Birinci sinfə qeydiyyat BU TARİXDƏN başlanılır

  Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Təhsil Nazirliyindən  verilən məlumata görə, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. 29 aprel […]

Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, “Facebook” onun postunu sildi

    “Facebook” Qırğızıstan prezidenti Sadır Japarovun COVID-19-un müalicəsi üçün zəhərli bitki kökünü məsləhət görən ziddiyyətli postunu platformadan silib. Şirkət bu postu “dezinformasiya” adlandırıb. Japarov sözü gedən postunda yazırdı ki, onun ölkəsi COVID-19-un müalicəsi üçün “effektiv” metod tapıb. Aprelin 15-də dərc olunmuş posta video da əlavə edilmiş. Bu videoda qoruyucu geyimdə olmayan adamların kəpənəkçiçəyi bitkisinin […]

Nəcməddin Sadıkov niyə həbs olunmur? – ŞOK DETALLAR AÇIQLANDI (VİDEO)

    Video əlavə olunub. xxx General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi. Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə […]

İlham Əliyev Hacıqabula səfər etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gedib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Ermənistan ərzaq çatışmazlığı ilə üz-üzə qalıb – “Eurasia Review”

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Süveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqaləsi Aİ-nin nüfuzlu “Modern Diplomacy” portalında, “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsi isə ABŞ-ın “Eurasia Review” nəşrində dərc edilib. “Süveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqalədə Süveyş kanalının yük […]

Bərdədə müstəntiqlə həkimlər bir gəncin qanını batırırlar: Baş Prokurora şok müraciət

Bərdə Rayon Prokurorluğunun müstəntiqi Sahil Məmmədli  ilə rayon Mərkəzi Xəstəxanasının həkimi Xaliq Məmmədov əlbir olaraq bir gəncin şikəst edilməsi işini ört-basdır etməyə çalışırlar. Söhbət Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Talıbovun 2018-ci ilin yanvarın 6-da yol keçərkən avtomobil tərəfindən vurulmasından sonra həkim Xaliq Məmmədovun səhvi ucbatından şikəst qoyulmasından gedir. Müstəntiqlə həkim dil taparaq O.Talıbovun […]

Əfqanıstanda partlayış: 2 polis öldü, 3-ü xəsarət aldı

    Əfqanıstanın şimal-qərbində törədilmiş partlayış zamanı iki polis əməkdaşı həlak olub. Bu barədə 1TV telekanalı xəbər verib. Qeyd edilir ki, hadisə Herat əyalətində baş verib. Minalanmış avtomobilin partladılması zamanı həmçinin daha 3 polis əməkdaşı yaralanıb. Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib. Polis əməkdaşları ilə silahlılar arasında atışma bir neçə saat davam edib. Sonda […]

Vilayət Eyvazov deputatın oğluna yeni VƏZİFƏ VERDİ – FOTO

    Daxili İşlər orqanlarında yeni təyinat olub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin rəisi vəzifəsindən azad edilib. Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki. T.Abbasov deputat Aqil Abbasın oğludur. (unikal.org)

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930