Qvatemalalı qapıçı “Səbail”ə keçidinin səbəbini açıqladı

“Meydanda olduğum hər dəqiqə vacibdir. Bu, oyunçu və şəxsiyyət kimi inkişafın əsas hissəsidir. Nə qədər çox təcrübə qazansam, daha da inkişaf edəcəyəm. Etmək istədiyim budur. Ona görə də Qvatemaladan ayrılıb, buraya gəldim”. “Report”un məlumatına görə, bunu “Səbail”in oyunçusu Nikolas Hagen “Invictos Guate” nəşrinə açıqlamasında Azərbaycana gəlişinin səbəbi barədə danışarkən deyib. Qvatemalalı qolkiper karyerasını Avropada davam […]

Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub. Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb. Sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri […]

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. “APA-Economics”in məlumatına görə, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,84% azalaraq 2,857 ABŞ dolları təşkil edib.

AB-dən Qapalı Maraş açıqlaması: “Təəssüf edirik…”

Qapalı Maraşın açılmasına və Kipr böhranı ilə bağlı açıqlamalara görə böyük təəssüf hissi keçiririk. Axar.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Avropa Birliyinin mesajı çox açıqdır: Kipr böhranı BMT Təhülkəsizlik Şurasının qərarları əsasında həll edilməlidir. Başqa variant regionda vəziyyəti daha da gərginləşdirəcək”, – […]

“Azərbaycan Ordusu şücaət göstərdi” – İmran Xan

Pakistanın Baş Naziri İmran Xan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarını alqışlayıb. Azvision.az xəbər verir ki, bu barədə Pakistan lideri ölkə televiziyasına müsahibəsində deyib. “Azərbaycan Ordusu nümunəvi şücaət göstərdi”, – deyən Baş Nazir əlavə edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir mübahisə yoxdur. “Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu […]

Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar – VİDEO

Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar. Bununla bağlı görüntüləri rusiyalı jurnalistlərdən biri sosial şəbəkədə yayımlayıb. Jurnalist bildirib ki, ermənilər at və uzunqulağı apara bilmədikləri üçün başlarını kəsib atırlar. Qeyd edək ki, buna qədər Kəlbəcəri tərk edən ermənilərin evləri yandırması, ağacları qırması və elektrik dirəklərini çıxarması ilə bağlı görüntülər yayımlanmışdı. Xatırladaq ki, Azərbaycan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30