GDU ilə bağlı əsassız məlumatlar hansı məqsədlə yayımlanır?

Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim […]

“Natiq Kərimovun buraxılmasına prezident göstəriş verib” – DİN

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Nardaran qəsəbəsinin ağsaqqalı kimi tanınan Natiq Kərimovun daxili işlər naziri Ramil Usubovla qəsəbə sakinlərinin bir qrupu arasında “gərgin danışıqların nəticəsi olaraq” azadlığa buraxıldığına dair virtualaz.org saytında yer alan xəbəri təkzib edir. Sadiq Gözəlovun redaksiyaya daxil olmuş açıqlamasında bildirilir ki, prezident İlham Əliyevin tapşırığına əsasən daxili işlər naziri […]

İsraili tənqid edən İsveçin xarici işlər naziri korrupsiyada ittiham olundu

İsveç prokurorluğunda ölkənin xarici işlər naziri Marqot Valstremlə bağlı cinayət işi başladılıb. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb. Məlumata görə, nazir korrupsiyada ittiham olunur. İddialara görə, Valsterm ölkənin «Kommunal» adlı ən böyük həmkarlar ittifaqından növbəsiz mənzil alıb. İttihamları qəbul etməyən nazir günahı «Kommunal» rəhbərliyinin üzərinə yıxıb: «Bəli, onlardan […]

SSRİ müdafiə nazirindən “20 yanvar” haqqında şok etiraflar: “Məni aldatdılar”

1990-cı ildə Qanlı Yanvar faciəsini törədənlərdən olan SSRİ müdafiə naziri, marşal Dmitri Yazov illər sonra baş verənləri xatırlayır. O, qoşunu Bakıya yeritdiyini etiraf edir, lakin bunu Qarbaçovun əmri ilə etdiyini qeyd edir. Cümhuriyyət.az Publika.az-a istinadən xəbər verir ki, Yazov Qarbaçovun ermənilərə yardım etdiyini bildirib: “Qarbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq […]

“Niyə “Qazprom”u seçdiyimizi anlamıram” – İrakli Alasaniya

“Rusiyanın ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan Gürcüstana qaz ixracını dayandırmadı və bizə dəstəyi davam etdirdi”. Bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstanın üçüncü böyük partiyası olan Azad Demokratların lideri İrakli Alasaniya söyləyib. Onun sözlərinə görə, Tiflis-“Qazprom” danışıqları ciddi suallar yaradıb: “Bizim öz strateji partnyorumuzdan lazımı miqdarda qaz almağımız mümkün olduğu halda niyə “Qazprom”u seçdiyimizi anlamıram. Hökumət ictimaiyyəti məlumatlandırmalıdır. […]

İran Azərbaycanı çətin vəziyyətə saldı: Dollar “sürpriz” vəd edir

İran neft istehsalçısı olan ölkələri çətin vəziyyətə qoyub. Cebhe.info xəbər verir ki, bazarda Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq üçün İran neft qiymətlərini aşağı salır. Belə ki, Iran Heavy markalı neft avropalı alıcılara daha ucuz qiymətə təklif ediləcək. OPEK-in səbətində bu neftin hər barreli 23,85 dollar təşkil edir. İranın Dövlət Neft Şirkəti bu neft üçün 6,55 […]

Prezident köməkçisinin ilginc səfəri: hərbi təyyarə və gülləkeçirməz avtomobillər

ABŞ prezidentinin köməkçisi Co Baydenin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə sabah planlaşdırılan səfəri diqqət mərkəzindədir. Səfərin bir özəlliyi də Amerikadan gələn heyətin mühafizəsi məqsədilə görülən təhlükəsizlik tədbirləri olub. Cebhe.info xəbər verir ki, ABŞ-dan nümayəndə heyətindən əvvəl iki hərbi təyyarə, 5 gülləkeçirməz avtomobil gətirilib. Avtomobillər təyyarədən endirilərkən əşyalar digər avtomobillərə yüklənib. Təyyarədəki bəzi səlahiyyətlilər və mühafizəçilər […]

Putin yəhudilərə üz tutdu: “Rusiyaya köçün”

Rusiya prezidenti Vladimir Putin Avropa yəhudilərini Rusiyaya köçməyə çağırıb. Ölkə.az xəbər verir ki, Avropa yəhudilərinin rəhbərləri ilə görüşən Putin onlara Avropanı tərk edib Rusiyaya gəlmələrini məsləhət görüb. “Avropada antisemit meyilləri artmaqda, faşizm meyilləri güclənməkdədir. Mən Avropadan hazırlanmış reportajlara baxmışam. Yəhudilər orada öz fəslərini geyinib küçəyə çıxmağa qorxurlar. Hətta çoxları öz milliyətini və mənsub olduğu dini […]

“Bu nanəciblər bundan niyə danışmırlar?” – Eks-prezidentdən Etibar Məmmədovla Rəhim Qazıyevə ismarıc

“Həbsinə razılıq verməyim barədə Etibar Məmmədovun söylədikləri tam yalandır. Elə bir şey olmayıb, ola da bilməzdi, çünki bu, mənim prinsipimə uyğun deyildi”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib. Ayaz Mütəllibov deyib ki, Etibar Məmmədov o həbsi KQB-nin həyata keçirdiyini çox gözəl bilir: “Bilmirəm, bu məsələni indi nə məqsədlə gündəmə gətiriblər. Etibar Məmmədov […]

Əhməd Davudoğlu: “Türkiyə terror qarşısında sarsılmayacaq”

“Türkiyə İŞİD təhdidinə son qoymaq üçün hər cür addımlar atacaq və koalisiya ortaqları ilə birgə mübarizəni davam etdirəcək”. APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu “The Wall Street Journal”da dərc olunan məqaləsində bildirib. Türkiyənin terror qarşısında sarsılmayacağını qeyd edən baş nazir bir qədər əvvəl İstanbulda Sultanəhməd meydanında baş verən terror aktından da bəhs […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031