Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır

“Əminəm ki, Dağlıq Qarabağda tərəfləri müharibəyə ABŞ təhrik edir. Obama dövründə bu istiqamətdə daha aktiv iş aparılırdı. İndi ABŞ-da administrasiya dəyişdi və vəziyyət tədricən yaxşılaşacaq. Bu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan “Lavrov planı” reallaşacaq”. Publika.az  xəbər verir ki, bu barədə Kremlin ideoloqu hesab olunan məşhur rus millətçisi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Vladimir Duqin […]

Daha bir DƏHŞƏTLİ QƏZA: Ölən və yaralanan var

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb. “BMW” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya […]

Ziya Məmmədov İsveçdə korrupsiya qalmaqalının tən ortasında

İsveçdə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbərliyinin ətrafında iri korrupsiya qalmaqalı qızışmaqdadır. Bu ölkənin korrupsiyaya qarşı mübarizə üzrə milli şöbəsi məşhur Kanada şirkəti olan “Bombardier”in İsveç törəməsinin bir neçə əməkdaşını saxlayıb. 2013-cü ildə şirkət “Azərbaycan Dəmir Yolları” (ADY) üçün avadanlıq təchizatı üzrə iri tenderin qalibi olub. Söhbət Bakı-Böyükkəsik dəmiryolunun avtomatlaşdırma […]

“Balam 2 oturacağın arasında qalıb, beyni partlayıb” – Qəzada ölən nişanlı qızın anası FƏRYAD ETDİ – FOTO/VİDEO

Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək, sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış, Rozaya gəlin otağı bəzənmişdi. Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu. 20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil […]

Spikerlə deputat yenə mübahisə etdi:“Ay Zahid yenə camaata ağıl öyrətmə, 10 dəqiqə çıxış et, bəsindir!”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunan zaman spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb. Cumhuriyyet.az  xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmək üçün deputat Zahid Oruca 10 dəqiqəlik vaxt verib. Bu zaman Z.Oruc 10 dəqiqənin az […]

Nazir Milli Məclisin iclasını yarımçıq tərk etdi – Prezident çağırdı

Bu gün Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası yarımçıq tərk etməli olub. Cumhuriyyet.az  xəbər verir ki, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidentinin yanına çağırılması olub. Məlumatı parlamentin iclasına sədrlik edən spiker Oqtay Əsədov verib. O deyib: […]

“Müalicə xərcləri çox bahadır” – deputatdan ÇAĞIRIŞ

“İndi 65 yaş məsələsi Azərbaycan cəmiyyətində çox ciddi müzakirə olunur”. Cumhuriyyet.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirələr zamanı bildirib. F.Mustafa deyib ki, indi təklif olunan layihədə yaş həddinin bərabərləşdirilməsi nəzərdə tutulur: “Əhalinin elə bir kateqoriyası var […]

Təhsildə BİABIRÇILIQ: 239 saylı məktəbdə rüşvət görün necə yığılır – FOTO

239 saylı məktəbdə baş alıb gedən rüşvətxorluq müəllimələri dilə gətirdi. Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir parçasına çevrilib. Buna baxmayaraq, yeni təhsil ocaqlarında valideynlərdən və müəllimələrdən yığılan rüşvətlər sözügedən təhsil siyasətinə vurulan ən böyük zərbələrdən biridir. […]

Dünyanı dəhşətə gətirən KADRLAR: Meyitlərlə cinsi əlaqədə olurlar – VİDEO/FOTO

“CNN” kanalında “Believer” (İnanc) adlı bir sənədli filmin İran əsilli aparıcısı Rza Aslanın Hindistanda çəkdiyi kadrlar dünyanı şoka salıb. Publika.az  xarici mətbuata istinadən xəbər verir ki, sözügedən sənədli film Aqhorilərin inanclarından bəhs edib. Dünyadakı müxtəlif inanclara inanan qruplarını araşdıran və verilişində onların ənənələrini ətraflı şəkildə göstərməyə çalışan Rza Aslanın Aqhorilər ilə bağlı çəkdiyi görüntülər mübahisə yaradıb. […]

Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli”yə SUİ-QƏSD CƏHDİ – DETALLAR

Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”lərin rəhbəri general Zəkai Aksakallıya Suriyada “Fərat Qalxanı” hərəkatında sui-qəsd cəhdi olub. Cumhuriyyet.az publika.az -a  xəbər verir ki, bu haqda təhlükəsizlik mütəxəssisi Abdullah Ağarın yazdığı “Azad Şəhid’ adlı yeni kitabında yazılıb. Kitabda sui-qəsd cəhdi bütün detalları ilə izah edilir. Ağarın yazdığına görə, sui-qəsd cəhdi Türkiyə-Suriya yerləşən Azezdə baş verib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031