Kürdəmirdə polis və qohumları vətəndaşı ölümcül döydü VİDEO

Vəkil Bəhruz Bayramov olayla bağlı Baş prokurora və daxili işlər nazirinə müraciət etdi; «Qılmanın ayağı beş, əli 4 yerdən sındırılıb. Əli ola bilsin kəsilsin. Kəllə-beyin travması alıb, daxili orqanları zədələnib» Polis əməkdaşı və onun qohumları təərfindən ölümcül döyülən Kürdəmir rayon sakini Priyev Qılman Qanur oğlunun vəkili Bəhruz Bayramov Baş prokuror Zakir Qaralova və daxili işlər […]

Deputatların 25 faizi narkotikdən istifadə edir-İDDİA

Ukrayna Daxili İşlər Nazirliyinin narkotik cinayətkarlığı ilə mübarizə üzrə departamenrtinin rəhbəri İlya Kiva bəyan edib ki, Ali Radanın deputatlarının 25 faizi narkotikdən istifadə edir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, onun sözlərinə görə, deputatlar özlərini narkotikdən asılı hesab etmirlər, onlar bunu əyləncə hesab edirlər. Aprelin 22-də Ukrayna Milli polisinin rəhbəri Xatiya Dekanoidze bəyan edib ki, […]

Gəncədəki müəmmalı qətlin sirri: İcra başçısının başı bəlada

Akif Əliyev: «Pul alıb iş gördükləri şəxslər ilk olaraq Nizami Hacıyevi vurmaq istəyiblər, lakin o, aradan çıxa bilib, əvəzində şəriki Nahidə İsmayılovanı bıçaqlayıb qətlə yetiriblər» Bir neçə gün əvvəl Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı olduqca maraqlı nüanslar meydana çıxıb. Avtozavod qəsəbəsində qeydə alınmış hadisə nəticəsində 1964-cü il təvəllüdlü Nahidə İsmayılova evində bıçaqlanaraq, […]

Elmar Məmmədyarov ATƏT-i Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətləri, enerji əməkdaşlığı, TAP və TANAP layihələri, iqtisadi əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son […]

Buna görə ermənilər peşman olacaq – XİN

Azərbaycan Ermənistanın Cənubi Qafqaz və onun hüdudlarından kənarda nüvə terroru təhlükəsi yaradan bir dövlət olmasını beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb. Prezident İlham Əliyev Vaşinqtonda keçirilən nüvə sammitində də bir daha bu məqamı vurğulayıb ki, xüsusilə Ermənistanın ərazisində fəaliyyət göstərən və 1976-cı ildə tikilən Metsamor Atom Elektrik Stansiyası dünyada Çernobıl texnologiyasından istifadə olunan yeganə stansiyadır. Bu […]

Avroviziya təxribatı: Ermənistana sanksiya tətbiq ediləcək

Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib. APA-nın məlumatına görə, qurumun bəyanatında bu cür hadisələrin “Avroviziya” mahnı müsabiqəsinin adına mənfi təsir göstərəcəyi bildirilir. Nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək […]

Azərbaycan üçün “AVRO-2016” bitdi

17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, bu gün qrup mərhələsində son tura start verilib. Milli komandamız sonuncu pillədə qərarlaşmış Şotlandiyanı sınağa çəkib. İlk oyunda Portuqaliya qarşısında darmadağın olan (0:5), daha sonra isə Belçika yığması ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz bu oyunadək şanslarını saxlayırdı. Bunun üçün möcüzə gerçəkləşməli idi. […]

Dünya çempionunun burnu qırıldı

İspaniya yığmasının və “Çelsi” klubunun futbolçusu Pedro Rodriqezin burnu sınıb. ANS PRESS-in məlumatına görə, futbolçu burnunu öz evində sındırıb. Bu barədə komandanın baş məşqçisi Qus Hiddinq məlumat yayıb. “Pedro zədəli deyil. Amma qarşıdakı oyunda meydana çıxmayacaq. Son məşqə çıxmayıb, çünki burnunu sındırıb. Bunu necə etdiyini bilmirəm. Mənə dedi ki, evdə yıxılıb və burnu sınıb”. Güman […]

“Eurovision”dan qondarma rejimin bayraq məsələsi haqda – Açıqlama

“Eurovision” illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsi “Eurovision-2016” müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin “bayrağı”nın nümayiş etdirilməsi ilə bağlı insidenti öyrənir. Bunu Trend-ə “Eurovision”un mətbuat xidmətindən deyiblər. Mətbuat xidmətindən qeyd ediblər ki, komitə bu fakt üzrə qərarı sonra açıqlayacaq. Xatırladaq ki, ötən gün “Eurovision-2016” müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin […]

10 min dollara qədər krediti olanlara – ŞAD XƏBƏR

On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər. Cümhuriyyət.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. “Ancaq palataya bu barədə müraciət daxil olsa bu məsələyə baxıla bilər”. O həmçinin deyib ki, Azərbaycanda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031