Mikayıl Cabbarov Yevlax və Mingəçevirdə oldu – FOTO

    Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, özəl sektorun inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılması məqsədilə sistemli islahatlar həyata keçirilir, bu sahəyə dövlət dəstəyi gücləndirilir. Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, regiona səfər çərçivəsində nazir Mikayıl Cabbarovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə görüşündə kiçik və orta biznesin […]

Zelenski sabah Türkiyəyə gedir

    Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək. O, aprelin 10-da İstanbulda Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 9-cu iclasında iştirak edəcək. Bundan başqa, Ukrayna prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Qeyd edək ki, ötən il R.T.Ərdoğan Kiyevdə Şuranın 8-ci iclasında iştirak etmişdi.

YAŞAT Fondu əməli addımları ilə yadda qalıb – Millət vəkili

    Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə YAŞAT Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Eyni zamanda bu sahədə şəffaflığın, hesabatlılığın və […]

Zakir Həsənov Özoralla görüşdü

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb. Səfirlə əvvəlki görüşlərini […]

Azərbaycanda tanınmış bəstəkar vəfat etdi – FOTO

Tanınmış bəstəkar İlham Abdullayev vəfat edib. Bunu Xalq artisti Faiq Ağayev feysbukda yazıb. Onun sözlərinə görə, bəstəkar uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, İ.Abdullayev Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri olub.

QMİ Ramazan ayı ilə bağlı FƏTVA VERDİ

    Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub. İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun […]

Bakıdan İrəvana nümayəndə heyəti uçub? – SENSASİYALI İDDİA

    Bakıdan İrəvana bir neçə “əsir” aparacaq təyyarənin yerə boş enməsi müəmmalı suallar yaratdı: Muradov niyə əliboş qayıdıb, yaxud təyyarədə kimlər olub? “Hraparak” qəzetinin mənbələrinə istinadən irəli sürdüyü sensasiyalı iddiası bu kontekstdə maraqlıdır. “Mənbələrimiz təyyarənin boş gəlmədiyini, Türkiyə və Azərbaycan nümayəndələrinin Mehri ərazisində inşa edilən yola (Zəngəzur dəhlizi) baxmaq, ərazini öyrənmək məqsədilə Muradovla birlikdə […]

İlham Əliyev ona GENERAL-MAYOR RÜTBƏSİ VERDİ

    Prezident İlham Əliyev Elxan İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilsin.

FHN 5 nəfəri xilas etdi

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 1 intihar hadisəsi və 3 halda köməksiz vəziyyətdə qalma […]

Türkiyədə hərbi təyyarə qəzaya uğradı

    İzmirdə hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, KT-1 tipli təyyarə təlim uçuşu zamanı məlum olmayan səbəbdən Foça sahilində dənizə düşüb. İki pilot sağ çıxarılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930