İlham Əliyev Putinə zəng etdi

    Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etmişdir. Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq […]

İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı – AÇIQLAMA

    İran üçün Azərbaycan daim “Axilles dabanı” funksiyasını daşıyır. Azərbaycanın geostrateji mövqeyi və bu kimi faktorlar İranın diqqətinin hər zaman ölkəmizdə olmasına səbəb olur və Azərbaycanda gedən proseslərdə əsas rollardan birini oynamağa can atır. Biz bunu həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə gördük. İran proseslərdən kənarda qalmaq istəmədi. Bu sözləri  beynəlxalq məsələlər […]

Politoloqdan İran ayətullahına: Donuz quyruğunda az eşələnin!

  Həsən Amili… İran İslam Respublikası adlanan ölkənin ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsidir. Fars-molla rejimi Azərbaycan Respublikasına yönəlik sərsəmləmələrini adətən onun dilindən səsləndirir. Bir qayda olaraq, xütbələrində “cəh-cəh” vuran Amili Azərbaycanı və azərbaycanlıları hədəfə alanda rejim tərəfindən əlinə verilən kağızdan höccələyir. İndi yenə bir kağız parçasını veriblər əlinə, o da dili dolaşa-dolaşa, hıqqına-hıqqına bir-iki […]

Elnur Əşrəfoğlu klinikaya yerləşdirildi – Vəziyyəti ağırdır

  Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb. Jurnalistin müalicə aldığı “Yeni Klinika”dan “Report”a bildirilib ki, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb. “Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına […]

Paşinyan ETİRAF ETDİ: Bir yolumuz var. O da…

  “Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır. Ermənistanın 25 ildən çoxdur qaldığı blokadadan çıxmasını bunda görürük”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı deyib. O bildirib kİ, Ermənistanın blokadadan çıxmasının yolu regional kommunikasiyaların açılmasından keçir və bu istiqamətdə konkret qərarların qəbul ediləcəyinə ümidvardır. N.Paşinyan, həmçinin Azərbaycan, Rusiya […]

Səyyad Əlizadənin səhhəti ilə bağlı XOŞ XƏBƏR

    Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılığa doğru gedir. Bu barədə müğənninin kürəkəni Razim Qarayev bildirib. Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı tamamilə sağalıb: “Səyyad bəyin səhhəti yaxşılaşır. Qızdırması düşüb. Yoldaşı isə bu gün xəstəxanadan evə buraxılıb”.

“Əsrin müqaviləsi” hansı şəraitdə imzalandı? – Dövrün maliyyə naziri DANIŞDI

  Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir salnamənin, “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə ölkəmizin təkcə iqtisadi həyatına müsbət […]

İstəyirəm məhkəmə tez başa çatsın, mən də… – Eldar Həsənov (YENİLƏNDİ)

    Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov məhkəməyə müraciət edib: “Möhtərəm hakim, mən istəyirəm məhkəmə tez başa çatsın, mən də cəzamı alım”. Hakim isə […]

Mingəçevir Xəstəxanasında xəstə yaxını ilə həkimlər arasında dava

  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyası tibb müəssisəsində xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib. Xəstəxanadan bildirilib ki, sentyabrın 19-da saat 21:02-də təcili yardıma vətəndaş Nərgiz Yusibova üçün mədə ağrısı narahatlığı ilə bağlı çağırış daxil olub. “Çağırış edən şəxsə həmin saatda növdədə olan hər 2 təcili yardım briqadasının digər […]

Bu həftə Azərbaycana payız fəsli daxil olacaq

Bu həftə Azərbaycana payız fəsli gələcək.   Payız ölkəyə sentyabrın 22-si saat 23:21-də qədəm qoyacaq. Belə ki, payız fəslinin başlaması ilə gecə və gündüz bərabərləşir. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçir.   Qeyd edək ki, qış fəsli isə dekabrın 21-i saat 19:59-da ölkəyə gələcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930