İsrail XİN başçısı Lavrovla danışdı

İsrail xarici işlər naziri Eli Koenlə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Koen Tvitter hesabında məlumat paylaşıb. İsrail XİN rəhbəri rusiyalı həmkarı ilə ikitərəfli və regional məsələləri müzakirə etdiyini qeyd edib.

Prezident Pelenin vida mərasiminə qatıldı

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva həyat yoldaşı ilə birlikdə əfsanəvi Pelenin vida mərasiminə qatılıb. Cumhuriyyet.az xəbər verir ki, prezident vida mərasiminin keçirildiyi Santos şəhərindəki “Vila Belmiru” stadionuna yollanıb. Qeyd edək ki, üçqat dünya çempionu, əfsanəvi futbolçu Pele 2022-ci ilin dekabrən 29-da vəfat edib.

Rusiyanın Krımda nüvə başlıqları var – Kəşfiyyat

Krımda Rusiyanın yerüstü, hava və dəniz nüvə silahı daşıyıcıları bazaları var. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Çervnyak deyib. Onun sözlərinə görə, yarımadadakı gəmi, sualtı qayıq, təyyarə və yerüstü komplekslərdə nüvə başlıqları mövcuddur.

Azərbaycanda bu şəxslər vaxtından əvvəl pensiyaya çıxacaq – YENİ SİYAHI

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklika edib. Cumhuriyyet.az xəbər verir ki, siyahıya yeni ixtisaslar əlavə edilib. Bunlar aşağıdakılardır: Filiz və kömür hasilatı sahələrində – Filizin emalı – qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər – qaynaqçılar – əməliyyat bölməsində operatorlar – qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar […]

ABŞ və AB Ukraynaya görə İsveçrəyə təzyiq edir

ABŞ və Avropa Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün İsveçrəyə təzyiq göstərir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” məlumat yayıb. Məlumata görə, İsveçrə ruslara məxsus təxminən 7,5 milyard frank, eləcə də 15 mülkü dondurub: “İsveçrə xarici işlər naziri İqnazio Kassisin sözlərinə görə, mülkiyyət hüququnun müqəddəs sayıldığı İsveçrə üçün aktivlərin müsadirəsi son dərəcə […]

Çavuşoğlu ABŞ-a gedir

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yanvarın 17-də ABŞ-a səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O, yanvarın 18-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.  

Putinlə Tokayev danışdı

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Yeni il münasibətilə bir-birini təbrik edərək, Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər”, […]

Latviya vətəndaşı olmaq istəyən rusların sayı artır

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Latviya vətəndaşlığını almaq istəyən Rusiya vətəndaşlarının sayı artıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri üzrə İdarəsi məlumat yayıb. Məlumata görə, vətəndaşlıq almaq istəyən rusların say əvvəlki illərə nisbətən iki dəfə artıb. “Ötən ilin 11 ayı ərzində 111 Rusiya vətəndaşı Latviya vətəndaşlığını qəbul edib, […]

Yaponiyada ailələrə şirnikləndirici TƏKLİF

Yaponiya hakimiyyəti 37,7 milyon əhalisi ilə dünyanın ən böyük aqlomerasiyası sayılan Tokionu boşaltmaq siyasətinə başlayıb. Bunun üçün ailələrə şirnikləndirici layihələr təklif olunur. Cumhuriyyet.az xəbər verir ki, paytaxtdan köçməyə görə ailədəki hər uşağa bir milyon yen (təxminən 7700 ABŞ dolları) ödənəcək. Tədbirlər əhalinin qocalmasından və azalmasından əziyyət çəkən Yaponiya üçün strateji hədəfə xidmət edir. Rəsmi Tokio […]

2023-cü ildə Ukrayna müharibəsində nələr gözlənilir? – VİDEO

Bir ilə yaxındır ki, davam edən Rusiyanın Ukraynada apardığı müharibə günü-gündən şiddətləndikcə dünyanın da bir nömrəli siyasi və iqtisadi düyününə çevrilir. Son aylar Rusiyanın başda paytaxt Kiyev daxil olmaqla demək olar ki, Ukraynanın bütün şəhərlərini uzaqmənzilli raket atəşinə tutması, Ukraynanın isə təmas xəttində Rusiyaya ciddi itki verməsi vəziyyəti daha da barışmaz edib. Beynəlxalq ekspertlər bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031