə
hələ heç bir peşəkar klubda çıxış etməmişdi. Bundan bir müddət sonra
isə o, “River Pleyt”in əsas heyətinə cəlb olunub.

“Bournemout”un “Vrexham”la keçirdiyi oyunda meydana 84-cü dəqiqədə
çıxan və 140 saniyədə 3 qol vuran Ceyms Hayter İngiltərə Futbol
Liqasında ən tez het-trik edən futbolçudu. Premyer Liqada isə bu rekord
Robbi Fovlerə aiddi. Məşhur ingils 1994-cü ildə 277 saniyədə 3 dəfə
fərqlənib.
– Avropada azarkeş rekordu
Şotlandiyayva məxsusdu. 1937-ci ildə “Hampden Park”da keçirilən ölək
kubokunun “Seltik” – “Aberdeen” matçını 146 min 433 nəfər izləyib.

Zədə səbəbindən “ən uzun müddət oynamayan ən bahalı futbolçu” “Milan”a
“Real”dan 11 milyon dollara keçən Fernando Redondo olub. İtaliyada
meydana çıxdığı ilk matçın 3-cü dəqiqəsində zədələnən futbolçu təxminən
2,5 il oynaya bilməmişdi. Redondo 2,74 milyon dolları, ona verilmiş evi
və maşını geri qaytarmaq istəsə lə, klub qəbul etməmişdi.
– Matçın 60-cı dəqiqəsindən sonra futbolçuların infarkt keçirmək riski 44 faiz artır.
– Əfsanəvi ingils futbolçu Hari Lineker 20 illik karyerası ərzində sarı vərəqə almayıb.

1986 və 1990-cı illərdəki dünya çempionatlarında Argentina millisinin
üzvlərinə toyuq əti yemək qadağan edilib. Səbəb isə guya toyuğun
uğursuzluq gətirməsidi.
– Kolumbiya matçında 3
penaltidən yararlana bilməyən argentinalı Martin Palermo beynəlxalq bir
matçda “ən çox penalti qaçıran” futbolçu kimi tarixə düşüb.
– 1992-ci ildə Səudiyyə Ərəbistanında 7 və daza çox qol buraxan klublara şallaq cəzası verilirdi.
– Vida matçında öz qapısına qol vuran yeganə futbolçu Frans Bekkenbauer olub.

1993-cü ildə Paraqvayda “Sportivo Ameliano” və “General Kaballero”
klubları arasında keçirilən matçda 20 qırmızı vərəqə göstərilib.

Hindistan 1950-ci ildəki dünya çempionatından imtina edib. Səbəb isə
FIFA-nın hindistanlı futbolçulara ayaqyalın futbol oynamağa icazə
verməməsi olub.
– “Villenhall Tovn Ladies” –
“Burton Brevers” matçı “Ginness Rekordlar Kitabı”na düşüb. Orta hesabla
hər 1,5 dəqiqədən bir qolun vurulduğu oyunda birincilər 57:0 hesablı
qələbə qazanıb.
– 4 dəfə dünya çempionatına
qatılan ABŞ yığmasının qapıçısı Kasey Keller maşınından qolf ağacını
götürərkən ön dişlərini qırmışdı.

“Trabzonspor” 1979/80 mövsümündə keçirdiyi 30 oyunda 25 qol vurub (orta
hesabla hər matçda 0.833 qol) və çempion olub. Türkiyə klubu bu
göstərici ilə “dünyanın ən neqativ çempionu” adını qazanıb.
– Karyerası ərzində vurduğu 63 penaltidən 16-sını boşa verən Herd Müller “dünyanın ən çox penalti qaçıran futbolçu” olub.

Dünyanın ən sürətli het-trik müəllifi “Ross Kounti”nin keçmiş üzvü
Tommi Rossdu. O, 1964-cü ildə “Viktroya Park”da keçirilən “Nairn Kounti”
matçında 90 saniyədə 3 dəfə fərqlənib.

Zimbabvedə ordu klubunda oynayan “Kone Tekstiles”in forvardı Elişa Banda
sivil komandaya transfer olunandan sonra keçmiş komanda yoldaşları
tərəfindən oğurlanıb. O, 8 gün ağır işgəncələrə məruz qaldıqdan sonra
ağzı bağlı şəkildə Harare yaxınlığında tapılıb.

UEFA Kubokunu qazanan “Sevilya”nın futbolçuları maraqlı hədiyyə ilə
mükafatlandırılıb. Belə ki, yerli bir pivə fabriki futbolçulara özləri
ağırlığında pivə verib. Belədə 85 kq çəkisi olan Andreas Palop 225 bokal
pivə qazanıb.
– 1957-ci ildə “Çarlton” 75 dəqiqə
10 nəfərlə oynadığı və son yarım saata 1:5 hesablı yenilgi ilə girdiyi
oyunda qələbə qazanıb – 7:6.
– 2002-ci ildə
Madaqaskarın “Olimaik L`Emryne” klubunun oyunçuları çempion “AS Adema”
ilə oyunda öz qapılarına 149 qol vurublar. Buna səbəb isə bundan əvvəlki
oyunda hakimin verdiyi qərarlara etiraz etmək olub.

1973-ci ildə “Qalile” klubunun bütün oyunçuları İsrail çempionatındakı
rəqiblərini döyüdüklərinə görə gecəni dəmir barmaqlıqlar arasında
keçirməli olublar.
– Kot`D-İvuarın “ASEC Abidcan” klubu 1989-1994-cü illərdə ardıcıl 108 matçda yenilməyib.
– 1998-ci ildə ingilis hakim Martin Silvester futbolçuya yumruq atdığına görə özünə qırmızı vərəqə göstərib. 

2002-ci ildə “Midlsbro”nun qapıçısı Malkolm Kristie “Mançester
Yunayted”lə matçın dəqiqəsində qol vurduqdan sonra azarkeşlərə tərəf
qaçıb. Lakin qol sevinci onun çənəsinin qırılması ilə nəticələnib.
– İtalyan forvard Luici Rivanın güclü zərbələrindən biri azarkeşin qolunun qırılması ilə nəticələnib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3111

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930