İŞİD Türkiyəni raketlə vurdu – Yaralılar var

Suriyanın İŞİD nəzarətində olan Azaz rayonundan Türkiyəyə son bir ayda ikinci dəfə raket atılıb. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, raket Türkiyənin Kilis şəhərindəki evlərdən birinə düşüb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Bundan əvvəl də Kilisə 3 raket atılmış və onlardan biri məktəb binasına düşmüşdü. Həmin vaxt zərbədən məktəbin əməkdaşı ağır xəsarət almışdı.

Neft bir az da bahalaşacaq

Bunu Davos iqtisadi forumundakı çıxışında Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard deyib. Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, Kristin Laqard yaxın günlərdə neftin qiymətinin bir az da bahalaşacağını proqnozlaşdırıb. Onun fikrincə, neftə olan tələbdə artım müşahidə olunur, amma bu sahə yenə də riskli olaraq qalır. “Ola bilsin ki, qiymət bir az da artsın, […]

İranın neft istehsalı fonunda Azərbaycanın qazanc imkanları

Embarqoların götürülməsindən sonra İranın dünya neft bazarının tərkib hissəsinə çevrilməsi Azərbaycanın regiondakı mövqeyinə təsir edə bilər. Azərbaycanın dövlət büdcəsinin 70 faizdən çoxu birbaşa və vergilər vasitəsilə neft gəlirləri hesabına formalaşır. Buna görə də, ölkənin gələcək aqibəti gündəmin əsas mövzusudur. Nəzərə alsaq ki, 2015-ci ildə milli valyuta 98 faiz dəyərdən düşüb və neftin dünya bazarındakı qiyməti […]

“Məmurlarımıza birinci müavin alman təyin olunsun” – Millət vəkili

“Azərbaycanda qanunlara əməl olunmasını istəyiriksə, öncə məmurlarımıza birinci müavin alman təyin olunsun”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev bildirib. Millət vəkilinin fikrincə belə olarsa, biz zamanın, inkişafın və qanunların necə inkişaf etdiyinin şahidi olacağıq: “Bu gün qanun və hüquqdan misal çəkərkən, hər zaman alman modelini nümunə gətiririk”.(milli.az)

Bakıda polis sürücünü söydü, dava düşdü – VİDEO

Səbail rayonu, Axundov parkının yaxınlığında YPX əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb. Cümhuriyyət.az aznews.az-a istinadən xəbər verir ki, yol kənarında avtomobilini saxlayan sürücü polisin təzyiqi ilə üzləşib. Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşlarından biri sürücünü söyüb. Elə qarşıdurma da bundan sonra yaranıb. Polis əməkdaşı sürücünü təkbətək “razborka”ya çağırıb. Nəticədə sürücü özünü müdafiə etmək üçün polisə müqavimət […]

Fırıldaqçı məşhur müğənninin azərbaycanlı prodüserindən 100 min tələb edib

Türkiyədə özünü polis kimi təqdim edən oğru məşhur müğənni Müəzzəz Ərsoyun azərbaycanlı prodüseri Azər D-ni soymaq istəyib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğru Azər D.-yə zəng edərək, hesabının terror təşkilatı tərəfindən ələ keçirildiyini, buna görə də, polisə 100 min türk lirəsi məbləğində kömək etməli olduğunu deyib. Azər D. zəng edənin oğru olduğunu başa […]

Naxçıvan MR ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib

Anar Əhmədov Muxtar Respublika iqtisadiyyat nazirinin müavini təyin olunub Cümhuriyyət.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində nazir müavinlərinin vəzifə təyinatı və vəzifədən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb. V. Talıbov Elnur İsmayılovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi, Anar Əhmədovun […]

Jurnalistin Amerika təəssüratları… FOTOLAR

Vaşinqton əsrarəngiz, gözəl təbiəti ilə yanaşı, həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir. Doğrusu,  tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhəri seyr etməkdən  doymurdum,  bu müasir şəhəri gəzdikcə də hər dəfə yeni-yeni insanlarla tanış olur,  dostlar qazanırdım.  Nə deyim, xarici dil bilməyim çox köməyimə çatdı, çünki ingilis dili vasitəsilə paytaxt əhalisi ilə […]

Böhran Namiq Qaraçuxurlunu də vurdu

Ölkədəki iqtisadi böhran meyxanaçı Namiq Qaraçuxurlunun biznesinə təsir edib.Cümhuriyyət.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Star life” verilişinə açıqlamasında deyib: “Çindəyəm, dincəlirəm. Gələndə bir aylıq qalacağımı düşünmüşdüm. Amma sonra fikirləşdim ki, məsafə uzaqdır, doyunca gəzim. Biznesimlə bağlı müəyyən işlər görmək istəyirdim. O ki, qaldı biznesə, müəyyən işlər görmək istəyirdim. Amma mövcud vəziyyətə görə […]

Sabah Azərbaycanda qar yağacaq

Yanvarın 24-də Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031