Şagirdi döyən müəllim cəzalandırıldı

Astara rayonunda orta məktəbdə şagirdini döyən müəllim cəzalandırılıb. Gununsesi.info-nun xəbərinə görə,  rayonun Şiyəkəran kəndi 1 saylı tam orta məktəbinin müəllimi Namiq Qəhrəmanov  9-cu sinif şagirdi Ələkbərov Etibar Qabil oğlunu döyüb. Belə ki, bu fakta görə, rayon Təhsil Şöbəsi aparılan araşdırmaların nəticəsi olaraq  N.Qəhrəmanova  töhmət verib. Eyni zamanda  N.Qəhrəmanovun  həmin sinif üzrə dərsləri də əlindən alınıb.  […]

Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsindəki “tıxac”ın faciəli sonu…

Hörmətli oxucu …   Xahiş edirəm mənim bu məsələmi Prezident cənab İlham Əliyevə,  Baş prokuror cənab Zakir Qaralova,  Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlayasınız. “09.01.17 ci il tarixində Yasamal rayonu ərazisində yerləşən akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gəlinim Qasımova Turanə Vidadi qızının doğumu ilə əlaqədar müraciət etdik. Gəlinimi qeydiyyat otağında qeydiyyata alıb bütun […]

“Lənkəranskinin üzünü görmüşəm…” – Rövşəni dəfn edən axund

Rövşən Lənkəranskinin üzünü görməmiş ona cənazə namazı qılınmazdı”. Bu barədə  Rövşən Lənkəranskinin cənazə namazını qılan və onu dəfn edən QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib. O vurğulayıb ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Rövşən Lənkəranskinin ölməməsi ilə bağlı yayılan […]

Nərimanovda hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib

16 yanvar 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının […]

Qəddafinin xarici ölkələrdəki mülkləri- şirkətlər, malikanələr…

2011-ci ildə xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafinin ölümündən sonra 168 milyard dolları “miras buraxdığı” deyilir.   Moderator.az saytının bir neçə gün  əvvəl həmin pulların əsas hissəsinin saxlanıldığı ölkələrin siyahısını yazmışdıq. Lakin Qəddafinin sərvəti yalnız pul əskinazları və ləl-cəvahirlə  ilə məhdudlaşmayıb. Onun Liviyadakı mülkləri ilə yanaşı, ölkə xaricində də xeyli nəhəng obyektləri […]

“Leyla Şıxlınskaya” klinikasında biabırçılıq – İki körpənin həyatı ilə oynadılar

Məşhur «Leyla Şıxlınskaya» klinikasında baş verən biabırçı hadisə ilə bağlı  daxil olan müraciəti oxuduqca bəlkə də, çoxları hansısa filmdə əsirlərlə davranan düşmən obrazını canlandıracaq.   Amma bunlar əsirlikdə yox, Bakıdakı «Leyla Şıxlınskaya» klinikasında baş verib. Vətəndaş Ruslan İbrahimovun yazdıqlarını olduğu kimi təqdim edirik:  “Yanvarın 7-də axşam saat 19:00 radələrində oğlum İbrahimli Murad və qızım İbrahimli […]

Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi – Bakıda rəzalət

Ötən gecə Bakıdakı xəstəxanalarda xəstəni ağır vəziyyətə salan olay yaşanıb Həkim səhlənkarlığı ucbatından illərdir əlil arabasına məhkum olmuş və 22 dəfə əməliyyat keçirən üç uşaq anası Aynurə Xudiyevanın səhhəti qəflətən pisləşib və təcili tibbi yardım çağırılıb. Vəziyyəti kəskinləşən qadın təcili yardım maşını ilə aparıldığı xəstəxanalar tərəfindən qəbul edilməyərək geri göndərilib. Belə ki, 3 saylı Şəhər […]

Təfəkkür Universiteti bağlandı

Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblərdən biri olan Təfəkkür Universitetinin fəaliyyəti dayandırılıb. Qeyd edək ki, akreditasiya müddəti bitdiyinə və yenidən akreditasiyadan keçirilmədiyinə görə, bu təhsil ocağının fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən xitam verildiyi bildirilir. Xatırladaq ki, Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı […]

14 gündə 19 intihara deputatdan münasibət: “Bunun yoxsulluqla əlaqəsi yoxdur”

Son 14 gündə Azərbaycanda 19 intihar hadisəsi baş verib. Bu rəqəm artıq Azərbaycan cəmiyyəti üçün həyəcan siqnalı deməkdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi Musa Quliyev ölkədə son iki həftədə baş verən 19 intihar hadisəsinə münasibət bildirib. Azərbaycanın inkişaf etmiş dünya ölkələri ilə müqayisədə intihar statistikasının yüksək olmadığını dilə gətirən millət vəkili bu […]

Ekstrasensdən proqnoz: “2017-ci il Amerika tarixinə kədərli il kimi düşəcək”

Ekstrasensdən proqnoz: “2017-ci il Amerika tarixinə kədərli il kimi düşəcək” Azərbaycanlı ekstrasens Etibar Nəsibov Rəsmixəbər-ə şok proqnoz verib. Məşhur ekstrasens Etibar Nəsibovun 2017 -ci il ücün verdiyi proqnozlar oxucularımızın diqqətini cəlb etdiyindən yenidən bu mövzuya qayıdıb Etibar bəyin yeni proqnozlarını nəzərinizə catdırırıq. 2017 -ci il ABŞ-ın 21 ştatında güclü sel, coxlu sayda insan tələfatı ilə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031