Qubadakı qətllə bağlı 100-ə yaxın kənd sakini polisə aparıldı

Qubada əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovla bağlı yeni faktlar məlum olub.  “Qafqazinfo” xəbər verir ki, hazırda 100-ə yaxın Tülər kənd sakini hadisə ilə polis şöbəsində dindirilir. Bundan başqa, məlum olub ki, E. Əsədov Bakıdan kəndə gətirilərək dar bir küçədə bağlanılıb. Daha sonra sakinlər onu təpikləyərək öldürüb. Mərhumun meyiti atasına təhvil verilib. […]

İnam Kərimov bu talandan tam xəbərsizdir… – İTTİHAM

“Aqrolizinq” ASC-nin Ucar rayonlararası Təchizat Bazasının müdiri Mütəllim Tağıyevin törətdiyi cinayət əməlləri nəticəsində kənd təsərrüfatına ciddi ziyanlar dəyir, dövlət vəsaiti talan edilir.   Diqqət edin amafos adlı meneral gübrənin qiyməti 62 manatdır. Kənd Təsərrüfatı məhsullarının istehsalçılarına bu gübrə güzəştli şərtlərlə 15 manat 50 qəpiyə satılmalıdır. Mütəllim Tağıyev həmin gübrəni Göyçay, Ucar və Zərdab rayonlarında maqazinlərdə […]

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Tərtər oldu. Bununla da Tərtər sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir. Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G […]

Tələbəsi adam bıçaqlayan kollec direktoru krimanarxiya yaradıb? – Bərdədə…

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Süleymanlı Emin Kərim oğlunun şəxsi münasibətlər zəminində həmyerlisi Məmmədov Natiq Çingiz oğlunu bıçaqlaması direktorun başını ağradıb. Hazırda istintaqla paralel kollec araşdırılır. Cahan.info xəbər verir ki, bıçaqlanmanın kollecin qarşısında baş verməsi direktor Xaləddin Ələkbərovu ikiqat problemlə üzləşdirib. Kollecdə nizam-intizamın olmaması, tələbənin cibində bıçaq gəzdirməsi təhsil ocağı direktorunun yaratdığı mühitin nəticəsi […]

Prezident İmişliyə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gedib. “Report” xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.   İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir”

“STAR neft emalı zavodunun açılması Azərbaycan və Türkiyənin iqtisadi və enerji siyasəti baxımından çox önəmli hadisədir”. Bunu “Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib. Onun sözlərinə görə, Türkiyədə STAR neft emalı zavodunun inşası üçün Azərbaycanın qoyduğu birbaşa investisiya Türkiyənin tarixi boyu […]

Qubada əmisi oğlunun arvadını qaçıran gənci linç edib öldürdülər

Daxili İşlər Nazirliyi Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb. DİN-in mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz […]

Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

Ötən günün ən sensasion məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı haqda oldu. Mediada səs-küy və rezonans doğuran onun işdən çıxarılmasının səbəbi idi. Cahan.info məlumat verir ki, informasiyanı yayan unikal.org kimi iqtidara yaxın və səhih məlumatlar verən saytdır. Sayt yazıb ki, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd […]

Korrupsiyaya bulaşmış Akim Bədəlovu “Azərişıq”a aparan işıq söndü – Təfsilat

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədri Akim Bədəlovun “Azərişıq” ASC sədri postuna gedəcəyi barədə pia.az-ın yazdığından sonra prosesin rəngi dəyişib Cahan.info-nun verdiyi məlumata görə, A.Bədəlov üçün “Azərişıq”a gedən yol qaranlıq olub və bu fürsət demək olar ki, itirilib. Onun Baba Rzayevin yerinə “Azərişıq” ASC sədri təyin olunacağı gözləntisi var imiş. A.Bədəlovun bu […]

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generallarının araşdırılmayan daha bir cinayəti üzə çıxıb. 2011-ci ilin dekabrında Bakı şəhərində Türkiyənin məşhur “Koçak Gold” şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə qarşı “mahmudovçu”lar tərəfindən planlanan hücum olub.   Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri Pehlivan Hamit Ahmeti saxlayıblar. Ondan ölkəyə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031