Mədəniyyət Nazirliyi: ““The Guardian”bizim üçün meyar deyil”

“Böyük Britaniyanın “The Guardian” qəzetinin siyahısı bizim üçün meyar ola bilməz”. Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının dünyanın müxtəlif ölkələrində təbliği istiqamətində mütəmadi işlər aparılır: “Ölkəmizin turizm potensialının Avropada və dünyanın müxtəlif ölkələrində təbliği və tanıtdırılması istiqamətində kifayət qədər […]

Təcili: Obama İlham Əliyevi Vaşinqtona dəvət etdi

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçirilən dördüncü nüvə təhlükəsizliyi sammitinə dəvət edib. Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Twitter bloqunda yazıb. N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib: “Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona […]

Devalvasiya turizm sektorunu necə çökdürdü?

“Devalvasiyadan sonra turizm şirkətlərinin vəziyyətini bir sözlə belə ifadə etmək olar – bərbad”.Bunu virtualaz.org saytına açıqlamasında “Alfa tour” turizm şirkətinin əməkdaşı Telli Orucqızı deyib. Şirkət əməkdaşının sözlərinə görə, devalvasiyadan sonra müştərilərin sayı kəskin azalıb: “Bayram günləri arxada qalsa da müştərilərin sayı çox azdır. Nəinki keçən illə müqayisədə, elə bir neçə ay əvvələ nisbətən də çox fərq […]

Britaniya brendi Dünyamin Xəlilova görə ziyana düşdüyünü elan edir

Britaniyanın məşhur “Harvey Nichols” brend geyim mağazaları şirkəti ötən il gəlirlərinin 30 faiz azaldığını, bu səbəbdən biznesdə “aqressiv rekonstruksiyaya” gedəcəyini elan edib. Virtualaz.org Britaniya biznes-mediasına istinadən xəbər verir ki, şirkət gəlirlərinin kəskin azalmasının səbəblərindən biri kimi Azərbaycandakı “General Construction” şirkəti ilə bağlanmış françayzinq müqaviləsinin uğursuzluğa düçar olmasını göstərir. “Harvey Nichols” Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri […]

Zakir Qaralov prokuroru işdən çıxardı

Masallı rayon prokuroru təqaüdə göndərilib. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Masallı rayon prokuroru Fikrət Əsgərov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə çıxıb. Onun yerinə hələlik təyinat yoxdur.

Beynəlxalq təhlilçilər neftin ucuzlaşması haqda: “Heç İran-Səudiyyə düşmənçiliyi də kömək etmədi”

Dünya bazarlarında neftin qiymətinin nisbi artımdan sonra yenidən üzüaşağı yuvarlanmasının əsas səbəbi bazarda təklifin tələbi üstələməsidir. Virtualaz.org Qərb mediasına istinadən xəbər verir ki, təhlilçilər aşırı təklifin bazar üçün əsas problem olaraq qaldığını deyir. “Təklifin artması sarıdan narahatıq. Yaxın Şərqdə gərginliyin güclənməsinin təsirini belə üstələyir” – ANZ Bankı bildirir. Hazırda gündəlik təklif tələbdən 2 milyon barrelədək […]

Təhsil haqqları hansı valyuta ilə ödəniləcək? – Rəsmi

Azərbaycan Təhsil Nazirliyi manatın məzənnəsinin dəyişməsindən sonra “Təfəkkür” Universiteti və Qızlar Universitetində təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatları araşdırıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. “Təfəkkür” Universitetində fevralın 1-dən təhsil haqlarının dollarla ödəniləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Y.Piriyev bildirib ki, “Təfəkkür” Universiteti nazirliyə bununla bağlı təkzib verəcəyini […]

Horadizin erməni işğalından azad olunmasından 22 il ötür – FOTOLAR

Azərbaycan Ordusunun Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 22 il ötür. Bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələri, bələdiyyələrin və ictimaiyyət […]

Beynəlxalq bankda direktor təyinatı

Anar Nağıyev Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru təyin edilib. A.Nağıyev bu təyinatadək həmin departamentin direktor müavini olub. Departamentin rəhbəri vəzifəsi Rəşad Qasımovun gedişindən sonra dekabrın 24-dən vakant idi. O, “İnter” (Bakı) futbol klubunun prezidenti seçildikdən sonra bankı tərk etmişdi.(Trend)

İŞİD Səudiyyə Ərəbistanını hədələdi

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün “Əl-Qaidə” ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031