Fikrət Fərəməzoğlunun apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində “JAM.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə “Report”a vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, F.Fərəməzoğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin […]

“Akula Akif” İspaniyada həbs olundu

Bu gün İspaniya polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu üzrə Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas cinayətkarlarından birini – “Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayevi saxlayıb. Virtualaz.org bildirir ki, bu barədə İspaniya KİV-i məlumat yayıb. Qeyd edək ki, Mahmudov bandasının dağıdılmasından dərhal sonra “Akula Akif” Azərbaycandan İspaniyaya qaçmışdı.

İnşaatçılardan möhtəşəm 93 illik şousu – Video

İstanbulda yeni hava limanı inşa edən işçilər cümhuriyyətin 93 illiyini özünəməxsus şəkildə qeyd edib. Axar.az xəbər verir ki, bayram üçün hazırlanan xüsusi video-çarxda 108 yük maşınının iştirakı ilə nəhəng 93 rəqəmi yazılıb. Maraqlı görüntüləri təqdim edirik:

Bakıda xəstələr qansız qaldı: 3 gündür qan çatdırılmır

Mərkəzi Qan Bankı Milli Onkoloji Mərkəzdə (MOM) müalicə alan xəstələri qansız qoyub. Qanın tərkibi ilə bağlı cavab üç gündür ki, Mərkəzi Qan Bankı tərəfindən Onkoloji Mərkəzə göndərilmir. Bu səbəbdən onkoloji xəstələrin bir neçəsinin vəziyyəti kritikləşib. Hətta onların içərisində qan axmaya məruz qalanlar da olub. Bu barədə məlumatı Cebhe.info-ya Milli Onkologiya Mərkəzində müalicə alan xəstələrdən birinin […]

“Kredit büroları haqqında” qanunu qəbul edildi

Bu gün Milli Məclisin iclasında “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az-ın xəbərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərindədir. Komitə sədri əlavə edib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, […]

Dolların 3 günlük məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,6381 səviyyəsində müəyyən olunub.

Milli Məclis prezidentin gömrüklə bağlı təqdimatını TƏSDİQLƏDİ

Bu gün Milli Məclisin plenar iclasında Gömrük Məcəlləsinə müzakirəyə çıxarılıb. Modern.az-ın xəbərinə görə, Azərbaycan prezidentinin təqdimatı ilə Gömrük Məcəlləsinə 13-1, 93.4 və 101.5 maddələrinin əlavə edilməsi təklif olunur. Dəyişiklikdə Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistemin tətbiqi təsbit olunur. Təklif olunan 13-1 maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən […]

Türkiyə mükəmməl silahını təqdim etdi – FOTO

Türk mütəxəssislər hava hücumundan müdafiə (HHM) üçün yeni silah – “Sapand” sistemi yaradıblar. Trend-in məlumatına görə, bu barədə elm, sənaye və texnologiya naziri Faruk Özlü Tvitter səhifəsində yazıb. Silahın atış sürəti elektromaqnit impulsunun köməyi ilə səs sürətini 10 dəfə ötə bilir. “Sapand”ın 2014-cü ildə sınaqdan keçirildiyi bildirilir.

Yer 15 gün qaranlığa qərq olacaq – Noyabrda

2016-cı ilin noyabrında Yer kürəsində 15 gün ardıcıl olaraq tam qaranlıq olacaq. Bu haqda ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bildirib. Son vaxtlar Yer planetinin vəziyyəti və onda baş verəcək dəyişikliklər haqqında xeyli məruzələr edilib, amma onlardan heç biri reallaşmayıb. NASA bu dəfə təsdiq etdi ki, 15 gün ərzində planetimiz tam qaranlıqda olacaq. […]

Fəxrəddin Manafov: “Fuad Poladovun getməsi…”

Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib. Aktyor baş verənlərin ona pis təsir etdiyini dilə gətirib: “Bu, mənə çox pis təsir etdi. Onu bilirəm ki, teatrda xoşgələməz hadisələr baş verir. Baxmayaraq ki, teatrda rəhbərliklər dəyişilir, amma problem həll edilmir. Biri gəlir, o biri gedir. Yenə deyirəm, bilmirəm nə baş […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2016
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31