Üstündə telefon aşkarlanan 1 nəfər imtahandan xaric olundu

Xəbər verdiyimiz kimi, bu gün 14 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib. Dövlət İmtahan Mərkəzindən virtualaz.org-a verilən məlumata görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub. […]

Uyğurlar Türkiyəni şantaj edir və xüsusi imtiyazlar istəyirlər

Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı Əhməd Davudoğlunun Türkiyənin Tacikistan üzərindən Çinə minlərlə uyğur göndərməyə hazırlaşdığı barədə verdiyi açıqlamanı təkzib edib. “Uyğur qardaşlarımız sakit ola bilərlər. Bu iddia tamamilə bir yanlışlıqdır!”-deyə İsmayıl Çataklı Tvitter-də yazıb. Xatırladaq ki, bu günlərdə Türkiyə uyğur müsəlmanlarını Çinin qərbindəki Sintszyan əyaləti ilə qonşu olan, ən azı yüz minlərlə insanın “yenidən […]

Yerli kartofun qiyməti 40 qəpiyə düşdü

Bakı bazarlarında yerli kartofun qiyməti son bir neçə illə müqayisədə 55-65 qəpiyə qədər ucuzlaşıb. Fermerlər isə yerlərdə kartofun kiloqramını 40-45 qəpikdən təklif edirlər. Virtualaz.org xəbər verir ki, bu il kartofun məhsuldarlığı yüksək olub. Amma ucuzlaşma yalnız məhsuldarlığın yüksək olması ilə bağlı deyil. Pandemiya səbəbindən otellər, istirahət mərkəzləri, kafelər, restoranlar bağlı olduğundan fermerlər alıcıların bir hissəsini itiriblər. […]

“Sədərək” bazarında canlanma: ticarət mərkəzləri açılır, avqustun 5-dən sonra…

Bakının “Sədərək” ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür. Milli.Az bildirir ki, ticarətçilərdən biri hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib. Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər. Hazırda bəzi sahibkarlar vaxtaşırı “Sədərək”ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman […]

Hulusi Akar: “Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir”

“Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”. “Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda yerləşən “Turkish Heritage Organization”nun (“Türk irsi təşkilatı”) “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” başlıqlı onlayn tədbirində Ermənistanla Azərbaycan arasındakı son gərginlikdən bəhs edərkən […]

İmişlidə göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

İmişlidə yerləşən antropogen göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranmış çətinlik aradan qaldırıla bilər. AZƏRTAC xəbər verir ki, hazırda bu istiqamətdə iş aparılır. Bu gün Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mütəxəssislər göllərə baxış keçiriblər. Ölkədə yaranmış su probleminin aradan qaldırılması üçün Tədbirlər Planının həyata keçirildiyini bildirən […]

DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Virtualaz.org bildirir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Müraciətdə deyilir: “Bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli […]

Rusiya və ABŞ kosmik təhlükəsizlik üzrə danışıq aparıb – Son 7 ildə ilk dəfə

Avstriyanın paytaxtı Vyana şəhərində son 7 ildə ilk dəfə Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətləri kosmosda təhlükəsizlik məsələləri üzrə danışıq aparıblar. Görüş 13 saatdan artıq çəkib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər verib. İdarənin məlumatına görə, görüş zamanı «məsələlərin geniş spektri» müzakirə olunub. Hər iki tərəf diskusiya və operativ məsələlər üzrə […]

Həcc mərasimində 1400 il sonra yeni qayda

Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti başlayıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Qeyd edək ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, Həcc ziyarəti yalnız ölkə daxilindən gələnlər üçün açıqdır, xaricdən ziyarətçilər qəbul edilməyib. Bu səbəbdən müqəddəs məkan yarıboşdur.          

“Əgər pandemiya imkan versə, təmas xəttində gərginlik azalsa payızda görüş olacaq…”

Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyətə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri və münaqişə tərəflərinin xarici işlər nazirlərinin iştirakı ilə 3+2 formatında görüş baş tuta bilər. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya XİN-dəki mənbə RİA Novosti-yə bildirib. Mənbənin sözlərinə görə, belə görüş payızın əvvəllərində nəzərdə tutulur. Əgər iki ölkə arasında situasiya və koronavirus pandemiyasının dinamikası buna imkan yaratsa. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031