Səttar Mehbalıyevin diplomat kürəkəni 3 milyonu götürüb ABŞ-a qaçdı

Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı konsulluğumuzda vəzifə daşıyan Rəşad Eyvazov Türkiyədən ABŞ-a qaçıb. KONKRET.az-a adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq sevgilisi ilə İstanbuldan ABŞ-a qaçıb. Özü ilə Mehbalıyevlər ailəsinə aid 3 milyon ABŞ dolları da […]

Ermənilərin itki etirafı: 30 hərbçi – FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərərkən böyük itki verib. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri yazıblar. Belə ki, bu gün qeydə alınan toqquşma zamanı erməni tərəfinin 30 əsgərini itirməsi bildirilir. Ermənistanın Müdafiə Nazirliyi itkilərin olması barədə məlumatı gizlətsə də, yerli […]

Cəbhədən son xəbər: Şəhidlərin adları, düşmənə sarsıdıcı zərbə

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad […]

İcra başçısının müavini və şöbə müdiri koronavirusa yoluxdu

Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov yeni növ koronavirusa (COVİD-19) yoluxub. Mətbuatda yayılan məlumata görə, hər iki şəxs koronavirus xəstələrinin müalicəsi üçün ayrılan Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Dünyada COVID-19-dan sağalanların sayı artdı

Dünyada yeni koronavirusdan sağalanların sayı 7 milyonu ötüb.“Report”xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib. Məlumata görə, dünyada COVID-19-dan sağalanların sayı 7 005 452 nəfərə çatıb. Bununla yanaşı, təhlükəli virusdan ölüm hallarının sayı 565 178 təşkil edir. Pandemiya ərzində koronavirusa 12 […]

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, diqqətə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir. Eləcə də fəaliyyətinə icazə verilən […]

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxdu

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub. “Report”un məlumatına görə, bu barədə Hacı Nuran Hüseynov bildirib. O, qeyd edib ki, Xalq artistinin vəziyyəti ağırdır.

Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb. Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib. Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. […]

Daha bir həkim koronavirusdan vəfat etdi

Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib. “Report”un Muğan bürosunun məlumatına görə, İ.Ağayev bu gün müalicə olunduğu “Yeni klinika”da dünyasını dəyişib. Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi […]

Azərbaycanda sabiq nazirin anası vəfat etdi

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks Şirkətlər Qrupu”nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. “Report”un əldə etdiyi məlumata görə, onun anası vəfat edib. F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031