Dolların 3 günlük məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının oktyabrın 3-nə rəsmi məzənnəsini 1,6170 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən verilən məlumata görə, bu, sentyabrın 30-u ilə müqayisədə 0,25% azalma deməkdir. Qeyd edək ki, sentyabrın 29-da rəsmi məzənnə 1,6252 AZN/USD, sentyabrın 30-da isə 1,6211 AZN/USD olub.

Dünyanın ən heyrətamiz restoranları – Fotolar

Dünyada elə restoranlar var  ki, təkcə xörəkləri ilə deyil, öz interyeri və yerləşdiyi məkan ilə görənləri heyrətləndirir. Bu əsrarəngiz restoranlar haqda məlumatı təqdim edirik: 1.Fransan alplarında,  Avropanın  ən yüksək dağı Aiguille Du Mididə yerləşən restoran gün ərzində cəmi 2 saat açıq olur. 3842 metr yüksəklikdə yerləşən restorana girmək üçün ya dağa dırmaşmağınız, ya da vertolyotla […]

Manaf Ağayev Akif Çovdarovdan danışdı – Açıqlama

Müğənni Manaf Ağayev adının MTN-in keçmiş idarə rəisi Akif Çovdarovun məhkəmə prosesində keçməsiylə bağlı yazılanlara aydınlıq gətirib. Ağayev bildirib ki, bu gün iştirak etdiyi prosesin Çovdarova aidiyyatı yoxdur: “Çovdarovun məhkəməsi ayrı işdir. Orada hakim Zeynal Ağayev deyil. Bu iş isə İlham Qasımovla Gülağa Tənhanın məhkəməsidir. Mən də binanın sakini kimi getmişdim. Heç bizə söz verən […]

Parlamentdə “Meydan TV”, “Sancaq” söhbəti

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Məlahət İbrahimqızı internet mediasını məzmununa görə tənqid edib. Modern.az-ın xəbərinə görə, O, Meydan TV və facebook-dakı “Sancaq” səhifəsinin məzmunundan şikayətlənib. Deputatın fikrincə, onlar ölkə başçısı haqqında qərəzli məlumatlar paylaşırlar. “Mən o yazıların hamısını “screen shot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələylə […]

Prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılır

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr müzakirə edilib. Əlavəyə görə, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər […]

Maaş və pensiya artımı realdırmı?

Ekspertlərin fikrincə, bu istiqamətdə problem sosial xərclərin artırılmasında deyil Maliyyə naziri Samir Şərifovun maaş və pensiyaların artırılacağını deməsi diqqətləri yenidən büdcəyə və azalan neft gəlirlərinə çəkib. “Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, […]

Nəqliyyat vasitələrinin idarə edilməsi üçün yaş və təcrübə müddəti müəyyən olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Report”un məlumatına görə, layihə haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan yuxarı şəxslərə veriləcək. Amma həmin şəxslərin […]

Belə qaraçı toyu görməmisiniz – Video

Bir həftəyə bu video 300 min baxış sayı topladı Slovakiyada baş tutan qaraçı toyunun videosu internet məkanında böyük marağa səbəb olub. 19 yaşlı Yevka və 20 yaşlı Lukaşın toy mərasimi avro əksinasları və qızıldan yağışla müşayiət olunur. “YouTube”da yerləşdirilən videogörüntülər bir həftə ərzində 300 mindən artıq baxış sayı toplamağa müvəffəq olublar.(ANN.Az) Sözügedən videonu təqdim edirik:

İki deputatın ayağı sınıb

Milli Məclisin bəzi deputatları geridə qoyduqları yay tətili zamanı xoşagəlməz hadisələr yaşayıblar. Parlametin üzvləri Rafiq Məmmədhəsənov və Elman Məmmədovun səhhətində problem yaranıb. Belə ki, adı çəkilən deputatların ayağı sınıb. Bu gün Milli Məclisin payız sessiyasına gələn hər iki deputat iclas salonuna əsa ilə daxil olub.(Modern.az)

Bakıda məktəbdə qadınlar əlbəyaxa oldu – Direktordan açıqlama

Səbail rayonu, 51 saylı orta məktəbdə valideynlə məktəbin qadın nəzarətçisi arasında əlbəyaxa dava baş verib. Dava nəticəsində hər iki qadın xəsarət alıb. 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, baş verən dava ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır: “Məktəbin içərisində iki qaçqın məktəbi və bir idman […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930