Rusiya prezidenti Vladimir Putin Qərbə xəbərdarlıq edib. O deyib ki, Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi NATO hərbi alyansı arasında birbaşa münaqişə planetin III Dünya Müharibəsindən bir addım uzaqda olması demək olacaq, lakin artıq heç kim belə bir ssenari istəmir. Musavat.com xəbər verir ki, bu barədə Reuters yazıb. Agentlik yazır ki, Ukraynadakı müharibə 1962-ci ildə Kuba raket […]
Rusiyada keçirilən prezident seçkilərinin qalibi heç şübhəsiz Kreml rəhbəri olacaq. Yenisabah.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan məqalədə bildirilib. Nəşr Vladimir Putinin yeni səlahiyyətlərinin Rusiyaya nə gətirəcəyi ilə bağlı 5 ssenari hazırlayıb. Ssenarilər Rusiyada növbəti prezident seçkilərinin keçirilməli olduğu 2030-cu ilə qədər olan dövrü əhatə edir: 1. Demokratiyanın yüksəlişi. Müharibə […]
Rusiyada azərbaycanlı gənclər qrupu yeni sosial şəbəkə yaradıb. Yeni yaradılan sosial şəbəkənin adı BÜLBÜL-dür. Şəbəkənin yaradıcılarından biri olan həmyerlimiz Ceyhun Hüseynov APA-ya bildirib ki, bu yaxınlarda App Store-da dünya azərbaycanlılarını birləşdirmək məqsədilə düzəldilmiş yeni sosial şəbəkə yaradılıb. Onun sözlərinə görə, BÜLBÜL (Xarabülbüldən qısaldılmış) adlı layihənin gələcək üçün böyük planları var, hazırda isə yalnız iPhone platformasında […]
“2024-cü il seçkilərində uduzsam, ABŞ “qan gölünə” çevriləcək”. Musavat.com NBC News-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp xəbərdarlıq edib. Bu fikirlər Ohayo ştatının Vandalia şəhərində keçirilən mitinqdə avtomobil istehsalına görə Çinlə artan ticarət müharibəsi ehtimalının müzakirəsi zamanı səslənib. Bəyanat Trampın ABŞ-dan kənarda istehsal edilən avtomobillərə 100 faiz vergi tətbiq edəcəyini […]
Vahid Ələkbərov – Azərbaycanlı milyarder, neft maqnatı. “LUKoil” şirkətinin prezidenti. 1950-ci ilin sentyabrın 1-də Bakı şəhərinin “Razin” qəsəbəsində, (hazırkı Bakıxanov qəsəbəsi) Yusif Ələkbərov və Tatyana Fyodrovana cütlüyünün ailəsində dünyaya gəlib. Ailədə 3 bacı və 2 qardaş olublar. Vahid evin sonbeşiyi olub. Neftçi Yusif Ələkbərov mədənlərdə çalışıb. Ana Tatyana Fyodrovana isə evdar xanım olub. Ailə illərlə Yusif kişinin […]
Martın 15-də Milli Məclisdə 2023-cü il üzrə Azərbaycan hökumətinin fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə dövlət büdcəsi xərclərinin 36 faizi və ya 13.1 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu isə 2022-ci illə müqayisədə 12.7 faiz çoxdur. Baş nazirin vurğulamasına görə, 2023-cü ildə minimum əməkhaqqı 15 faiz artırılaraq […]
Məlum olduğu kimi, hökumətin Bakıda fəaliyyət göstərən taksilərin sayını azaltmaqla bağlı planları var. İctimai nəqliyyatın bərbad vəziyyətdə olduğunu və ölkədəki işsizlik səviyyəsini nəzərə alsaq, bu planların yaxşı heç nə vəd etmədiyini deyə bilərik… “AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində hökumətin taksi xidmətilə bağlı mövqeyini tənqid edib: “Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq […]
Martın 11-dən etibarən “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə yerləşən ödənişli parkinq isə ləğv edilib. Sonrakı günlərdə qadağadan xəbəri olmadığına görə əraziyə daxil olan sürücülər yol polisi tərəfindən 80 manat və 3 bal cərimə ilə cəzalandırılıb. Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qərar Bakı Şəhər Dövlət Yol Polisi […]
Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik Arutyunyanın danışacağı gözlənilir, o cümlədən, digər separatçıların da danışacağının anonsu verilib. Ermənistan mediası Araikin müharibə haqda sirləri açacağını və bu etirafların rəsmi İrəvanı çətin vəziyyətə salacağını yazır. Erməni şərhçi Edik Andreasyanın iddiaları bu kontekstdə xüsusilə […]
Azərbaycanda idxalçıların və supermarketrlərin qurduğu monopoliya şəbəkələrinin ölkədəki bahalaşmada oynadığı rolu xüsusi izah etməyə ehtiyac yoxdur. Bunun üçün marketlərdəki qiymətlərə nəzər yertirmək və onları digər qonşu dövlətlərlə maüqayisə etmək kifayətdir… Ölkəmizdə digər ölkələrlə müqayisədə xeyli baha olan məhsullardan biri də kərə yağıdır. Azərbaycana müxtəlif ölkələrdən idxal olunan kərə yağları gömrük keçid məntəqəsindən pərakəndə satış şəbəkələrinə […]