Peskov britaniyalı naziri səviyyəsiz adlandırdı

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Prezident Vladimir Putinlə bağlı açıqlamasına münasibət bildirib. Cumhuriyyet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kreml rəsmisi bu cür davranışları kobudluq adlandırıb. “Təəssüf ki, burada həm şəxsi, həm də siyasi mədəniyyətin aşağı səviyyədə olduğunu görürük. Bu cür kobudluq ölkə siyasətinə kölgə salır”, – […]

Şentop Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün iyunun 29-da Azərbaycana səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi […]

Ərdoğan-Bayden görüşü başa çatıb – YENİLƏNİB

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb. Cumhuriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təxminən 1 saat 15 dəqiqə davam edən görüşdə bir sıra məsələlər müzakirə edilib. *** 20:04 Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında görüş başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə […]

Putin Rəisilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində İran lideri İbrahim Rəisi ilə görüşüb. Cumhuriyyet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşdə bir neçə məsələ müzakirə edilib. Bildirilib ki, hər iki ölkə lideri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər.

İlham Əliyev Aşqabadda rəsmi qəbulda iştirak edib

İyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı genişləndirir

İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən (MN) Cumhuriyyet.az-a bildirilib ki, general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində […]

Bakıda daha bir beynəlxalq görüş olacaq

“Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir: “Ölkəmiz Şərq-Qərb və […]

Xəzərlə bağlı ekspert qrupu yaradılacaq – PREZİDENT

“Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qrupları yaradılacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. İlham Əliyev ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğumuzu bildirib: “Azərbaycan Xəzər dənizinin ekoloji […]

Rusiya dünya üçün təhlükə yaradır – NATO

NATO-nun Madrid Sammitinin yekun deklarasiyası qəbul olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi məlumatında bildirilib. “NATO müdafiə alyansıdır və heç bir ölkə üçün təhlükə yaratmır. NATO bizim kollektiv müdafiəmizin təməli və müttəfiqlər arasında təhlükəsizlik məsləhətləşmələri və qərarlar üçün vacib forum olaraq qalır”, deklarasiyada bildirilib. Yekun deklarasiyada müttəfiq ölkələrin liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar […]

Prezident İranla münasibətlərdən danışdı: İrəliləyiş var

Türkmənistanda ötən dəfəki görüşümüzdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı irəliləyiş var. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930