Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”

“Dünən-iyunun 28-də Fransada Azərbaycan Televiziyasının əməkdaşlarının çəkiliş zamanı kamerası əllərindən alınıb, sındırılıb və jurnalistlər silahla təhdid olunub. Fransada azərbaycanlı jurnalistlərə qarşı namərd hücumu qətiyyətlə pisləyirik. Biz Fransanın müvafiq dövlət strukturlarını öz vəzifələrini yerinə yetirən şəxslərə qarşı zorakılıq edən cinayətkarların təxirə salınmadan məsuliyyətə alınmasını tələb edirik”. Bu sözləri Azəbaycan jurnalistlərinə Fransada edilən zorakılığa münasibət bildirərkən mətbuata […]

Detektiv yazar Elbrus Kəlbiyev :”Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da qazanar”

Detektiv ədəbiyyat bütün dünyada olduğu kimi Azərbaycanda da oxucularda həmişə maraq doğurur. Bunu nəzərə alaraq detektivlə bağlı oxucuları maraqlandıran bəzi suallara aydınlıq gətirmək üçün detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyevlə söhbətləşdik. Qeyd edək ki, Elbrus Kəlbiyev detektiv janrında yazılan 6 kitabın – “Şahmat qaydaları ilə QƏTL”, “Ölülərin pıçıltısı”,  “Kobranın ölüm rəqsi” , “Şeytan ruhunun ləpiri”  , “Utancaq qatil” […]

Ceyhun Bayramov UNESCO nümayəndəsi ilə görüşdü

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Azərbaycana səfərə gəlib. Cumhuriyyet.net xəbər verir ki, o, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. “Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – Siamaşvili Tvitter səhifəsində yazıb.

İngiltərənin iki klubu “Qarabağ”ın sabiq qapıçısını istəyir

Bosniya və Herseqovina millisinin qapıçısı Asmir Beqoviç yenidən karyerasını İngiltərədə davam etdirə bilər. Cumhuriyyet.net xəbər verir ki, “Nottingem Forest” 36 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Bundan əlavə, İngiltərə Premyer Liqasına vəsiqə qazanmış “Luton Taun” da təcrübəli oyunçunun xidmətində maraqlıdır. Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

İstehlaka yararsız 6,1 ton qida məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirləri çərçivəsində istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib. Agentlikdən Cumhuriyyet.net-ə verilən məlumata görə, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 6,1 ton müxtəlif növ qida məhsulu […]

Messi doğum günündə het-trik etdi – VİDEO

Argentina millisinin sabiq üzvü Maksi Rodrigez üçün vida oyunu təşkil olunub. Cumhuriyyet.net Oxu.Az-a istinadən xəbər verir ki, matçda yığmanın hazırkı kapitanı Lionel Messi də iştirak edib. Argentina millisinin və “Nyuelz Old Boyz” klubunun keçmiş və indiki üzvləri arasında keçirilən görüş yığmanın 7:5 hesablə qələbəsi ilə başa çatıb. 36 yaşını tamamlayan Messi doğum günündə het-trik müəllifi […]

Baydenin impiçment məsələsi səsə qoyuldu

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Co Baydenə qarşı impiçment prosedurunun başlanmasına səs verib. İmpiçment təklifi konqresmenlərin əksəriyyəti tərəfindən dəstəklənib. Belə ki, 219 nəfər təklifin lehinə, 208 nəfər əleyhinə səs verib. C. Bayden ona tapşırılan işləri icra edə bilməməkdə, həmçinin ölkə sərhədlərinin qorunmasında yol verdiyi nöqsanlara görə ittiham edilir. Hətta bəzi konqresmenlər hesab edir ki, […]

“New York Times”: ABŞ Priqojinin planlarını əvvəlcədən bilirdi

ABŞ-nin yüksəkrütbəli milli təhlükəsizlik rəsmiləri “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin “ədalət yürüşü”ndən iki gün əvvəl – iyunun 21-də onun Rusiya müdafiə rəsmilərinə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşdığına dair sübutlara malik olublar. Bu barədə “New York Times” öz mənbələrinə istinadla bildirib. ABŞ-nin Priqojinin planlarından ilk dəfə nə vaxt xəbər tutduğu dəqiq bilinmir. Amma […]

Arvadını və körpəsini öldürən şəxslə bağlı qərar…

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edilib ki, hazırda F.Hüseynlinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir. Qeyd edək […]

Sabah hava necə olacaq?

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.net-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930