Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli” “İran qılıncı” ilə ÜZ-ÜZƏ – FOTO/VİDEO

Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”lərin rəhbəri general Zəkai Aksakallı ilə Suriyanın Hələb şəhərinin Əsəd rejiminin əlinə keçməsini təmin edən İran İnqilab Keşişçilərinin “Qüds” elit birliyini komandiri general Qasım Süleymaninin yolları İŞİD-ə qarşı Raka əməliyyatında kəsişəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə analitik Metin Gürcan deyib. Qasım Süleymani 1979-cu ildə Mahabadda kürd etirazlarının […]

İsmayıllıda Xocalıdan olan məcburi köçkünlərlə görüş

İsmayıllı rayonunda 867 ailəni əhatə edən 3500 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 20 Xocalıdan olan köçkün ailəsi Ruşan, Vəng, Kürdmaşı və Tubukənd kəndlərində müvəqqəti məskunlaşıb. Onların hamısı rayon icra hakimiyyətinin başçısı ilə görüşdə iştirak edirdi. Hüquq mühafizə və ədliyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri görüş iştirakçıları sırasında idilər.Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov […]

Nərimanov rayonunda “Müharibə uşaqların gözü ilə”mövzusunda inşa-yazı və rəsm müsabiqəsi

Nərimanov rayonunda “Müharibə uşaqların gözü ilə”mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərininmükafatlandırılma mərasimi keçirilib. 23fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında 26 fevral – Xocalı soyqırımının XXV ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda Nərimanov rayon məktəbliləri […]

Usubov istefaya göndərilən generalı – DİN-ə qaytardı

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib. Cumhuriyyet.az Virtualaz.org-a istinadən xəbər verir ki, general Mehrəliyev bu dəfə Daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub. Qeyd edək ki, DİN rəhbəri Sərvər Mehrəliyevin yerinə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, […]

Uçqun altından çıxarılan 1 yaşlı körpə xəstəxanaya yerləşdirildi – FOTO

Bu gün Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxmış yeganə şəxs olan 1 yaşlı Elcan xəstəxanaya yerləşdirilib. Lent.az xəbər verir ki, ağır yol şəraiti səbəbindən hadisədən xeyli sonra tibbi yardım göstərilən körpə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin iştirakı ilə kənddən rayon mərkəzinə gətirilib və artıq müayinələrə başlanılıb. […]

DİQQƏT: Bakıda saxta viza düzəldənlər peyda olub – Yüzlərlə qurban var/ FOTOFAKT

Bakıda saxta viza hazırlayaraq dələduzluqla məşğul olan dəstə peyda olub. Cumhuriyye t.azxəbər verir ki, dəstə üzvləri Kanadaya və digər ölkələrə getmək istəyən şəxslərdən pul alaraq, qısa müddət ərzində onlara təhsil, turizm vizası verməyi vəd edib. Yaxınları dələduzluqla üzləşən şəxslərdən birinin məlumatına görə, dəstə üzvlərinin “qurban”ı olan bir ailə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan zaman hava limanında […]

Zaurun verilişinin eksperti olmuş vəkil beynəlxalq axtarışda – FOTO

 Tanınmış azərbaycanlı vəkil Rəna Həsənli beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yer alıb. R.Həsənli dələduzluqda təqsirli bilinir və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib. Xatırladaq ki, Rəna Həsənli vəkillik fəaliyyəti ilə yanaşı, bir sıra tok-şoularda ekspert qismində çıxış edib. R.Həsənli daha çox Zaur Baxşəliyevin aparıcısı olduğu “Onun yarısı” verilişindən tanınır. (olke.az)

Okeana girən UNO-ların ən yaxından çəkilişi – HƏRBÇİLƏR ÇƏKİB – VİDEO

UNO-lar haqqında bir çox şey gizlədilsə də, bəzən təsadüfi çəkilişlər sosial şəbəkələrdə sürətlə yayılır. Brifinq.com Rusiya KİV-nə istinadən xəbər verir ki, hərbçilərin çəkdiyi görüntülərdə UNO-ların okeana necə düşdüyü və bundan sonra nələrin baş verdiyi əks olunub. Həmin videonu təqdim edirik:

Qəddafinin qeybə çəkilən oğlu barədə ŞOK QƏRAR: DÜNYADAN SİRLİ QAÇIŞ – FOTOLAR

Birləşmiş Millətlər Təşkilatı Liviyanın öldürülən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin Beynəlxalq Cəza Məhkəməsinə təhvil verilməsini tələb edir. Cumhuriyyet.az xəbər verir ki, S.Qəddafi beş il həbsdə olduqdan sonra ötən il azadlığa çıxıb və indiyə qədər onun yerini bilən yoxdur. 44 yaşlı oğul Qəddafi 2011-ci ildə Nigeriyaya qaçmağa çalışarkən tutulmuşdu. 2015-ci ilin 28 iyulunda Trablus məhkəməsi onu […]

Trampdan transseksuallara növbəti zərbə – ABŞ-da aksiyalar başladı

ABŞ prezidenti Donald Tramp məktəblərdə transseksuallar üçün olan xüsusi ayaqyolu ləğv edib. Cumhuriyyet.az BBC-yə istinadın xəbər verir ki, Obama administrasiyası dövründə cinsi azlıqlara qarşı tolerantlılıq naminə atılan bu addım yeni prezident tərəfindən yaxşı qarşılanmayıb. Tramp məsələni qısaca belə şərh edib: «Transseksuallar özlərini hansı cinsə aid hesab edirlərsə, onların da tualetindən istifadə edə bilərlər».     Qız […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728