Ramil Usubov polislərə xəbərdarlıq etdi

Hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, öz fəaliyyətlərində başlıca məqsəd kimi vətəndaş məmnunluğunu təmin etməlidir. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib. […]

Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Milli Məclisə isə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Teleradio yayımçılarına 3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon […]

İltimas Məmmədovla Elmir Vəlizadə vəzifələrindən azad olundu

Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavini vəzifədən azad olunub Cumhuriyyet.net-in “Unikal.org”a istinadən məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub. Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib.

Mirqafar Seyidov: “Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin açılması təmin edilib”

Bakıda törədilən qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin açılması təmin edilib.   Cumhuriyyet.net-in məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ötən ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirib.   O, qeyd edib ki, əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8,  soyğunçuluqlar 10, quldurluqlar […]

“NAZ-Lifan” istehsalı dayandırıb?

Hələ 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumat vermişdik. Qaynarinfo xəbər verir ki, həmin vaxt Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı. Bu açıqlama üzərinə qınaq obyektinə çevrilən zavod rəsmisi, çarəni jurnalistləri zavoda toplayaraq, hələ də fəaliyyətdə olmaları təsəvvürü yaratmaqda gördü. Amma rəsmi statistika […]

Prezident itkin düşən alpinistlərlə bağlı göstəriş verdi

Azərbaycanın baş nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib. Cumhuriyyet.net xəbər verir ki, A.Şərifov ölkə.az-a müsahibəsində itkiş düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verildiyini deyib: “Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə […]

Siqareti tərgitmək istəyənlərə kömək kabinetləri yaradılacaq

Bu il ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər. Kabinetin yaradılmasında məqsəd siqaretdən qurtulmaq istəyənlərə yardım göstərməkdir. Müraciət edənlərlə psixoloji iş aparılacaq. Xatırladaq ki, belə kabinetlərin yaradılması “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb. Bundan əvvəl, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və […]

Bütün dinlərə sitayiş edən, dilənçilikdən milyonçuluğa qədər qalxan azərbaycanlı – FOTOLAR

Bütün SSRİ-nın ilk rəsmi milyonçusu olan Cənnət Əliyevin nəinki azərbaycanlıların, hətta bütün insanların belə diqqətini çəkəcək həyat hekayəsi olub. Cənnət Əliyev çətin bir dönəmdən keçərək böyük yüksəliş əldə edib. O, keçməkeçli, enişli-yoxuşlu həyatında həm kasıb, həm varlı ömür yaşayıb. Eyni zamanda Cənnət Əliyev həbsxanaya salınıb və ruhi xəstəxanada müalicə alıb. Minval.info xəbər verir ki, Cənnət Salman oğlu […]

BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib-FOTO

Yanvarın 18-də Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinə həsr edilmiş “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031