Gəncədə 52 yaşlı qadın bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müharibə iştirakçılarına pul paylandı

İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilib. Bu barədə cümhuriyyət.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, 15857 nəfərə pul verilib. Belə ki, 1941-1945-ci […]

Fransa prezidentini bu tarixdə seçəcək

Fransada prezident və parlament seçkilərinin baş tutacağı tarix bəlli olub. Aznews.az xəbər ki, bu barədə ölkə hakimiyyətinin rəsmi nümayəndəsi Stefan Le Fol məlumat verib. Onun sözlərinə görə, Fransada prezident seçkiləri 2017-ci il aprelin 23-dən mayın 7-ə kimi keçiriləcək. Ölkədə parlament seçkilərinin isə 2017-ci il iyunun 11-dən 18-ə kimi keçirilməsi planlaşdırılır. Stefan Le Fol onu da […]

Rusiya yeni kosmodromdan buraxdığı süni peyki itirdi

Rusiyanın yenicə istifadəyə verdiyi “Vostoçnıy” kosmodromundan kosmosa qaldırılmış SamSat-218 süni peyki ilə əlaqə qurula bilmir. Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki. bu barədə adının açıqlanmasını istəməyən mənbə xəbər verib. “Buraxıldığı andan kosmik aparatla əlaqə qurula bilmir, çox güman ki, orbitə çıxarıldıqdan sonra o işə düşməyib”, – TASS agentliyinin həmsöhbəti belə deyib. Bu gün Samarada peykin […]

Avropa Türkiyənin tələbini yerinə yetirdi – Son dəqiqə

Avropa Birliyi Komissiyası Türkiyəyə vizasız gediş-gəlişi təmin edən qərarı təsdiq edib. Axar.az xəbər verir ki, qərar bu dəqiqələrdə Belçikanın paytaxtı Brüssel şəhərində qəbul edilib. Xatırladaq ki, dünən Türkiyə Avropa Birliyi üzvü olan bütün ölkələr üçün viza rejimini ləğv etmişdi.

Neftin qiyməti yüksəlməyə başladı

Son iki gün ərzində aşağı düşən neftin qiyməti yenidən yüksəlməyə başlayıb. Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 14:30-a olan məlumata əsasən, Brent markalı neftin iyul fyuçersinin 1 barreli 45,05 dollara satılır. Bu göstərici dünən gecə birjalarda alqı-satqı sessiyası başa çatdığı zaman qeydə alınmış rəqəmdən 0,08 dollar, yaxud 0,18% çoxdur.

Rusiya Türkiyə ilə sərhədə daha bir diviziya yerləşdirir

Rusiya NATO ilə sərhədə üç yeni diviziya yerləşdirəcək. Virtualaz.org xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu bəyan edib. Onun sözlərinə görə, bu addım NATO-nun Rusiya sərhədləri yaxınlığına hərbi qüvvə cəmləşdirməsinə cavabdır. Müdafiə naziri deyib ki, hazırda üç yeni hərbi birləşmənin dislokasiya yerləri hazırlanır. Şoyqunun bildirdiyinə görə diviziyaların ikisi Qərb hərbi dairəsində, biri Cənub […]

Adil Qəribov: “Ermənistan radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər”

Ermənistan “Metsamor” AES-in radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər. Bunu “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı nüvə silahından istadə edə biləcəyinə dair təhdidləri növbəti şantajdan başqa bir şey deyil. A.Qəribov qeyd edib ki, nüvə yanacağı xüsusi hovuzlarda saxlanılır, onun istifadəsinə nəzarət isə bilavasitə Beynəlxalq […]

Generalın villasında fəhlə işləyən şəxs məhkəməyə məcburi gətiriləcək

Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə virtualaz.org saytına vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, artıq neçə dəfədir ki, zərərçəkən Elmir Həsənov məhkəmə proseslərinə gəlmir və […]

Ermənistan “çirkli bomba” hazırlaya bilər – Azərbaycan üçün ciddi təhlükə

“Ermənistanın nüvə materialından “çirkli bombaların” yaradılması üçün istifadə oluna bilər”. ANS PRESS-in məlumatına görə, bu barədə Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison ABŞ-da nəşr olunan “Washington Times” jurnalında yazır. Murisonun fikrincə, bu yaxınlarda ABŞ-ın paytaxtında keçirilən “Nüvə təhlükəsizliyi üzrə dördüncü Sammit”də “qaydaları pozan” ölkələrə sanksiyaların tətbiqi barədə mövzular müzakirə oluna bilərdi. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031