Ombudsmandan Anım Günü BƏYANATI

İki il bundan əvvəl, yəni 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan Ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə […]

Köçkünlər üçün tikilən evlərin satış qaydaları MÜƏYYƏNLƏŞDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı qaydası təsdiq edilib. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qayda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran […]

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?

Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sabitdir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu günə olan məlumata görə, sərhəddə ciddi dəyişiklik qeydə alınmayıb. Xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən etibarən Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. […]

Eks-prezident: Rusiya Qarabağ məsələsinin həll açarını İTİRİB

Ermənistan dövlətinin keçmiş başçısı Ter-Petrosyan Rusiya, ABŞ və Avropa İttifaqının Qarabağ msələsinin nizamlanmasındakı imkanlarını dəyərləndirib. “Qarabağ münaqişəsinin nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi, indi isə rəsmi Moskva onu itirib”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyanın efirində bildirib. “Rusiyanın timsalında Ukrayna hadisələri olmasaydı, hər şey qat-qat konstruktiv olardı. Vaxtilə […]

“Paşinyan sülhə qol çəkməkdən qorxur, çünki onu “satqın, türk” adlandıracaqlar” – Ter-Petrosyan

“Müxalifətin əksəriyyəti düşünür ki, Nikol Paşinyandan qurtula bilsələr, o zaman ağrılı qərarlardan qaçmaq mümkün olacaq, lakin bu sadəlövhlükdür”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində deyib. “Hakimiyyətə kim gəlsə, eyni, bəlkə də daha pis sənədə imza atacaq. Birincisi, onların Ermənistandan nə istədiklərini anlamaq və ən az ağrılı həll yolunu […]

Şəhidlərimiz 1 dəqiqəlik sükutla anılacaq

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.   Cumhuriyyet.az xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq. Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930