NATO-dan Türkiyəyə dəstək: “HAQQI VAR”

Hər ölkənin özünü müdafiə etməyə haqqı vardır. Bu sözlər NATO-nun Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlamasında yer alıb. NATO-dan verilən açıqlamada Türkiyənin əməliyyat barədə təşkilata üzv ölkələri qabaqcadan məlumatlandırdığı bildirilib. Türkiyənin qarışıq bir bölgədə yerləşdiyini və terrordan açıq şəkildə zərər çəkdiyi vurğulanıb. NATO-nun açıqlamasında həmçinin türk rəsmilərin Baş katib Yens Stoltenberqlə mütəmadi […]

Ata qızını iki yerə böldü və … – VİDEO

Sosial mediada yayılan görüntülər baxanları xeyli düşündürüb. “A24.az” bildirir ki, illüzyonist atanın öz övladı üzərində etdiyi sehrbazlı hərəkəti çox maraqla izlənib. Görüntülərdə uşaq yatmış haldadı və gənc illüziyaçı ata əlinə kitab alaraq qızını belindən tən yarı bölür. Hətta bədənini bir – birindən də ayırır. Bu vaxt yuxudan ayılan uşaq atasına gülümsəyir. Daha sonra uşağın bədəninin […]

“Baku Bus” MMC Tarif Şurasını saymır: 175 saylı avtobusda qısa məsafəyə gediş də 30 qəpikdir

“Baku Bus” MMC”yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar. “Xəzər TV” bildirir ki, bir neçə gün əvvəl Səməd Vurğun parkından Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə, sərnişinlər […]

Arvadını öldürən kişi: “Namusum övladlarımdan da üstündür”

Keçmiş həyat yoldaşını amansızlıqla övladlarının gözü qarşısında öldürən şəxsə 18 il cəza kəsilib. Sonuncu məhkəmə prosesində hadisənin təfərrüatları ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qətlə yetirilən qadının atası keçmiş kürəkəninə ömürlük cəza istəyib. Musavat.com xəbər verir ki, qətl törətməkdə təqsirləndirilən Ramil Şükürovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi […]

“Turanbank” əmanətçilərinin nəzərinə: Pullarınız bata bilər

“TuranBank” dollarla 36 aya müddətinə yerləşdirilən əmanətlərini sığortalamır. Cumhuriyyet.az ölkə.az-a istinadən xəbər verir ki, xəzinə əmanət növündə 36 aylıq dollarla rəsmiləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanmır. Belə ki, ADİF milli valyutada 15%, xarici valyutada isə 3%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən […]

Əziz Əzizovdan 20 yanvar şəhidlərinə sayğısızlıq: “Xoşbəxt olun…” – FOTOLAR

20 yanvar hadisələrinin ildönümü ölkəboyunca qeyd edildi. 28 il ötməsinə baxmayaraq Azərbaycan xalqının şəhidlərin xatirəsini əziz tutaraq gerçəkdən “Unutmadıq! Unutmayacayıq!” həqiqətini dünyaya göstərməsi qürurverici bir məqam idi. Ancaq təəssüflər olsun ki, bəzi məmurlar bu tədbirə də plan yerinə yetirmək kimi yanaşıblar. Bununla bağlı cumhuriyyet.az olaraq Cəlilabad rayonunda baş verən olayı diqqətinizə çatdırmaq istəyirik. İlk öncə […]

Kimya zavodu partladı, sonra yandı – Ölən və yaralananlar var

Hindistanın Vadodara şəhəri yaxınlığında “GSP Crop Science Private Ltd.” şirkətinə məxsus kimya zavodunda partlayış baş verib və yanğın başlayıb. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatıdırılıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub, partlayışın səbəbləri araşdırılır.

Azərbaycanda bir polis bışaqlandı, biri güllələndi

Bu gün Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb. Məlumata görə, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb. Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata […]

Türk şahinlərindən AĞIR ZƏRBƏ: Baş qərargah görüntüləri paylaşdı – VİDEO

Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) keçirdiyi “Zeytun budağı” əməliyyatında YPG terror təşkilatına ağır zərbə vurulub. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahından verilən məlumata görə, terror təşkilatının silah-sursatının saxlanıldığı əsas anbar F-16 qırıcılarının bombardmanı nəticəsində havaya uçurulub. Silah-sursat anbarında ardıcıl partlayışların baş verdiyi bildirilir. […]

Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu

Bir neçə gün öncə Liman şəhərinin “Xutor” deyilən yaşayış massivində üç evə basqın edərək dörd nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüat məlum olub. Cumhuriyyet.az-ın Report-a istinadən xəbərinə görə, quldurluq edən şəxs saxlanılıb. Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031