Donald Tramp: “Vladimir Putini tanımıram”

ABŞ Prezidenti Donald Tramp Rusiyada biznesinin olmadığını və Rusiya lideri Vladimir Putini tanımadığını bildirib. O, bu barədə “Twitter” səhifəsində yazıb. “Putini tanımıram, Rusiyada biznesim yoxdur, düşmənlərim isə dəli olur. Amma Barak Obama terrorçuluqda “1” nömrə olan İranla sazişlər bağlaya bilər və problem olmaz!”, – D.Tramp qeyd edib.(Report)

Məcburi köçkünlər etiraz aksiyası keçirdilər – VİDEO, FOTOLAR

Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” pioner düşərgəsində yaşayan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.   100-ə yaxın məcburi köçkün məskunlaşdıqları düşərgənin həyətində toplaşaraq etirazlarını bildiriblər. Etirazın səbəbi illərdir ki, yaşadıqları acınacaqlı şəraitlə bağlı olub. Sakinlərin dediyinə görə, burada Laçın, Şuşa, Füzuli, Zəngilan və başqa rayonlardan ümumilikdə 250-dən çox məcburi köçkün ailələləri yaşayır. “Pioner düşərgəsi” adlanan bina […]

Yerevan küçəsində: “Bakıdan gəlmişəm…”

Peace.tv adlı YouTube hesabı Ermənistanda sosial test keçirib. Videonu hazırlayan gənc, vətəndaşlara yaxınlaşaraq Bakıdan gəldiyini və opera binasını axtardığını deyib. Bəziləri ona kömək etsə də sonda 2 gənc onu döyüb. Həmin görüntüləri təqdim edirik. (bizimyol)

İlhamə Quliyevanın köməkçisi məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə M.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona 1 il 3 ay şərti cəza təyin edilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, prokuror çıxışında M.Hüseynovanın 8 […]

“Bandotdel” əməliyyat keçirdi- Dələduzluq edən Kamerun və Nigeriya vətəndaşları saxlanıb (FOTOLAR)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan Kamerun və Nigeriya vətəndaşlarını saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən insanların dələduzluq yolu ilə aldadılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri […]

Prezident şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adını verib

Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ç. Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib. Qeyd edək ki, Ç. Qurbanov 2016-cı il dekabrın 29-da rmənistan […]

Nərimanov icra başçısı hesabat verdi – Fotolar

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib. İH-dən Cumhuriyyet.az -a daxil olan xəbərə görə, icra başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş […]

26 il öncə həcc ziyarətində yoxa çıxan ailəli qadın tapıldı

1990-cı ildə həyat yoldaşı ilə həcc ibadətini reallaşdırarkən baş verən izdihamda xəstəxanaya çatdırılan və 26 ildir haqqında heç bir xəbər olmayan Fahirə Karanın yaşadığı məlum olub. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Müge Anlının “Tatlı Sert” proqramında axtarılan Fahirə Karanı bir yəmənlinin saxladığı ortaya çıxıb. Ümrədən verilişə gələn bir tamaşaçı Fahirə Karanın evdən çölə çıxarılmadığını və Səudiyyə Ərəbistanında 3 uşağı […]

Azərbaycan ordusunun yaz əks-hücumu və Ukrayna ordusunun “Anakonda” planı

Artıq ikinci həftədir ki, Ukraynanın cənub-şərqində döyüşlər yenidən qızışıb. Döyüşləri hansı tərəfin birinci başladığı haqda əlbətdə, mübahisələr gedir. Donetsk separatçıları iddia edir ki, Ukrayna ordusu birinci başlayıb. Ukrayna tərəf isə rusiyameylli separatçıların Avdeyevka qəsəbəsinə güclü artilleriya-raket zərbələri endirməsinə dair sübutları təqdim edir. Bununla belə Ukrayna komandanlığı bildirir ki, silahlı qüvvələr əks hücuma keçərək separatçıları bir […]

Qərar açıqlandı: Lapşin Bakıya göndərilir

Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb Virtualaz.org xəbər verir ki, Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib. Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib. Onun elə bu gün Bakıya yola salınacağı gözlənilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728