Putinlə Paşinyan arasındakı görüş başa çatdı – YENİLƏNİB

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatıb. Cumhuriyyet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, görüş bir saatdan çox davam edib. *** 15:45 Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Cumhuriyyet.az bu barədə […]

İlham Əliyev Əlcəzair Prezidentini TƏBRİK ETDİ

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubun ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, məktubun mətnində deyilir: “Hörmətli cənab Prezident, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. 1 noyabr 1954-cü ildə Əlcəzair xalqı […]

Paşinyan İrana gedir

Ermənistan Baş naziri Nikol Paşinyan sabah Tehrana səfər edəcək. Cumhuriyyet.az İSNA-ya istinadən xəbər verir ki, səfər zamanı Paşinyanın Səadabad mədəni-tarixi kompleksində İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq. Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək. Səfər zamanı Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Peskov üçtərəfli görüşdə hansısa sənədin qəbul edilib-edilməyəcəyinə aydınlıq gətirib

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrini təxmin etməyəcəyik. Cumhuriyyet.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Üçtərəfli görüşün yekunları ilə bağlı hansısa sənədin qəbul olunub-olunmayacağı ilə bağlı suala isə Kremlin sözçüsü belə cavab verib: “Biz sizi məlumatlandıracağıq”.

Paşinyandan 10 noyabr Bəyannaməsini pozan AÇIQLAMA

“Ermənistan ərazisindən keçən kommunikasiyalar onun tam nəzarətində olmalı və ölkə qanunvericiliyinə uyğun işləməlidir”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. “Rusiya FTX-nin sərhəd departamenti öz növbəsində əldə olunmuş razılaşmaların icrasına nəzarət etməlidir”, – deyə erməni baş nazir qeyd edib.

Putindən Azərbaycan və Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA

“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”. Cumhuriyyet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib. O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir: “Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq […]

Ərdoğandan Rusiyanın “taxıl dəhlizi” sazişindən çıxmasına İLK REAKSİYA

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyanın taxıl sazişini dayandırması ilə bağlı qərarına reaksiya verib. Cumhuriyyet.az bildirir ki, ölkə başçısı Türk Tibb Dünyası Konqresində çıxışı zamanı bu barədə danışıb. O, fikirlərini bu cür ifadə edib: “İndi ərzaq böhranı yaşayırıq. Dünyada buğda istehsalının üçdə biri Rusiya və Ukraynaya aiddir. Biz 9,3 milyon ton Ukrayna buğdasını dünyanın xidmətinə […]

Kəlbəcərdə insan skeleti tapıldı: Ermənilər işgəncə ilə öldürüb

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, […]

Soçidə Putin-Paşinyan görüşü BAŞLADI

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Cumhuriyyet.az bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.

Hulusi Akar Şoyqu ilə taxıl dəhlizini müzakirə edəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparacaq. Cumhuriyyet.az-ın xəbərinə görə, Akar Şoyqu ilə taxıl dəhlizi ilə bağlı son hadisələri müzakirə edəcək. Hulusi Akar “Taxıl sazişi”nin davam etməsi üçün səy göstərdiklərini vurğulayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31