Ramiz Mehdiyev məhkəmə qarşısında – Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib. 529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci […]

Jurnalist İdrak Camalbəyli Kiyevdə qəflətən vəfat etdi

Tanınmış jurnalist İdrak Camalbəyli vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə Azər Kazımzadə facebook-da paylaşım edib. Onun bir neçə saat öncə Kiyevdə futbol izləyərkən ürəktutmasından vəfat etdiyi bildirilir.  Bildirilir ki, onun üçün vida mərasimi keçiriləcək, daha sonra cənazəsi Bakıya göndəriləcək. Qeyd edək ki, bir müddət əvvəl İdrak Camalbəyli ürəyindən əməliyyat olunmuşdu.

Crocus City Hall-da terror aktı törədənləri burada ələ alıblar – TƏFƏRRÜAT

Moskva vilayətindəki “Crocus Siti Holl”da terror aktını törədənlər İŞİD terror təşkilatının Əfqanıstan qanadına aid olan və Tacikistanda auditoriya üçün işləyən “Xorasanın səsi” Telegram kanalı vasitəsilə işə cəlb ediliblər. , Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “RİA Novosti” məlumat yayıb. “Biz konkret şəxslə bağlı materialları nəzərdən keçirdik. Həmkarlarımızdan arayış […]

Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi

Prokuror keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevə iş istəyib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda prokuror təqsirlənidirilən şəxslərin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, istintaq materiallarına əsasən, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun […]

“Təkanlar günü-gündən artır” – Qurban Yetirmişlidən zəlzələ AÇIQLAMASI

2024-cü ilin ilk 3 ayında Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib. “Təkanlar günü-gündən artır. Lakin […]

Binə qəbiristanlıqda çayxana tikmək istədilər – VİDEO

Bakıda qəsəbələrin birindəki qəbiristanlıqda çayxana tikmək istəyiblər. Bu barədə “Real” TV-yə Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri məlumat veriblər. Onlar qəbiristanlığın ərazisində çay evinin tikilməsinə etirazlarını bildiriblər. Çayxananın tikintisinə icazə verdiyi deyilən Binə bələdiyyəsindən deyilib ki, həmin ərazidə çayxana tikilməsinə icazə verilməyib. Ətraflı videomaterialda izləyə bilərsiniz:

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – Fotolar

“Gənclik Mall”da autizmli gəncin zorakılığa məruz qaldığı bildirilir. Bu barədə “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova özünün sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Kənan adlı gənc bir neçə gün əvvəl “Gənclik Mall”ın sanitar qovşaqlarından birində zorakılığa məruz qalıb: “Kənan vəhşicəsinə üzünə zərbə alıb və sonradan görənlərin dediyinə görə, tualet tamam qan içindəydi. […]

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə nüfuz alverində təqsirləndirilən zabitlər – Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan […]

Fazil Mustafaya sui-qəsd işi üzrə hadisə şahidi: “Güllələr tək-tək atıldı, 7.62 mm-in səsi idi”

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib və iş üzrə şahidlər dindirilib. Şahid Elməddin Əliyev bildirib ki, axşam saat 10-a qalmış atəş səsi eşidib: “Mən o ərazidə yaşayıram. Atəşin səsinə çıxdım. 21:35 olardı. Dalbadal 2-3 atəş səsi eşitdim. Aşağı […]

Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu

Moskvanın Oçakovo-Matveyevskoe rayonunda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyati ictimai təşkilatının sədr müavini Raqub Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə bakupost.az-a Moskvadakı diaspor nümayəndələri məlumat verib. Xəbərə görə, Raqub Bayramov Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin keçmiş sədri Ağadadaş Kərimovun şikayəti əsasında məhkəmə qarşısına çıxarılıb. Buna onların arasındakı köhnə ədavətin səbəb olduğu bildirilir. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031