Məmurlarımızın milyonluq mülkləri: Kərəm Həsənov, Eldar Əzizov… – SİYAHI

Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti “Şəhər Bağları” yaşayış kompleksi barədə bəlkə də çoxdan eşitmisiniz. Bəs bilirsinizmi ki, bu bahalı yaşayış kompleksində Azərbaycanın çox sayda iri məmuru – nazirlərindən tutmuş icra başçılarınacan çox sayda pullu çinovniki məskunlaşıb. Qaynarinfo.Az-ın araşdırmasına görə, “Şəhər Bağları”nda mülk sahibi olanlardan biri baş nazirin müavini İsmət Abasovdur. O, burada mülkü hələ […]

Silahlı Qüvvələrə qarşı Arzu Rəhimov korrupsiyası : xəyanətə bərabər sabotaj

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) rəisi Arzu Rəhimovun yarıtmaz fəaliyyətinə dair mətbuatda vaxtaşırı məlumatlar dərc olunur. Media bu qurumun sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıları xidmətə yollaması, bəzi savadlı zabitləri qanunsuz olaraq işdən azad edib,təqaüdə göndərməsi və Əfqanıstanı xəritədə belə görməyənlərin bu qurumda “Əfqanıstan veteranı” kimi qeydiyyatdan keçməsi kimi özbaşınalıqlara toxunub. Buna […]

Dövlətə açıq sabotaj edən məmur – Azər Süleymanov: “Baytarlıq bataqlığı”nda nələr baş verir?

Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. “Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur” başlıqlı son yazımızdakı faktlar da göstərir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya, […]

Hacıqabul icra başçısı erməni dəyirmanına su tökür – FOTOFAKT

Hacıqabul rayonu ilə bağlı tənqidi məqamlar hər zaman bol olub. Dövrü mətbuatda adıçəkilən rayondakı çatışmazlıqlarla bağlı müntəzəm olaraq özündə faktları əks etdirən məqalələr dərc olunub. Elektron ünvanına davamlı olaraq göndərilən faktlar da Hacıqabulda kifayət qədər problemlərin olmasından xəbər verir. Həmin faktlara göz atmazdan öncə isə cumhuriyyet.az olaraq Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovu oxuculara […]

Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur – VİDEOLAR

Bir neçə gün ğncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) haqda yazılar dərc etmişdik. Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan və rəzmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin bir qurumunda çoxkambinasiyalı oyunlar qurulduğu, korrupsiya və maliyyə maxinasiyalarının tüğyan etdiyi görülür. […]

“Çuda Peçka”nın “şirin anları” arxasındakı acı reallıq: Röyanın qalmaqallı keçmiş əri etirazlar yaradır

Bu günlərdə “Çudo Peçka” mağazalarından birinin işçilərinin polisə şikayət etməsi haqda xəbər yayılmışdı. İşçilər maaşlarının verilməməsindən şikayətləniblər. Cumhuriyyet.az olaraq xatırladaq ki, Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib. Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov […]

Bərbad Sabirabadın icra başçısının oğlunun dəbdəbəli macəraları: GÖZQAMAŞDIRAN FOTOLAR

Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir. Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim […]

Naqif Həmzəyevə növbədənkənar zərbə: “qələmi qırıldı”

Ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu halda bir deputatın mandatsız qalacağı indidən məlum olub. Verilən xəbərə görə, Gəncənin deputatı Naqif Həmzəyevin “qələmi qırılıb”. N.Həmzəyev AXC-nun quruclarından olan M.Ə.Rəsulzadə haqda aşağılayıcı fikirləri ilə skandal yaratmışdı. Onun çıxışı xidmət etdiyi YAP rəhbərliyinə də xoş gəlməmişdi. Hətta həmkarı Ağacan Əbiyev onu danlamışdı. N.Həmzəyev Rəsulzadəni vətən xaini adlandırmışdı. […]

Heydər Əsədovun baytarlığında erməni ortaq, nazirin kabinetində video qalmaqalı və…

Bir neçə gün ğncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqda yazılar dərc etmişdik. Konkret rüşvət olayın da yer aldığı video  və faktların yer aldığı həmin yazılarla bağlı cumhuriyyet.az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP)sədri Hafiz Hacıyev daha ciddi ittihamlar səsləndirmişdi: “Bu gün rayon baytarlıq idarələri ancaq qəssabların başının üstünü kəsib “haq” yığmaqla […]

Mikayıl Cabbarov prezident sərəncamını məsxərəyə qoydu – ŞOK FAKT

Son vaxtlar Azərbaycanın təhsil sistemində baş verən olaylar artıq xalqın qəzəb və hiddətinə səbəb olub. Bu sahədə böyük kadr islahatlarına zəruriliyi vacib hesab edilir. Sırf təhsil sahəsi ilə bağlı Mehriban xanıma, media portallarına edilən şikayətlərin həddindən artıq çox olması bu sahədə belə də boşluğun üzdə olmasından xəbər verir. Bir neçə gün öncə maraqlı məlumat daxil […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031