Yeni Zelandiyada Baş nazir Casinda Ardernin rəhbərlik etdiyi hökumət fəaliyyətə başlayıb

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin rəhbərlik etdiyi yeni hökumət and içib. Bundan sonra Nazirlər Kabinetinin ilk iclası keçirilib. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ötən ay keçirilmiş seçkilərdə 1990-cı ildən bəri Yeni Zelandiyada ilk dəfə yalnız bir partiyanın qalib gəlməsindən sonra general qubernator Petsi Reddi Leyboristlər Partiyasından olan 20 nəfər hökumət üzvünün andını […]

Yaponiya ilə Çin noyabrın ortalarından qarşılıqlı biznes səfərləri bərpa edəcək

Yaponiya və Çin hökumətləri koronavirus pandemiyası səbəbindən iki ölkənin vətəndaşlarına tətbiq edilən məhdudiyyətlərin noyabrın ortalarından başlayaraq yumşaldılması barədə razılığa gəlib. AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu yumşaldılma yalnız işgüzar və biznes səfərlərinə tətbiq olunacaq. Yaponiyada oktyabrın 1-dən koronavirus pandemiyasına görə xarici vətəndaşların bu ölkəyə gəlişinə qoyulan məhdudiyyətlər yumşaldılıb. Birinci mərhələdə bu, Yaponiyada uzun […]

Dalay Lama koronavirusun çarəsini tapıb – mantra oxumaq lazımdır

Dalay Lama dünyada xəstəliklər epoxasının başlandığını bəyan edib. O bildirib ki, koronavirus pandemiyası, ümumilikdə, əvvəlki həyatlarımızda yığdığımız pis karmanın nəticəsidir. Bu, açıq-aşkar görünür. Bizim.Media RİA Novostiyə istinadən bildirir ki, Dalay Lama dünyanın bu pandemiyadan xilas olması üçün bütün buddistləri Yaşıl Taranın “Om Tare tuttare ture svaha” mantrasını oxumağa çağırıb. “Əgər siz onu təkrarlayacaqsınızsa, fayda verəcək”, […]

Ermənistan rəhbərliyi ordusunda muzdlu döyüşçülərin olduğunu ört-basdır edə bilmir

Ermənistan ordusu Azərbaycan ərazilərini heç vaxt öz qüvvəsi ilə işğal edə bilməzdi. Zaman-zaman şahidi olmuşuq ki, təcavüzkar ölkə həmişə havadarlarına arxayın olub və onların hesabına “böyük Ermənistan” dövləti yaratmaq iddiasını gerçəkləşdirmək istəyib. Onlar bu gün də bu iddialarından əl çəkmək istəmirlər. Ancaq qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkarın bütün […]

Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən azad olunub

Türkiyə Mərkəzi Bankının sədri Murat Uysal vəzifəsindən azad edilib. AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə Mərkəzi Bankın sədri postuna keçmiş maliyyə naziri Naci Ağbal gətirilib. Qeyd edək ki, M.Uysal 2019-cu il iyulun 6-da Türkiyə Prezidentinin vəzifəsindən azad etdiyi Murat Çetinkayanın yerinə təyin olunmuşdu.

Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycan və Türkiyənin xaricdəki dipomatik nümayəndəliklərinə hücumlar təşkil edir FOTO

Son günlər döyüş meydanına məğlub olan Ermənistan müxtəlif vasitələrə əl atır, Azərbaycan və Türkiyənin xaricdəki diplomatik nümayəndəlikləri qarşısında müxtəlif aksiya və təhdid xarakterli tədbirlər görürlər. APA-nın Vesti.az-a istinadən xəbərinə görə, bu gecə yerli vaxtla saat 02:30-da iki naməlum kişi Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, […]

Elxan Şahinoğlu: “Hərbi qələbəmizdən sonra Rusiya-Ermənistan müttəfiqliyində çat böyüyəcək”

“Paşinyan hakimiyyətdə qala bilsə, üzünü Qərbə çevirməyə və rus hərbi bazalarını ölkədən çıxarmağa çalışacaq” Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəni qələbə ilə başa çatdırdıqdan və Ermənistan 30 ildir işğalda saxladığı torpaqları itirdikdən sonra düşmən ölkənin Rusiya ilə münasibətlərinin sərinləşəcəyi və hərbi müttəfiqliyinin sıfırlanacağı gözlənilir. Çünki yanlış siyasəti ilə nəinki Qarabağı, eləcə də ölkəsinin hərbi imkanlarını, canlı […]

MN: Düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub. Müdafiə Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

Şuşanın azad edilməsinin yaradacağı hərbi-siyasi üstünlük

Sülhəddin Əkbər: “Şuşadan sonra əsas döyüş Xankəndi uğrunda gedəcək” Azərbaycan ordusunun işğalçı Ermənistanı sülhə məcburetmə əməliyyatı davam edir. Artıq bir neçə gündür döyüşlərin Şuşada getdiyi və qədim Azərbaycan şəhəri Şuşanın azad edilməsinin an məsələsi olduğu barədə məlumatlar yayılır.  Şuşa işğaldan azad edildikdən sonra Qarabağ müharibəsinin taleyi necə dəyişəcək? Şəhərin nəzarətimizə keçməsi hərbi strateji baxımdan nə […]

Zaxarovanın açıqlamalarına Bakıdan reaksiyalar

Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz sözçüsü Mariya Zaxarovanın dili ilə Dağlıq Qarabağa terrorçu-muzdluların gəldiyini iddia edib. Kreml bununla bir növ işarə edib ki, guya onlar Azərbaycan tərəfindən vuruşurlar. Hətta XİN sözçüsü deyib ki, Qarabağda “terror anklavı” yarana bilər. Qeyd edək ki, sentyabrın 27-dən bu günə qədər davam edən Vətən müharibəsində şimal qonşumuz tərəfindən müxtəlif […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30