Cəbrayılda komendant postunu qanunsuz keçən şəxslər saxlanıldı

Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam edib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Füzuli rayon sakini […]

Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir – VİDEO

Ermənilərin əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verməsi ilə bağlı görüntülər yayılıb. Video sosial şəbəkədə paylaşılıb. Videoda Amin Musayev adlı azərbaycanlı əsgərin yaralı halda əsir götürüldüyü, harasa aparıldığı əks olunub. Əsgərimiz dəfələrlə hara aparıldığını soruşsa da, ermənilər buna söyüşlə cavab verib. Daha sonra düşmən hərbçilərindən biri A.Musayevin yarasının üzərini basıb. Həmin görüntüləri təqdim edirik:

Sosial şəbəkədə videosu yayılan əsgərimizə avtomobil hədiyyə edildi – VİDEO

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə videosu yayılan və avtomobil istəyən hərbçimizə sürpriz edib.  Bu haqda AZXEBER.COM-a Tolik özü məlumat verib. Tolik deyib ki, Ramin adlı əsgərimizə avtomobil alınıb: “Raminə maşın alındı, hələlik yalnız maşının nömrəsini deyə bilərəm. Maşının markasını Ramin gələndə sizə təqdim edəcəm. Moskvada yaşayan dostum Bəxtiyara təşəkkür edirəm. O, […]

Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın” FOTO

Övladları itkin düşmüş valideynlər Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər. “Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, – valideynlərdən biri söyləyib. Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə […]

İmran Xan: “Azərbaycan əzəli torpaqlarını geri qaytardı”

“Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərərək Dağlıq Qarabağın mübahisəli ərazi olmadığın sübut etdi və azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardı”. “Report”un məlumatına görə, bunu Pakistanın baş naziri İmran Xan yerli telekanala müsahibəsində bildirib. Onun sözlərinə görə, bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır.

Ali Radanın deputatı: “Azərbaycan xalqı təcavüzkar üzərində qələbə qazandı”

“Ukrayna beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib və Azərbaycan rəhbərliyinin fəaliyyətini tarixi ədalətin və qanunun bərpası hesab edirik”. Bunu “Report”a müsahibəsində Ukrayna Ali Radasının deputatı Maksim Kuryaçi deyib. “Azərbaycan xalqı 30 ilə yaxındır qanuni ərazilərini işğal etmiş təcavüzkar üzərində qələbə qazandı. Bu, möhkəm, ardıcıl dövlət siyasətinin nümunəsidir, ölkə […]

Kəlbəcəri tərk etmək üçün 10 günlük möhlət – erməni hiyləsi, yoxsa zərurət? – Pənah Hüseyn “Canlı debat”da

Kəlbəcərin təhvil alınması 10 gün gecikir – lakin burada əsas olan 1 dekabr təqvimidir. Üç ölkə liderinin anlaşmasında 1 dekabr 3 rayonun təslim olunmasının son tarixidir. Azərbaycan məhz bu prinsipdə israr edir və edəcək. Biz Rusiyanın daha 10 gün xahişinə müsbət cavab verdik, bəs Kəlbəcərdə vəhşilik törədən ermənilərə rus sülhməramlıları “dur” deyəcəkmi? Ağac kəsən, ev, […]

Ombudsman Aparatı: Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla ekoloji terroru davam etdirir

Təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir. Ombudsman Aparatından Musavat.com-a bildirilib ki, bu, regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir. Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün […]

İranda koronavirusa qarşı dərmanların sınaqlarına başlanılıb

İranda koronavirusa qarşı iki peyvənd dərmanının insanlar üzərində sınaqlarına başlanılıb. “Report” “Fars”a istinadən xəbər verir ki, bu barədə İran Tibb Elmləri Universitetinin rektoru bildirib. O, sınaqlar üçün xeyli sayda könüllünün toplandığını deyib. Qeyd edək ki, daha əvvəl hökumət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən səmərəsi təsdiqlənən dərmanları almağa hazır olduğunu bildirmişdi. Eyni zamanda, İran Ərzaq və […]

Millimiz Lüksemburqda belə qarşılandı FOTO

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Lüksemburqun qonağı olacaq Azərbaycan millisi sözügedən ölkəyə gedib. Musavat.com AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanı hava limanında bir qrup azarkeş qarşılayıb. Onlar komandaya uğurlar arzulayıblar. Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan oyunu noyabrın Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30