200 İLİN HADİSƏSİ… – Və ya siyasətdə qrossmeyster gedişləri

Günümüzdə elə hadisələr yaşayırıq ki, bunlara “200 ilin hadisəsi” deyəndə, bəlkə də bəzilərinə şişirtmə və bəlağət elementi kimi görünür, amma elə deyil, bu dediklərimiz sırf reallığı əks etdirir. Son 200 ildə ilk dəfədir ki, Qarabağda erməni yoxdur. Bu, bölgədə sülh və əmin-amanlığın bərqərarı deməkdir. Bu 200 ildə ermənilər zaman-zaman bu bərəkətli, cənnətməkan mahalı cəhənnəmə döndəriblər, […]

İddiaları ilə imkanları tərs gələn dövlət – İRAN

Aprelin 1-də İsrail təyyarələrinin İranın Dəşməşqdəki konsulluğunu bombalamasından sonra İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bunun qisasını alacağını bəyan etmişdi. Yeri gəlmişkən, İsrail vurulan binanın konsulluq olmadığını iddia edir. Nəhayət, İranın gözlənilən səs-küylü hücumu baş verdi və o, tam uğursuzluqla sonuclandı. KİV-lərin məlumatına görə, bu hücum zamanı 185 PUA, 110 yer-yer tipli raket və 36 […]

Baltimor körpüsünü kim uçurdu? – TƏSADÜF, YOXSA DÜŞÜNÜLMÜŞ PLAN?

Bir neçə gün əvvəl Sinqapur bayrağı altında üzən və Şri-Lankaya gedən konteyner gəmisi Baltimorda Patapsko çayı üzərindən Frensis Skott Key adlı (ABŞ dövlət himninin müəllifi) avtomobil körpüsünə çırpıldı. ABŞ-a yük daşıyan əksər transatlantik yük gəmiləri kimi, Sinqapur bayraqlı konteyner gəmisi “Dali” də Kolomboya getməzdən əvvəl keçən həftə Baltimorda Nyu-York və Nyu-Cersi limanlarında dayandı. Sinqapur Dəniz […]

Əliyevlə Rəisinin görüşü niyə baş tutmadı?

Martın 15-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi yerli mətbuata müsahibəsində Azərbaycan və İran prezidentləri arasında görüş keçiriləcəyini açıqlasa da, bu görüş hələ də gerçəkləşməyib.  “Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkənin energetika nazirləri hazırlıq işlərinin görülməsi üçün görüşəcəklər, dövlət başçılarının iştirakı ilə sərhəddə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və müvafiq bəndlərin açılış […]

Makron-Paşinyan anlaşması: Erməni baş nazir Fransaya qaçırılacaq

Prezident Emmanuel Makron Ermənistanın deyil, məhz baş nazir Nikol Paşinyanın, onun ailəsinin və yaxın ətrafının təhlükəsizliyinə təminat verib… Ona görə də, gələcəkdə mütləq siyasi düşmənlərinin intiqamı ilə üzləşəcəyini anlayan erməni baş nazir Fransanın Ermənistanı fəlakətə sürükləyən planının icrası ilə özünü xilas şansı qazanmağa razılaşıb… Cənubi Qafqaz ətrafında qurulan geopolitik oyunların əsas hədəfləri tədricən aydınlaşmağa doğru […]

Ukrayna müharibəsində dönüş nöqtəsi: Daha çox silah, daha çox əsgər… – Təhlil

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ilində bəxtsiz işğalçıları və onların komandirlərinin axmaqlığını ələ salmaq dəbdə idi. Ukraynanın sərt müdafiəsi mümkünsüzün mümkün ola biləcəyini göstərirdi. Lakin reallıq müsbət proqnozlardan fərqlənir… Poliqon xəbər verir ki, bunu Böyük Britaniyanın The Times qəzeti yazıb. Qəzet qeyd edir ki, Ukraynanın 2022-ci ildə uğurlu əks-hücumundan sonra Britaniya müdafiə rəsmiləri Kiyevin […]

Ukrayna savaşından çıxış yolu kimi təklif olunan “Aland adaları” modeli nədir?

Dünya Rusiyanın Ukraynanı işğalının nəticələrini ciddi şəkildə müzakirə etdikləri bir zamanda ən uğurlu çözüm təkliflərindən biri heç kimin gözləmədiyi bir qurumdan gəldi. Söhbət Azərbaycan Demokrat Partiyasının (ADP) dünən yayımladığı bir təklifdən gedir. Ovqat.com-un məlumatına görə, geosiyasi prosesləri dəyişdirmək imkanlarına malik olmayan ADP çıxış yolunu Ukraynanın işğal altındakı ərazilərinə Aland modelininin tətbiqini təklif edib. Partiyanın İdarə […]

Qarabağda “konyak diplomatiyası” oyunu… – TƏHLİL

Fevralın 16-da Münhendə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb. Görüşdə Əliyevin ATƏT-lə bağlı tələbi diqqət çəkib. Belə ki, Prezident Qarabağ münaqişəsini başa çatdığını bir daha vurğulayıb və qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in […]

Ermənistan himn və gerbinin dəyişdirilməsi istəyinin səbəbi…

Son günlər Ermənistan ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu konstitusiya, habelə dövlət atributları olan gerb, bayraq və himnin dəyişdirilməsidir. Paşinyan tərəfindən ilk dəfə gündəmə gətirilən bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan da müdafiə edib. Diqqətçəkən əsas məsələ isə Ermənistanın bunu Azərbaycan və Türkiyənin təzyiqi ilə etməsi iddiasıdır. Simonyan deyir ki, “Hakimiyyətin Azərbaycanın təzyiqi əsasında […]

Avropa Şurasının Azərbaycana qarşı qərəzinin pərdəarxası

2024-cü il yanvarın 24-də Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırdığını bəyan etdi. Səbəb odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün AŞPA Qarabağdakı “Artsax” separatçılarının iddialarına faktiki dəstək verməkdədir. Üstəlik, AŞPA öz iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verdi. Söhbət ondan gedir ki, AŞPA-da yaşanan münaqişənin səbəbi Azərbaycana […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031