Azərbaycan və Ermənistan rəsmilərinin görüşü başlayıb

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada təşkil olunub. Görüş zamanı nəqliyyat-kommunikasiya və delimitasiya məsələləri müzakirə olunacaq. Danışıqlar mətbuata qapalı keçirilir. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın bugünkü görüşü Rusiya tərəfinin məşvərətçi yardımı əsasında baş tutub. Qeyd edək […]

Prezidentdən Nəsibə Abdullayeva ilə bağlı SƏRƏNCAM

Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin.

Almaniyada türklərə təhdid: “Hamınızı öldürəcəyik!”

Almaniyanın Barnstorf şəhərindəki Mövlana məscidinə irqçi təhdid məktubu göndərilib. Cumhuriyyet.az xəbər verir ki, məktubda “Siz türklərin hamısını öldürəcəyik!” deyə qeyd olunub. Qeyd edək ki, 4 ay əvvəl də həmin məscidə eyni məzmunlu məktub göndərilib.

Türkiyə İraqdakı vəziyyətdən narahatdır

Türkiyə hakimiyyəti İraqdakı vəziyyətdən narahatdır və bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Bağdadda baş verən hadisələr ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid yaradıb. Dost və qardaş İraqda sabitlik və təhlükəsizlik Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Bununla bağlı olaraq biz ölkədə yayılan zorakılıqdan […]

“ANA & BALA-5” Sağlamlıq Yay Düşərgəsi keçirilib

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 27-29 avqust 2022-ci il tarixində “ANA & BALA-5” Sağlamlıq Yay Düşərgəsi keçirilib. Cumhuriyyet.az xəbər verir ki, ilk olaraq Assosiasiyanın sədri Ayaz Hüseynov açılış çıxışında düşərgə daxiliri qanın laxtalanma pozğunluğu ilə bağlı bilgilərin artırılması və Hemofiliya Məktəbi çərçivəsində təlimlərin vacibliyini xüsusən vurğulamışdır. Təmilər məhs damardaxili inyeksiyadan başlanıldı. Qanın laxtalanma pozğunluğundan […]

İtkinlərimiz niyə tapılmır? – Rəsmi açıqlama

“Həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ mühraibəsinə itkin düşmüş şəxslərin siyahısnın dəqiqləşdirilməsi işi olub”. Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib. İ.Axundov qeyd edib ki, 2008-ci ilin aprel ayında BQXK-nın […]

Azərbaycan-Türkiyə qardaşlığının bənzəri yoxdur – Prezident

“Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur”. Cumhuriyyet.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb. “Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə […]

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. […]

6 hərbçimizin taleyi hələ də məlum deyil – RƏSMİ

“Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi”. Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. İ.Axundov qeyd edib ki, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingetinin və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031