Fazil Mustafa: “Əhalinin çəkdiyi zülmü doğrudanmı biz görmürük?”

Deputat Fazil Mustafa çıxışında dedi ki, adətən, yol polisindən, ictimai nəqliyyatdan və piyadalardan bəhs olunur, amma digər məsələlər unudulur: “Biz bu üç subyektin cəzasını həmişə artırırıq. Dövlət büdcəsinə də müəyən vəsait gəlir. Keçən il düdcədə 2 milyardlıq artım olub. “Bakıxanov” qəsəbəsində metro tikilməliydi. Amma iki il keçib, metro tikintisinə vəsait artrırılmır. Artıq Xırdalan yolu ilə […]

“Pul yemək lazım idi, ona görə yolu sökdülər” -Deputat tıxaclara görə İTTİHAM ETDİ

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda təmirə görə yaranmış tıxacdan danışıb. Deputat bildirib ki, minlərlə insan tıxacdan əziyyət çəkir, alternativ yollar da yoxdur. “İstanbulda avtobus yolları ayrıdır. Bizdə isə marşrut avtobusları başqa avtomobillərlə eyni yolu gedirlər”-deyə deputat bildirib. O qeyd edib ki, Bakıda metro stansiyalarının sayı çoxalmalıdır. “Metro xətləri çəkilməlidir. […]

Abutalıbovun batırdığı Bakının baş planı – 4 milyonu indi kim yeyəcək?

Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq […]

Axundov adına Milli Kitabxanada kondisioner problemi…

Artıq bir müddətdir ki, M.F.Axundov adına Milli Kitabxananın oxucuları redaksiyamıza müraciət edərək şikayətlənir. Şikayətçilərin gileyi isə kitabxananın elektron kitabxana şöbəsində kondisionerin olmamasıdır. Oxucular bildirir ki, havaların kəskin istiləşdiyi bir vaxtda kitabxanada kondisionerin olmaması onlar üçün narahatlıq yaradır. Xüsusən də sağlamlığında problemlər olan oxucular kitabxananın xidmətindən istifadə etməyə peşiman olurlar. Məsələ ilə bağlı musavat.com-un əməkdaşı adı […]

Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub

Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub. “Report”un məlumatına görə, son oyunlar G qrupunda keçirilib. Belçika İngiltərəyə 51-ci dəqiqədə Adnan Yanuzayın qolu ilə qalib gəlib. Tunis isə Panamanı 2:1 hesabı ilə yenib. Hesabı 33-cü dəqiqədə afrikalı müdafiəçi Yassin Meryi avtoqolla açsa da, 51-ci dəqiqədə komanda yoldaşı Fəxrəddin ben Yussef onun səhvini düzəldib, 66-cı dəqiqədə […]

Manat və dolların bu günə olan MƏZƏNNƏSİ

Manatın iyunun 29-na olan məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 29.06.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il iyunun 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Təhsil nazirinə yeni müavin təyin olunub

Azərbaycan Təhsil Nazirliyinin rəhbərinə yeni müavin təyinatı olub. “Report” xəbər verir ki, müvafiq sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib. O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi. Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və […]

Hardasan, ay Hacıbala Abutalıbov?!! – FOTOLAR

Bakıda 40 dərəcəyədək istidə şəhər rəhbərliyi paytaxtdakı bütün fəvvarələri söndürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu vəziyyət paytaxtın bütün parklarında müşahidə edilir. Qeyd etmək lazımdır ki, belə isti havada ətrafa sərinlik yayan fəvvarələrin söndürülməsi Bakı sakinlərini xeyli məyus edir. Çünki adətən uşaqları “təmiz hava almağa” çıxaran şəhərlilər belə vəziyyətdə çətin ki, açıq havada rahat gəzə və […]

İcra başçısının oğlu 1 milyon manata OBYEKT ALDI – FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb. Unikal.org xəbər verir ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib. Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min […]

DÇ-də Portuqaliyaya qol vuran azərbaycanlı danışdı – “Ərdəbilli və türk olmağımla fəxr edirəm”

Ərdəbilli və türk olmağımla fəxr edirəm. Axar.az xəbər verir ki, bu sözləri İran millisinin azərbaycanlı futbolçusu Kərim Ənsarifərd İran televiziyasına danışarkən deyib. “Mən ərdəbilliyəm və bununla həmişə fəxr etmişəm. Oturub-durduğum hər yerdə türk olduğumu, Ərdəbil uşağı olduğumu vurğulamışam”, – o bildirib. Qeyd edək ki, azərbaycanlılar arasında “Kərim Savalan” və ya “Kərim Türkoğlu” kimi tanınan Kərim […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2018
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930