Rusiyadan Azərbaycana gəmilərlə dolu silah-texnika gətirildi

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Bu barədə Müdafiə Naziliyi məlumat yayıb. Məlumatdaa deyilir ki, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək. Həmin silah-sursat və hərbi texnikanın ən […]

Gəncədə dəhşət: qatar 58 yaşlı kişinin üstündən keçdi

Gəncə şəhər sakini elektrovozun altında qalıb. APA-nın verdiyi məlumata görə, şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ş. Quliyev dəmir yolu xəttinin kənarında sol qolu kəsilmiş vəziyyətdə aşkarlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əli İnsanova 7 il 5 gün həbs cəzası verildi

Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Cumhuriyyet.az verir ki , hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. O, Ə. İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub və Ə.İnsanova […]

Məleykə Abbaszadədən Mikayıl Cabbarova ağır ittiham:”MÜƏLLİMLƏRİN ÇOXUNUN PEŞƏKARLIQ SƏVİYYƏSİ AŞAĞIDIR”

“Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 29-54 faizini mənimsəyir”. Cumhuriyyet.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb. Hesabatda qeyd olunur ki, bu ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni […]

Əhməd Vəliyevin bankında görünməmiş olay- “MuğanBank” uşaqla müqavilə bağlayıb

“MuğanBank” ASC 2014-cü il tarixdə yetkinlik yaşına çatmayan Göygöl rayon sakini Xudiyev Tural Əhliyyət oğlu ilə valideyinlərinin razılığı olmadan zaminlik müqaviləsi bağlayıb. Bu barədə Gununsesi.info-ya  Tural Xudiyevin vəkili Əziz Qənbərov məlumat verib. Vəkil bankın bu addımının qanunsuz olmasıyla yanaşı həm də bir ilk olduğunu deyib. Vəkilin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə əsasən bu cür müqavilələr (maddə […]

“Dəbdəbəli toy edənlər dövlət tərəfindən cəzalandırılır”— deputatdan SENSASSİON AÇIQLAMA

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yazılan xəbərlərə münasibət bildirərkən deyib. N.Cəfərovun sözlərinə görə, bəzən elə əxlaqa sahib olan insanlar var ki, onlar bu cür cəzaları belə gözünün qabağına alıb mənfi hərəkətlərə yol verirlər: “Yəqin ki, […]

Gözəl səsi ilə tamaşaçıların rəğbətini qazanan güneyli müğənnimiz Keykavus – VİDEO

Bu günkü müsahibimiz tanınmış müğənni, Güney Azərbaycandan olan Salehi Keykabus Einali oğludur. Keykavus gözəl səsə sahib olan müğənnilərimizdəndir.O bir çox toy məclislərində iştirak edir və televiziya verilişlərinə dəvət olunur.Gənc müğənnimizin 33 yaşı var,lakin gənc olmağına baxmayaraq gözəl səsə sahibdir və çoxsaylı tamaşaçıların rəğbətini qazana bilib. Keykavus Bolgexeber.com-a qısa açıqlamasında bildirdi ki,bu sənətə öz istəyi ilə […]

Eldəniz Quliyev Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb

Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə redaksiyamızı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu gün E.Quliyevlə əlaqə saxlayan prokurorluq əməkdaşı ondan bazar ertəsi saat 10:00 radələrində adıçəkilən idarəyə gəlməyi tələb edib. Çağırışın nə ilə bağlı olduğu, E.Quliyevin hansı […]

Bakının yeni prokuroru kimdir?

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. Lent.az bildirir ki, Naxçıvan şəhərində anadan olmuş 44 yaşlı İlqar Abbasov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və […]

Qızına aldığı cehizin pulunu verə bilməyən anaya 9 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb, pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930