Gülənin doğulduğu ev heyvan bəsləməyə verildi – (VİDEO)

Ərzurum valisi Seyfəddin Azizoğlunun 15 gündən bir təşkil etdiyi “Xalq Günü” yığıncağına qatılan 5 uşaq anası Nurbayan Ağdaş, “Gülənin Korucuk kəndindəki yurdunu istəyirəm. Biz orada heyvan yetişdirəcəyik” deyib. Moderator.az Türk mətbuatına istinadən xəbər verir ki, Ərzurumun Palandöken Mahalında yaşayan Nurbayan Ağdaş, uşaqlarına iş tapmaq üçün vali Seyfəddin Azizoğlunun Hökumət İqamətgahında təşkil etdiyi “Xalq Günü” yığıncağına […]

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır. “Report” xəbər verir ki, bu barədə fevralın 1-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşündə bildirilib. Qeyd olunub ki, hərbi təlimlərin keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.

Bu sahədə maaşlar artırıldı – 15 faiz

“Balaxanı” Əməliyyat Şirkəti, “Suraxanı Oil” Əməliyyat Şirkəti və “AzGerneft” MMC və “SOCAR” AQŞ maaşları qaldırıb”. İstiPress xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, sözügedən şirkətlər 01.01.2017-ci il tarixindən işçilərin əmək haqqını 15 % qaldırıb.

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Moderator.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası […]

“Onlayn medianın hüquqi statusu müəyyəşdirilsin” – Milli Məclisdə təklif

Milli Məclisin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb. Modern.az saytının xəbərinə görə, deputat bildirib ki, domen və hostinq alan insanların bəziləri, internetdə istədiyini yazır. Onun sözlərinə görə, bunları məhkəmə müstəvisində həll etmək çətindir. “Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Buna görə də, təklif edirəm ki, internet […]

Xəzərdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş – YENİLƏNİB

Dekabrın 15-də Xəzər dənizində neftçilərin olduğu estakadanın uçması, 10 nəfərin itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir. Mərkəzi qərargahdan Cumhuriyyet.az -a  verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1 – ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb. Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı […]

Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

Sabiq MTN zabiti, politoloq: “Bizə daxil olan məlumatda bildirilirdi ki, MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsi hazırlanır” ABŞ-da yaşayan politoloqun inanılmaz iddia və mülahizələri!; Azərbaycanın xüsusi xidmət orqanını kim və niyə karvansaraya çevirib; Elmar Hüseynovun qətli, ADNA terroru; “Səid Dadaşbəylinin işi” və daha ağır cinayətlərin inanılmaz dosyeləri haqda ilginc bilgilər! Son […]

Türkiyədə xəstəxanada polis həkimləri girov götürüb – (VİDEO-FOTOLAR)

Türkiyədə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Psixiatriya klinikasında müalicə alan xəstə yerli saatla 13.20 radələrində silahını başına dayayaraq, intihara cəhd edib. Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, polis olduğu bildirilən şəxs özünü bir otağa kilidləyib və ətrafdakıları öldürməklə hədələyib. Hadisə ilə bağlı xəstələr və tibb işçiləri təxliyə olunublar. Silahlı şəxsin həkimləri girov götürdüyü bildirilib. […]

Oğul 81 yaşlı atasının üstünə benzin töküb, yandırdı – Maştağada dəhşətli olay

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Cumhuriyyet.az   FHN-nin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi […]

Xəzərdən meyit tapıldı – Neftçilərə aid olub-olmaması araşdırılır

İtkin düşmüş neftçilərin axtarışı zamanı sahildə meyit tapılıb. Axtarış-Xilasetmə qərargahından BakiPost.az-a verilən məlumata görə, meyit Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə olub. Tapılan meyitin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft yığım məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728