Dünyanın ən hündür binası tikilir – VİDEO

Səudiyyə Ərəbistanında dünyanın ən hündür binası inşa olunur. “Jeddah Tower” və ya “Bürc əl Məmləkə” adlanan bu bina Ciddə şəhərindən 32 km şimaldadır. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, 1007 metr yüksəkliyə malik, 252 mərtəbədən ibarət bina 80 min insanın yaşayacağı “Kingdom Center” adlı yeni yaşayış massivinin mərkəzi olacaq. Qırmızı dənizin sahilindəki layihənin ümumi dəyəri 75 […]

Rusiyaya finalda Almaniya rəqib oldu

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında kişi hokkeyində ikinci finalçı da bəlli olub. Oxu.Az xəbər verir ki, 1/4 finalda son dünya çempionu İsveçi yarışdan uzaqlaşdırmaqla sensasiyaya imza atmış Almaniya bu dəfə favoritlərdən sayılan, son Olimpiya çempionu, doqquzqat bu yarışların qalibi Kanadanı məğlub edib – 4:3. Maraqlıdır ki, almanlar üç il əvvəl Praqada […]

Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı – VİDEO

İki tanınmış müğənni şou biznesin səs-küyündən uzaqlaşıb, Türkiyənin cənnət məkanı Bodrumda əl-ələ verib yeni biznes açdılar.  Söhbət Niyam Salami və həmkarı Samir Piriyevdən gedir. BAKU.WS xəbər verir ki, sənətçilərin bir araya gəlib “Nissa” adlı restoran açdılar. Ötən gün təmtərahlı şəkildə restoranlarının açılışını edən Niyam və Samir görüntülərini sosial şəbəkədə yayımlayıblar. Restoranın bütün dekorasiya işlərini öz öhdəsinə […]

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar birgə bəyanat yayıb. Cumhuriyyet.net xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan Respublikası 1980-ci illərin sonlarından Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və dövlət səviyyəsində terrorizmi açıq dəstəkləməsinə, Azərbaycana qarşı müharibəyə başlayaraq ərazilərimizin 20 faizini işğal etməsinə, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir […]

Elman Fəttahın qardaşı fəciəvi şəkildə həlak oldu

Müsavat Partiyasının başqanının sabiq müavini Divan üzvü Elman Fəttaha ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, onun qardaşı Əziz Fəttahı Bakının Nəsimi rayonunda “3-cü mikrorayon dairəsi” adlanan ərazidə maşın vurub. O, hadisə yerində ölüb. Mərhum Şəkidə dəfn olunacaq.

Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər (SİYAHI)

“Milli Məclis yanında Toponomiya Komissiyasının sonuncu iclasında Azərbaycanın 1 şəhərində, 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələyə baxılıb və müvafiq qərar qəbul edilib”. Cumhuriyyet.net xəbər verir ki, bunu Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli modern.az-a açıqlamasında deyib. Komissiya sədri 3 istiqamətdə təkliflərin daxil olduğunu xatırladıb: “Vaxtilə kəndlərin tarixi adı dəyişdirilərək, onlara sovet bolşevik rəhbərlərinin adları […]

Məzahir Pənahova ağır itki

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova ağır itki üz verib. Cumhuriyyet.net Report-a istinadən xəbərinə görə, MSK sədrinin qardaşı Mahir Pənahov vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib. Mahir Pənahov Vergilər Nazirliyində işləyib.

Bakıda restoranın havalandırma sistemində ilişib qalan şəxs oğurluq məqsədilə ora giribmiş – RƏSMİ

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərəa görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. […]

Gənc şair özünü dənizə atdı – AÇIQLAMA

Gənc şair Cabbar Çətin intihara cəhd edib. AzNews.az xəbər verir ki, bu barədə şairin dostları sosial şəbəkədə məlumat veriblər. Onlar qeyd ediblər ki, şair özünü dənizə atıb. Dostları onun hazırda xəstəxanada olduğunu və səhhətinin də normallaşdığını bildiriblər. Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Rauf Aslanov AzNews.az-a açıqlamasında birliyin Cabbar Çətin adlı üzvünün olmadığını deyib: “Tanımıram, belə bir […]

Federasiyaya yeni prezident seçildi

Bu gün Avrasiya Kombat Ciu-Citsu Federasiyasına yeni prezident seçilib. Yenicag.az xəbər verir ki, qurumun inzibati binasında keçirilən mətbuat konfransında yeni prezident ictimaiyyətə təqdim olunub. İdarə Heyətinin qərarına əsasən, Aqil Acalov sözügedən federasiyaya rəhbər təyin olunub. O, bu postda Rəsul Məmmədovu əvəzləyib. Təklif alanda qürurlandığını bildirən Acalov, ona göstərilən etimadı doğrultmağa çalışacağını söyləyib. Qeyd edək ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728