Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir VİDEO

Türkiyə və Azərbaycan hərbçilərinin “Qış-2021” hərbi təlimləri davam edir. Musavat.com bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. Qurum bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlayışlar yerinə yetirilib. Qeyd edək ki, “Qış-2021” təlimləri Türkiyənin Qars əyalətində fevralın 1-dən 12-dək keçirilir. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini […]

Bakı metrosu bu tarixdən açılır – Operativ Qərargah elan edəcək

“Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib. AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az saytına metropoliten işçiləri bildiriblər. Bildirilir ki, “Bakı Metropoliteni” stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərarı […]

Bakıda polis gizli toy məclisi təşkil edənləri belə aşkarladı – VİDEO

Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı […]

Milli Qəhrəman Mübariz İbrahimovun xarirəsi yad edilib – FOTO

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan […]

Əfqanıstanda terror aktları törədilib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə iki partlayış törədilib. Bu barədə Report “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, partlayışlar paytaxtın Xayir-xan və Bak-Kazi rayonlarında baş verib. Kabilin Polis Departamentinin mətbuat katibi Ferdevs Faramarç bildirib ki, hər iki hadisə nəticəsində ümumilikdə bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb. Partlayışların terror aktları olduğu bildirilir. Terror aktlarına görə məsuliyyəti […]

Bu il qəhrəmanın doğum günü fərqli qeyd edilir – Mübariz İbrahimovun atası

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub. “Report”un Muğan bürosunun məlumatına görə, tədbirlərdən biri qəhrəmanın ata ocağında, Əliabad kəndindəki evində baş tutub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Milli Qəhrəmanın evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib. Tədbir iştirakçıları görüş zamanı Mübariz […]

SOCAR-ın adından yalan məlumat yayan saxta sayt yaradılıb – ŞİRKƏTDƏN AÇIQLAMA

SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə “socar.space” ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Bildirilib ki, səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur. […]

Dünyada koronavirusa yoluxanların sayı 106 milyonu ötdü – Ölkələrdə son vəziyyət necədir?

Dünyada koronavirusa yoluxanların sayı 106 milyonu ötüb. Virusdan ölənlərin sayı isə 2.321.376 nəfər olub. Koronavirusla bağlı ölkələr üzrə son vəziyyət necədir? ABŞ-da bu günə qədər koronavirusa yoluxma sayı 27,5 milyondan çoxdur. Virus ölkədə 474 minə yaxın insanın həyatına son qoyub. Rəsmilər sürətli şəkildə vaksinasiya prosesini aparmaq üçün müxtəlif yollar axtarır. Məlumata görə, ABŞ-da vaksinasiyanın başlandığı […]

Şirvanda avtomobil azyaşlını vurub

Şirvan rayonunda azyaşlını avtomobil vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil yola qəfildən çıxan təxminən 12 yaşlı uşağı vurub. Ağır xəsarətlər alan azyaşlını sürücü özü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Faktla bağlı araşdırma aparılır.

Sabaha olan hava proqnozu açıqlandı

Fevralın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən “Report”a veriləm məlumata görə şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728