BSU “Elektron universitet” layihəsinə qoşulur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin (TN) təşəbbüsü ilə ali təhsil müəssisələrində vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını nəzərdə tutan Ali Təhsilin İnformasiya Sistemi (ATİS) layihəsi çərçivəsində  yanvarın 16-da Bakı Slavyan Universitetində (BSU) tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları iştirak ediblər. BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanda elektron cəmiyyət və elektron hökümət […]

“Qarabağ” dünyanın ən yaxşı 93-cü klubu oldu

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 402 komandası yer alıb.   2017-ci ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı.   Ağdam klubu 136 xalla planetin 93-cü komandasıdı. İlk “100-lük”dəki yeganə təmsilçimiz Çempionlar […]

Gəncə aeroportunda maraqlı olay: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərirlər

“Gəncə Beynəlxalq Hava Limanında sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır. Səhər reysi ilə uçuş üçün 7-dən tez gələnlər qapıda saxlanılır”. Bu barədə jurnalist Elkin Xəlilov öz “Facebook” səhifəsində yazıb. O, vaxtından əvvəl getdiyi üçün soyuq havada aeroportun bağlı qapıları arxasında qaldığını, ayaqyolu əvəzinə mühafizəçinin ona ağaclığı göstərdiyini, hava limanının şəxsi mülk kimi işlədildiyini, həmçinin yüklərin […]

Məşhur polyak naşir BSU-dan yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda təhsilimizin uğurları və qarşıda duran vəzifələr barədə fikirlərini yekunlaşdırarkən demişdi: “Azərbaycan  dövləti təhsilin inkişaf etmiş dünyanın təhsilinə inteqrasiyası üçün əlindən gələni edir. Gənclər dövlət  vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir, dünyanın nüfuzlu ali məktəblərindən tanınmış alim və professorlar Azərbaycanın ali məktəblərinə mühazirələr oxumağa […]

“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

 “Nar” ilə smartfona sahib olmaq indi daha asandır. Belə ki, from.ae internet səhifəsində smartfonlar “Nar” abunəçiləri üçün xüsusi endirimli qiymətlərlə təklif edilir. Hər bir “Nar” istifadəçisi az.fromae.com/az/nar3 keçidinə daxil olaraq öz nömrəsini qeyd etməklə endirim qazanmaq şansını yoxlaya bilər. Qeyd edək ki, bu fürsət from.ae internet mağazası ilə loyallıq proqramı çərçivəsində təqdim edilir. Bu proqramdan […]

Baş nazirin İlham Əliyevlə qeyri-rəsmi görüntüsü

Ötən gün Azərbaycana səfər edən Bolqarıstanın baş naziri Boyko Borisov prezident İlham Əliyevlə görüşünü barədə məlumat paylaşıb. Cumhuriyyet.net xəbər verir ki, bolqar nazir “Facebook” səhifəsində Azərbaycan prezidenti ilə foto paylaşaraq yazıb: “Sofiya ilə Bakı arasında birbaşa əlaqə biznesin, turizmin inkişafına və Bolqarıstanla Azərbaycan arasında əlaqələrin genişləndirməsinə dəstək olacaq. Xalqlarımız arasında sevgi çoxdur”.

Əli Mirəliyev: “20 ildir arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm”

Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib. Cumhuriyyet.net  xəbər verir ki, yenicag.az-a danışan müğənninin bu sözlərindən sonra evdə dava düşməsə yaxşıdır: “Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə. Həftədə bir dəfə yanıma gəlir, paltarlarımı yuyur-ütüləyir, evi yığışdırır, yeməyimi bişirir, yenə şəhərə-evinə qayıdır. Bunu efirdə də demişəm, arvadı boşamaram, amma onu sevmirəm də. […]

 Bakıda avtomobil kirayəsi şirkəti borcunu ödəməkdən imtina etdi – GİLEY

“Brend- Rent a car” avtomobil kirayəsi firması başqa bir şirkətin xidmətlərinə görə ödəməli olduğu pulu vermir. Bununla bağlı Məhərrəm Vəliyev adlı şikayətçi “Ölkə.Az”-a müraciət edib. Müraciətdə qeyd olunur ki, 2017-ci ildən “Brend- Rent a car” şirkəti kirayəyə verdiyi maşınların təmiri üçün “Toyota Eurostyle” şirkətinə müraciət edib. Servis xidməti göstərən şirkət 6 ay ərzində “Brend” avtomobillərinin […]

“Çox təəssüflə deyirəm ki, hazırda axtarışlar aparmaq mənasızdır” – Alpinistlərin axtarışı ilə məşğul olan dağçı

Xəbər verdiyimiz kimi, ötən il dekabrın 24-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 alpinist itkin düşüb. Onlar “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvünün axtarışları davam edir. Maraqlıdır, helikopterlə […]

Qalmaqallı məmurla bağlı yeni iddialar – Belə deyirlər…

Qızına 400 min dollarlıq toy etməsi xəbəri ilə gündəmə gələn Bakı Lift İdrəsinin direktoru, oliqarx Qüdrət Şükürovla bağlı Bizimxeber.az-a maraqlı məlumatlar daxil olub. Belə ki, bir müddət əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Q.Şükürov Gümüş Plazadakı dəyəri 1.8 milyon olan 2 mənzili satıb. Hətta o da deyilirdi ki, mənzillərdən başqa Şükürov bir neçə bahalı avtomobilini də […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031