Yunanıstan XİN başçısı İrəvana gəlir

Yunanıstan xarici işlər naziri Nikos Dendias sentyabrın 27-də İrəvana səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Dendias Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyanla görüşəcək. Görüşlərdə ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlər, Qafqaz və Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq.

Yazıçılar Birliyinin qurultayı təxirə salındı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı təxirə salınıb. AYB-dən Cumhuriyyet.az-a bildirilib ki, bununla bağlı Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib. Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə […]

Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı TƏSDİQLƏDİ

“Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq […]

Prezidentdən yeni TƏYİNATLAR

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub. Cumhuriyyet.az xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir. Z.Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub. 2004-cü ildə […]

Paşinyan Makronla görüşə GETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilib ki, Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında görüş bu gün axşam saatlarında Yelisey sarayında baş tutacaq.

Putin Avropa İttifaqındakı nümayəndəni geri çağırdı

Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəsi Vladimir Çijov vəzifəsindən geri çağırılıb. Cumhuriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün fərman imzalayıb. Onun hansı səbəbdən geri çağırılması açıqlanmayıb.

“Putin Zelenski ilə danışıqlara hazırdır” – Çavuşoğlu

“Rusiya Prezidenti Vladimir Putin cənab Ərdoğanla görüşündə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğunu bildirib”.   Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yapon həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.   “Əslində Ukrayna lideri də danışılara hazır olduqlarını bildirmişdi. Amma müharibə uzandıqca tərəflərin niyyətləri dəyişib. Ümid edirik ki, tərəfləri […]

İlham Əliyev Volodini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xəbər yenilənəcək

Putinlə Lukaşenkonun görüşü başlayıb

Rusiya prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında görüş başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edək ki, Lukaşenko Rusiyada işgüzar səfərdədir. Bundan əvvəl Belarus prezidenti rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşdə xüsusilə yükdaşıma ilə bağlı məsələni həll edəcəyini bildirmişdi.

Ermənistan Zəngəzura hərbi texnika toplayır – FOTO

Ermənistan silahlı qüvvələri Zəngəzur istiqamətində hərbi texnika toplayır. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində foto və videolar yayılıb. Məlumata görə, Ermənistan ordusu Zəngəzur istiqamətində ağır texnikalar yerləşdirir. Ermənilər hesab edirlər ki, hərbi texnikaların sərhədə aparılması yeni döyüşlərin başlanmasına işarədir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930