Gömrük Komitəsindən narazı sahibkar Gəncədə özünü yandırdı

Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur. Gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər. Daha çox qanunsuzluq ixrac olunan məhsulların gömrük rüsumu ilə bağlı olur. Bir sözlə, DGK rəhbərliyi […]

Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Füzuli rayonunda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayonun Böyük Bəhmənli kəndində Tibb Mərkəzi, Zobucuq və Qayıdış qəsəbələrində xəstəxanalar inşa olunaraq ən müasir tibbi avadanlıqla təmin edilib. Hazırda Bala Bəhmənli kəndində rayon mərkəzi xəstəxanası üçün 80 çarpayılıq yeni bina tikilir. Bu faktlar Füzuli rayonunda […]

Polkovnikdən Mehriban xanım Əliyevaya müraciət: Mən o qəbulda nələr gördüm/Video

Ehtiyatda olan polkovnik Ağaverdi Fəttahov Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya  video müraciət edib.”Reportyor.info’‘ olaraq heç bir şərh vermədən həmin video müraciəti təqdim edirik:

Azərbaycanda qadın müəllimə oğurluğa görə həbs edildi

Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb. Cumhuriyyet.az APA-ya istinadən məlumatına görə, iyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən […]

Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi – Foto

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun xanımı Dilek Kaya Türkiyə mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində şəxsi həyatından, İmamoğlu ilə tanışlığından söz açıb. Trabzonda doğulduğunu bildirən Dilek Kaya, orta məktəbi İstanbulda oxuyub. O, litseyi bitirdikdən sonra Əkrəm İmamoğlu ilə tanışıb olub və evlənib. Bu izdivacdan […]

Qarabağda erməni əsgərlər biri-birini GÜLLƏLƏDİ

İşğalçı Ermənistan ordusunun əsgərləri Dağlıq Qarabağ ərazisində silahli insident törədiblər. Redaktor.az arminfo-ya istinadən xəbər verir ki, 2000-ci ildə anadan olmuş əsgər Hamlet Qalstyan hərbçi yoldaşı tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən Qalstyanın həyatını xilas etmək mümkün olub. İşğal edilmiş Əsgəran ərazisində baş verən insidenti qondarma Dağlıq Qarabağ Müdafiə nazirliyi də təsdiqləyib.

Rektorun evi qarət olundu: Akif Süleymanov hadisəni gizlədir, sürücüsünü isə…

Bugünlərdə Gəncədə oğurluq hadisəsi baş verib. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq […]

Oqtay Şirəliyev prezidenti necə aldadıb: “Semaşko”da palma söhbəti

Palatada torsuz pəncərələrdən girən ağcaqanadlar uçuşur, tavanda bəzi lapmalar yoxdur, hər bir xəstənin yanında gündüz qohum-əqrəbası yığışır, bəziləri xəstəxana palatalarında oturur, heç bir ziyarətçinin üstündə xələt yoxdur. Həkimlər xəstəni dövrəyə alan qohumların arasından soxularaq xəstəni müayinə etmək məcburiyyətindədir. Tibb bacıları xəstələrin tualet və müalicə prosedurlarını yerinə yetirə bilməsi üçün ziyarətçiləri dəhlizə qovur, amma “qonaqlar” tezliklə […]

Deputat Eldar İbrahimovun qardaşının sərhəd tanımayan özbaşınalığı (ŞİKAYƏT)

“Tam bir zülm məngənəsinin içindəyəm. Məsləhət və yardımlarınıza ehtiyacım var. Bu zülm məngənəsinə düşməyimin də səbəbkarı 1995-ci ildə Rusiyadan Bakıya gələrək bir banka sahiblənən, sonra 1997-ci ildə İçəri şəhər Mirzə Şəfi 20 ünvandakı binanın 1 və 2-ci mərtəbələrində yerləşən mənzilləri alaraq, binanın üst qatlarının ona məxsusluğundan riqqətlənib, sonradan binanın yarımzirzəmisində yerləşən dükanın da ona aid […]

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı Avtandil Məmmədov saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, A.Məmmədov Azərbaycan tərəfindən “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib. Saxlanılan şəxs Azərbaycanda dələduzluqda ittiham olunur. A.Məmmədov bu gün Marneuli rayonunun Rustaveli küçəsində saxlanılıb. Məlumatda qeyd olunub ki, A.Məmmədov 2017-ci ildə Gürcüstanda sığınacaq almaqla […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2019
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930