“Bakcell” Bərdə sakinlərinə dəstək göstərib

“Bakcell” şirkəti Ermənistanın raket atəşi nəticəsində zərər çəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırdı. Bərdədəki bütün “Bakcell” abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib. Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin […]

Ermənistan ordusunun məşhur snayperi məhv edildi (VİDEO)

Ermənistan ordusunun məşhur snayperi Razmik Tatulyan məhv edilib. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan seqmentində məlumatlar yayılıb. Razmik Tatulyanın gecə Azərbaycan Xüsusi Təyinatlıları tərəfindən öldürüldüyü bildirilir.

Bir gündə iki oğlu şəhid olan ata: “Balalarım ermənilərin qabağında əyilmədilər” – VİDEO

Deyirlər torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən. O Vətənin ordusu yenilməz və güclüdür ki, onun uğrunda hər an mübarizcəsinə vuruşmağa, şəhid olmağa hazır oğulları var. Elə İmanla Bəhrəm kimi. Ailənin iki oğlu Xankəndi uğrunda gedən gərgin döyüşlər zamanı şəhid oldular. News24.az qəhrəman şəhidlərimiz haqda süjet hazırlayıb. Əslən Lerik rayonundan olan İmanla Bəhrəm qardaşları hələ […]

Türkiyə millisinin sabiq üzvü ermənilərin yalanını ifşa etdi

Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Umut Bulut öz adından Ermənistan mətbuatında yayılan açıqlamalara münasibət bildirib. “Report”un məlumatına görə, hazırda “Yeni Malatyaspor”da çıxış edən 37 yaşlı hücumçu “Umut Bulut19” tvitter hesabının ona məxsus olmadığını söyləyib. Təcrübəli oyunçu bütün Azərbaycan xalqına salamlarını çatdırıb. Bizim Facebook səhifəmizə abunə olun

Baş epidemioloq: “Gürcüstanda vəziyyət getdikcə çətinləşir”

“Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayının 2 mini ötməsinə baxmayaraq, vəziyyət idarə olunandır”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib. O, son sutkada COVID-19-a yoluxanların 74%-nin simptomlu xəstələr olduğunu deyib: “Gürcüstanda epidemioloji vəziyyət getdikcə çətinləşir”.

“Sky News”: Vaksin yoxdur, yalnız sınaqlar və ehtimallar var

Dünyada koronavirus əleyhinə vaksin varmı? Böyük Britaniyanın məşhur “Sky News” kanalının internet səhifəsində dərc olunan məqalədə bildirilir ki, əslində vaksin yoxdur, yalnız vaksin sınaqları var. Heç bir vaksin hələ təsdiqlənməyib, ancaq iki vaksin modeli klinik sınaqların son mərhələsindədir. Bəs vaksin nə zaman hazır ola, onun tətbiqinə nə zaman başlana bilər? Oksford Universitetində vaksin sınaqlarına rəhbərlik […]

Qubada tibb işçisi koronavirus xəstəsini qohumları ilə görüşdürüb

Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi […]

Erməni təcavüzü nəticəsində 3 mindən çox yaşayış evi yararsız vəziyyətə düşüb RƏSMİ

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3 064-dür.

SON DƏQİQƏ: Prezident İlham Əliyev BMT-də çıxış edəcək

  Noyabrın 5-də BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. REDAKTOR.AZ-ın xəbərinə görə, qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi […]

Sərkisyan: “Xalqı aldatmayın, Şuşa artıq…”

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın ofisi Ermənistan Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumatlar verməkdə ittiham edib. Axar.az xəbər verir ki, Sərkisyan müraciətində Artsrun Ovannisyanın açıqlamalarının reallıqla heç bir bağlılığının olmadığını bildirib. o, 2018-19-cu ildə Ermənistanın silahlanmasının əvvəlki illərlə müqayisədə həddən artıq çox olması barədə rəsmi məlumata qarşı çıxıb: “Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30