Prezident yeni Təhsil nazirini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. AzərTAc xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. ◀▶

Türkiyədə erməni əsilli müğənninin konserti ləğv olunub

Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənninin konserti ləğv olunub. Trend-in məlumatına görə, Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənni Levon Toposyanın iyulun 24-də “Mühtəlif” restoranının səhnəsində konsert verməsinin qarşısı alınıb. Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, iyulun 24-də şəhərin lüks restoranlarından birində erməni əsilli müğənni Levon Toposyanın çıxış edəcəyi xəbərini alan kimi sözügedən əyləncə […]

Moskvada terakt törətməyə hazırlaşan şəxs məhv edildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva şəhərində insanların kütləvi yığışdığı yerdə terror aktı həyata keçirmək istəyən terrorçunu məhv ediblər. “İnterfaks” xəbər verir ki, Orta Asiya respublikalarından birinin vətəndaşı saxlanılan zaman FTX əməkdaşlarına atəş açıb. Cavab tədbirləri nəticəsində cinayətkar zərərsizləşdirilib. Hadisə yerinə baxış keçirilərkən “Kalaşnikov AK 74” markalı avtomat, üç ədəd həmin avtomata aid daraq və […]

Bəhram Bağırzadə ilk dəfə koronavirusa yoluxması barədə danışdı

Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə şəxsi “Facebook” səhifəsində paylaşım edib. “Report”un məlumatına görə, o vurğulayıb ki, dünyadakı bütün peşələr insanlardandır və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim. B.Bəhramzadə xatırladıb ki, bu sözləri 2000 il əvvəl dünyanın ən böyük filosoflarından biri Sokrat deyib: “Gəncliyimdə Azərbaycanın gözəl müəllimlərindən bilik […]

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçirəcək

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, […]

Dünyada ABŞ-ın nüfuzu kəskin azalıb – Məşhur sorğu mərkəzi ölkələrin reytinqini açıqladı

Donald Trampın prezidentliyinin üçüncü ilində ABŞ rəhbərliyinin imici daha öncəki iki prezidentin dövründə olduğundan daha zəifdir. Bunu “Gallup” sorğu mərkəzi açıqlayıb. Trampın prezidentliyinin ilk ilində reytinq rekord səviyyəyə – 30 faizə düşmüşdü. 2019-cu il ərzində ABŞ-ın 135 ölkə vəərazidə reytinqi 33 faiz olub. 2008-ci ildə Prezident Corc Buş dönəmində isə ABŞ-ın reytinqi 34 faizədək düşmüşdü. Eyni zamanda, artıq ikinci ildir […]

“Unibank”dan BÖYÜK RƏZALƏT: Dağliq Qarabağ və ətraf rayonlar “erməniləşdirildi” – FOTO

“Unibank”ın saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların adlarının ermənicə yazıldığı xəritə yerləşdirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Mahir Məmmədli özünün “Facebook” profilində yayımlayıb. Bu biabırçı olaya aydınlıq gətirilməsi üçün “Unibank”la əlaqə saxlamaq cəhdimiz nəticəsiz qalsa da, mövzunu diqqətdə saxlayırıq.

Azərbaycan generallarının qətlində Rusiya izi: Rail Rzayev, Ruslan Atakişiyev, Polad Həşimov…

İyulun 12-də başlamış və beş gün davam etmiş Tovuz döyüşlərində general-moyor Polad Həşimovun öldürülməsindən sonra Azərbaycan cəmiyyətində onun ölümündə üçüncü ölkənin, xüsusən də Rusiyanın rolu olması barədə ittihamlar səsləndi. Azərbaycanda yüksək rütbəli bir hərbçinin ölümündə Rusiyanın adı ilk dəfə hallanmır, bundan əvvəl də bəzi yüksək rütbəli hərbçilərin ölümündə çoxlarının dilinə dərhal Rusiya gəlmişdi. Polad Həşimovun […]

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir – Detallar

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, relyef xüsusiyyətləri, SSRİ dövrünə aid sərhəd xətləri, hazırkı pozisiya və mövqe üstünlükləri araşdırıb. Cumhuriyyet.az axar.az-a istinadən sözügedən araşdırmanı təqdim edir: Sülh və müharibə dilemmasında: Sərhədlərin təyin edilməsinin delimitasiya və hərbi güc versiyaları Qərbdən Ermənistanla 1007 km sərhəddə malik olan […]

Pandemiya yenidən vüsət alır: Əksər ölkələrdə yoluxma və ölüm halları sürətlə artır

Dünyanın bir sıra ölkələrində səhiyyə rəsmiləri koronavirus pandemiyasının yenidən yayılması ilə mübarizə aparırlar. Artıq virus 650 min nəfərin həyatına son qoyub. Cumhuriyyet.az ”Azadlıq” radiosuna istinadən xəbər verir ki, Çin apreldə virusu nəzarətə alandan bəri ən böyük gündəlik yoluxmanı qeydə alıb. İspaniya, Fransa və Almaniya daxil Avropanın bir sıra ölkələrində yoluxmalarda artım tendensiyası görünür. Birləşmiş Ştatlarda isə pandemiya səngiyənə oxşamır, 4,2 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031