Ermənilərdən yeni hücum: Yaralı var

Erməni silahlı birləşmələri səhər saatlarından başlayaraq yenidən atəşkəsi pozub. ANS PRESS-in məlumatına görə, qarşı tərəf Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrini atəşə tutub. Ermənistan silahlı birləşmələrinin bu dəfəki hədəfi də dinc sakinlər olub. Əkin işləri ilə məşğul olanlar gülləbarana məruz qalıb. Atılan güllələrdən biri əkin sahəsini sulayan Ağdamın Təzəkənd qəsəbəsində məskunlaşmış Məhəmməd Fərəcovun kürək nahiyəsinə dəyib. […]

SOCAR 540 milyon dolları ölkədən niyə çıxartdı?

SOCAR 2012-ci ildə illik 5,45%-lə buraxdığı və vaxtı 2017-ci ilin fevralında bitməli olan 500 milyon dollarlıq avrobondu vaxtından əvvəl geri almaq üçün 540 milyon dollara yaxın pul ödəyib. Bu barədə iqtisadçi-ekspert Samir Əliyev Facebook statusunda yazıb. Ekspertin fikrincə, güman ki, həmin vəsaitin müəyyən hissəsi daxili bazardan alınan dollar hesabına yönəldilib: “Kapital axınının güclü olduğu və […]

Manatla bağlı şok proqnozlar: 1 dollar – 2 manat və daha çox…

Ekspertlər bildirirlər ki, real bazarda manat 2 dollara qədər ucuzlaşıb… Milli valtyuta olan manatın real məzənnəsi müzakirə olunmaqdadır. Əksər ekspertlər əslində manatın real bazarda məzənnəsinin 2 dollara qədər ucuzlaşdığı qənaətindədirlər. Ancaq Mərkəzi Bank rəhbəri bunu təkzib edir. Baş bankirin dediklərini isə rus bankirlər təkzib ediblər. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, dolların […]

Sumqayıtda 24 yaşlı qızın başını kəsdilər

Sumqayıtda qətl törədilib. Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayeva yaşadığı evdə qətlə yetirilib. Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin […]

20 Yanvar əlilindən icra başçısına sillə kimi sözlər – NEFÇALADA ARA QARIŞDI

Bu gün Neftçala rayonu İcra Hakimiyyəti binasında 20 yanvar şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə iştirak edən icra başçısı İsmayıl Vəliyev “sürpriz”lə qarşılaşıb. Məlumata görə, tədbirdə iştirak edən 2-ci qrup əlil Məhəmməd Fərzəliyev paltarlarını çıxararaq bədənindəki güllə yaralarını başçıya göstərib. Məhəmməd Fərzəliyev qəlpə yaralarını göstərərək “Mən onsuz da yarımçıq adamam. 1990-cı ilin 25 yanvarında […]

Otel otağında öldürülən qadının anası danışdı – TƏFƏRRÜAT

Sumqayıtda yaşayan Zalovlar ailəsinin mənzilinin qapısını yanvarın 15-də gecə döyən hüquq-mühafizə orqanları əməkdaşları qızları Könül Zalovanın istirahət mərkəzlərindən birində qətlə yetirildiyini xəbər verirlər. Ailə üzvlərini sarsıdan bu xəbər ertəsi gün mətbuatın gündəmini zəbt edir. Qətllə bağlı müxtəlif versiyalar həm sosial şəbəkələrdə, həm də elektron və yazılı mediada müzakirə mövzusuna çevrilir… Lakin qətlin təfərrüatı, Könül Zalovanın […]

PKK şəhər mərkəzlərinə enəcək… – ŞOK TƏHDİD

PKK terror təşkilatının rəhbərlərindən olan Cəmil Bayık Türkiyəni təhdid edib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cəmil Bayık ABŞ-ın “Vice News TV” kanalına müsahibəsində təhlükəsizlik güclərinin əməliyyatları davam edəcəyi halda dağlarda olan PKK döyüşçülərinin şəhər mərkəzlərinə enəcəyini söyləyib. Cəmil Bayık Türkiyənin 1990-cı illərə geri qayıtdığını deyib. O, şəhərlərin yandırılaraq məhv edildiyini və insanların köçməyə […]

Əfsanəvi Hollivud ulduzu Robert De Niro: “Bakıya gəlmək istəyirəm…”

“Bakı haqqında çox eşitmişəm. Amma orada heç vaxt olmamışam. Mənə danışıblar ki, Bakı çox gözəl yerdir”. Strateq.az bildirir ki, bu sözləri məşhur Hollivud ulduzu Robert De Niro Nargis jurnalına müsahibəsində bildirib. De Niro Bakıya gəlmək istədiyini açıqlayıb. “Hələlik mənim bununla bağlı dəqiq planım yoxdur. Amma çox istəyriəm ki, Azərbaycana gəlim”. De Niro təsisçisi olduğu “Nobu” […]

Bakıdakı yarım milyonluq maşının sahibi bəlli oldu – Video

  Bakıda bahalı “Lamborcini Qallardo” avtomobilinin peyda olması barədə xəbər vermişdik. Azxeber.com xəbər verir ki, 90 AZ 030 dövlət nömrə nişanı olan avtomobilin kimə məxsus olması məlum olub. Əldə etdiyimiz məlumata görə, “Lamborcini Qallardo” “KİAMotors” Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsusdur.

Türkiyə sərhədində vurulan rus təyyarəsinin görüntüləri yayıldı – Video

Türkiyə sərhədində vurulduğu iddia edilən rus təyyarəsinə aid görüntülər sosial şəbəkələrdə ciddi marağa səbəb olub. Axar.az xəbər verir ki, videoda danışan suriyalı qatı tüstünün olduğu yeri işarə edərək “Rusiya təyyarəsi vuruldu” ifadəsini işlədir. Lakin silahlı qruplaşmalar videodakı partlayış görüntüsünün rus təyyarəsinə aid olmadığını bildiriblər.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031