Seymur Talıbova HƏBS yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikanın keçmiş maliyyə naziri Rəfael Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Musavat.com xəbər verir ki, sabiq nazir 145 milyon manata yaxın yeyintidə suçlanır. O, ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, istər 2020-ci ilədək Naxçıvan MR-in Gömrük Komitəsində çalışdığı dövrdə, istərsə nazir vəzifəsini tutanda maaşından əlavə paketdə pul alıb. Rəfael […]

Avropa İttifaqı İrana qarşı HƏRƏKƏTƏ KEÇİR – Pilotsuz təyyarələr və raketlər…

Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, Aİ-nin bəyanatına görə, məhdudiyyətlərin əksəriyyəti pilotsuz təyyarələrin və raketlərin istehsalına təsir edəcək. “Avropa İttifaqı İrana qarşı, xüsusilə pilotsuz təyyarələr və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Aİ regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə […]

“Azpetrol” cərimələndi

“Azpetrol LTD” yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə cərimələnib. Tribunainfo.az xəbər verir ki, “Azpetrol” İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsini pozub. Belə ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə […]

Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: […]

İcra başçılarının məzuniyyətə çıxmasına qadağa qoyuldu – SEÇKİ QƏTİLƏŞİR

Bu ilin yayında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar səngimək bilmir. Ötən gün Milli Məclisin daha iki deputatı – Ədalət, Hüquq və Demokratiya partiyasının sədri Qüdrət Həsənquliyev və ReAL təmsilçisi Erkin Qədirli analoji açıqlama ilə çıxış ediblər. Bundan əvvəl isə sabiq baş bazir Pənah Hüseyn də növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirərək,  hazırlıq […]

Azərbaycanda XI sinfi bitirənlər Amerikada, Almaniya oxuya bilmirlər – SƏBƏB

“Hazırda Azərbaycan Beynəlxalq Konvensiyanın üzvüdür. “ENİC-NARİC” sistemi var və bütün ali təhsil müəssisələrimiz bu sistemdə akreditasiyadan keçib. Həmçinin beynəlxalq reytinqdə də varıq. Buna görə də Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı hər hansı problem yoxdur. Birmənalı şəkildə hər kəs bilməlidir ki, Azərbaycan ali təhsil müəssisələrindən məzun olan şəxslərin diplomları rahatlıqla xarici ölkələrdə tanınır. […]

Rusiyada əcnəbilərə qarşı daha bir qanun – Miqrantları nə gözləyir?

“Bunun hansısa bir formada insanları çətin duruma salan bir məsələ olduğunu düşünmürəm”. Bunu Qaynarinfo-ya açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hazırladığı SİM kartların sayına məhdudiyyətlər tətbiq edən qanun layihəsini şərh edərkən deyib. Azər Allahverənovun sözlərinə görə, miqrasiya proseslərinin tənzimlənməsilə birbaşa […]

Paşinyan Azərbaycanla sərhəddəki ermənilərə nələr dedi? – TƏFƏRRÜAT

Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Voskepar kəndinə getdiyi və yerli sakinlərlə görüşdüyü barədə xəbər vermişdfik. Görüşün bəzi təfərrüatları “Hraparak”a məlum olub. Qeyd edilir ki, Paşinyanla görüşə yalnız Voskepar kəndinin sakinləri buraxılıb, təhlükəsizlik işçiləri zala daxil olanları yoxlayıb, onların telefonları yığılıb. Görüş qısa müddət, təxminən 1 saat davam edib.  […]

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Dövlət Gömrük Komitəsi (DGK) fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu deyilən “Baku International Tobacco” şirkəti barəsində inzibati protokol tərtib edib. Qaynarinfo xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən […]

Gürcüstan “xarici agentlərə” qarşı dövlətlərin qardaşlığına qoşuldu

Kütləvi etiraz aksiyalarına, etirazçılar arasında çoxsaylı saxlanmalara və polislə qarşıdurmada adamların yaralanmasına baxmayaraq, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanunu birinci oxunuşda qəbul etdi. Qanun xaricdən maliyyələşmənin 20%-dən çoxunu alan qeyri-hökumət təşkilatlarını və KİV-i xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan keçməyə məcbur edir. Təşkilatlar hər il maliyyə bəyannaməsini doldurmalı olacaqlar. Xarici agent […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930