“Ermənistanın Azərbaycanla döyüşmək gücünün olmadığı bəllidir, lakin mövcud situasiyada sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir”. “AzPolitika” xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz “facebook” səhifəsindən başladığı yazıda bildirib. Həmin yazını təqdim edirik: “Ermənistanın sərhədə canlı qüvvə və hərbi texnika cəmlədiyinə dair informasiyalar yayılıb. Erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı məlum olmasa da, hərəkətə keçdiyi […]
Vaşinqtonda yerləşən Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) bu yaxınlarda dərc etdiyi sorğu bir sıra diqqətəlayiq nəticələrlə seçilib: Ermənistanda Rusiyaya qarşı mənfi münasibət dərinləşib və Qərb dövlətlərinə inam artıb. Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Amerikanın Səsi” yazıb. Belə ki, sorğunun nəticələrinə görə, ermənilərin 40%-i Rusiyanı “siyasi təhlükə” hesab edir. Analitiklərin fikrincə, bu, İrəvanla Moskva […]
Mar 31 2024 | Posted in
Dünya |
Read More »
“Bu günədək işğaldan azad edilmiş ərazilərdə 16 kütləvi məzarlıq müəyyən edilib”. Musavat.com bildirir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib. “Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilən ərazilərdə axtarış, ekskumasiya, qazıntı işləri davam etdirilir”, deyə Eldar Səmədov qeyd edib.
“Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb”. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır: “Cinayətkar şəxslər və ya qruplar “onlayn […]
Mar 31 2024 | Posted in
Günün Xəbəri,
Olay |
Read More »
İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək. Bu barədə İran KİV-i İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb. Xatırladaq ki, martın 28-də İran mediası Baku TV-nin müxbirinə müsahibə verdikdən sonra səfiri istefaya çağırıb.(Trend)
Mar 31 2024 | Posted in
Günün Xəbəri |
Read More »
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən “Gilan Holdinq”lə bağlı problemlər bitmir. Qaynarinfo xatırladır ki, 2022-ci ildə şirkətin nizamnamə kapitalı 98 483 064 AZN-dən 100 AZN-ə endirildi. Bir il sonra isə “Gilan Holdinq”in adı dəyişdirilidi. Şirkət “Xəzri Solutions” MMC kimi fəaliyyət göstərməyə başladı. Lakin bu fəaliyyət uzun sürmədi. Bir neçə ay sonra şikrət ləğv […]
Mar 31 2024 | Posted in
Cəmiyyət |
Read More »
“TikTok” sosial şəbəkəsində hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək. Bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir. “TikTok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası […]
Mar 31 2024 | Posted in
Günün Xəbəri,
ÖLKƏ |
Read More »
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. “Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə […]
Mar 31 2024 | Posted in
Günün Xəbəri,
ÖLKƏ |
Read More »
Türkiyə bu gün – martın 31-i bələdiyyə seçkilərinə getməyə hazırlaşır. Musavat.com xəbər verir ki, artıq siyasi liderlərin və namizədlərin harada səs verəcəyi bəlli olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər seçkidə olduğu kimi bu dəfə də İstanbul Saffet Çebi ibtidai məktəbində səs verəcək. MHP sədri Dövlət Baxçalı Ankara Anıttepe orta məktəbində, İYİ Partiyasının sədri Meral Akşener isə Ankara […]
Mar 31 2024 | Posted in
Dünya,
Gündəm |
Read More »
Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meytinin qalıqları tapılan 7 nəfərlə 32 ildən sonra vida mərasimi keçirilib. Musavat.com bildirir ki, vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Bərdə şəhərində baş tutub. Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra kütləvi məzarlıqda qalıqları […]
Mar 31 2024 | Posted in
Manşet,
ÖLKƏ |
Read More »