“Boşandım, müğənni oldum, 5 aya maşın aldım” -Şəbnəm Tovuzlu

Şəbnəm Tovuzlu “Evgördü” verilişinin qonağı olub. Cumhuriyyet.az  xəbər verir ki, müğənni proqramda maraqlı açıqlama verib. Şəbnəm ailəsindən və sənətə gəlişindən söz açıb: “Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim,Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim. Müğənnilliyə başladım. […]

Obama o liderin büstünü Ağ Evdən yığışdırmışdı – Tramp geri qaytardı

ABŞ prezidenti Donald Trampın Ağ Evdə etdiyi dəyişiklik jurnalistlərin diqqətindən qaçmayıb. Daha əvvəl Obama tərəfindən ortadan qaldırılan Britaniyanın sabiq baş naziri Uinston Çörçilin büstü innaqurasiya günü Dairəvi kabinetdə yenidən peyda olub. Obamanın prezidentliyi dövründə həmin büst kənar baxışlardan uzağa yerləşdirilmiş, onun yerinə isə ABŞ prezidenti olmuş Avraam Linkolnun və qaradərili əhalinin hüquqları üçün mübarizə aparan […]

Binəqədidə partlayış – 4 nəfər yaralandı

Bakıda partlayış baş verib. Cumhuriyyet.az  FHN-in saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub.

III Dünya Müharibəsinin ssenarisi 100 il əvvəl belə təsvir olunub- Şokedici həqiqətlər

Albert Payk 1809-cu ildə ABŞ-ın Boston şəhərində  anadan olub. O,  masonluğun atası hesab edilir və yazdığı gizli mətnlərdə I və II Dünya Müharibələrinin ssenarisixırda detallarına qədər  öz əksini tapır.Həmçinin, gizli mətnlərdə verdiyi bilgilər arasında III Dünya Müharibəsinin başlanma səbəbindən bəhs edən məqamlar da var. Payka görə III Dünya Müharibəsinin aparıcı qüvvəsi müsəlman dövlətləri olacaq. A.Paykın […]

Azərbaycanda minimum aylıq əməkhaqqı və pensiyalar artırıldı

Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Azərbaycan prezidenti İlham Əliyevin digər sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar […]

Sabahdan hava dəyişir, yollar buz bağlayacaq – Xəbərdarlıq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. […]

Cahangir Əsgərov qəzəbə gəldi… – ÖZƏL

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyarə reyslərinin ləğv edildiyini açıqlaması hakimiyyətin yüksək dairələrində də narazılıqla qarşılanıb. Bu səbəbdən də AZAL “şef”i Cahangir Əsgərova bu qərarını yenidən gözdən keçirməsi tapşırılıb. Məlumat Qaynarinfo.Az-a məlumatlı mənbədən daxil olub. “Hələ 2015-ci ilin noyabrında AZAL Gəncəyə təyyarə reyslərini ləğv etmək qərarı […]

İstanbulda polisə növbəti SİLAHLI BASQIN

İstanbulda bu gün səhər saatlarında Esenyurtda silahlı hücum olub. Patrul xidmətində olan polis qrupuna şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən atəş açılıb. Hadisə zamanı ölən və yaralının olmadığı deyilir. Cinayətkarlar hadisə yerində silah, əl bombası və çantalarını ataraq qaçıblar Olay sonrası bölgədə xeyli sayda təhlükəsizlik qüvvələri axtarışa başlayıb.(milli.az)

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi

Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb. Lent.az-ın məlumatına görə, xalça bu gün Ağ Evə göndərilib. Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb. D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O, məktubda vaxtilə ABŞ-ın eks prezidentləri […]

Mərkəzi Kəşfiyyat İdarəsinin gizli arxivində “Sovet zarafatları”

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış arxivində “Soviet Jokes” – “Sovet zarafatları” bölməsinin olduğu məlum olub. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, lətifələr “Son dərəcə məxfi” qrifi altında saxlanılıb. Məlumatda həmçinin bir neçə lətifə nümunəsi də göstərilib. Məsələn, “Rus və amerikalı kimin ölkəsinin daha azad olması ilə bağlı mübahisə edirlər. Amerikalı deyir ki, ABŞ […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031