MSK daha 7 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqlədi

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb. Cumhuriyyet.net-in  APA-ya istinadən xəbərinə görə, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası […]

Azərbaycanın xarici borcu niyə 4 milyard artıb? (SƏBƏB)

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun illik müqayisədə dörd milyard manat artmasının səbəbini açıqlayıb. Cumhuriyyet.net  xəbər verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib […]

Afrində öldürülən terrorçu sayı: 1595

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1595 nəfərə çatıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Son məlumatlara görə, əməliyyat müddətində 63 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” […]

Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir

Azərbaycanda şirkətlərə “halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.  Cumhuriyyet.net xəbər verir ki, bu barədə Foodinfo.az-a Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib: “Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır. Sahibkarlar “halal” sertifikatı hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikat Qida […]

İsmayıllıda kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib-FOTO

Novruz bayramı ilə əlaqədar hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı və digər ərzaq məhsullarının satış-yarmarkası keçirilməsi qərara alınıb. İlk yarmarka 17 fevral 2018-ci il tarixdə hər cür şəraiti olan “Yaşıl bazar”da təşkil olunub. Bütün icra nümayəndəlikləri və bələdiyyələr, fermerlər ərazilərində istehsal olunan məhsullarla satış-yarmarkada iştirak ediblər. İvanovka, Talıstan, Topçu, Qurbanəfəndi, Qalınçaq kəndləri yarmarkaya […]

Yaddaşlarda sovet casusu kimi qalan aktyor

Tixonov 81 yaşında başa düşdü ki, ömrü boyu yalnız keçmişdə qalan qızı sevib “Vyaçeslav Tixonov – bu böyük aktyor, milyonlarla tamaşaçının qəlbində həmişə birinci dərəcəli sovet casusu olaraq qalacaq”. Görkəmli rus aktyorunun 90 illiyi Rusiya mətbuatında bu cümlələrlə qeyd edilir. Ştirlis rolu təkcə aktyorun özü üçün deyil, bütünlüklə SSRİ kinematoqrafiyası üçün böyük uğur idi. “Baharın […]

“Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? – VİDEO

Bir neçə gündür “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin “qanuni oğru” kimi taclandırması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Lent.az-ın Crimetime.ru- ya istinadən məlumatına görə, “whats app” proqramı ilə yayılan səsli mesajlarda Firdovsi Musatafayevin qanuni oğru adına yiyələndiyi və yaxın vaxtlarda bütün həbsxanalara “praqon” yayılacağı bildirilir. Lakin saytın kriminal dairələrdən aldığı məlumata əsasən, yayılan xəbərlər […]

Azərbaycanda qeyri-adi hadisə: – Qadın ərinə ikinci arvad aldı

Atv kanalında yayımlanan “Zaurla Günaydın” verilişində maraqlı anlar yaşanıb. 24.az-a istinadən xəbər verir ki, verilişə qonaq kimi dəvət olunan nənələrdən biri öz ərinə günü gətirdiyini bildirib. Övladı olmadığına görə ərinə ikinci dəfə toy edən xanım gününü də özü seçib. Hazırda bir evdə yaşadıqlarını bildirən xanım ikinci dəfə ərinə seçdiyi xanımı əvvəllər tanımadığını bildirib. Sözügedən videonu […]

Azərbaycanda 17 bank vergidən belə yayınır – “2017-ci il bank sektoru üçün ən zərərli il olub”

Azərbaycan bank sektorunda vəziyyət getdikcə daha da ağırlaşır. Bunu 2017-ci ilin yekunları ilə bağlı açıqlanan statistik məlumatlardan da açıq şəkildə görmək mümkündür. Məlumata görə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 17-si ötən il mənfəət vergisi ödəməyib. Bunlar “Access Bank”, “AFB Bank”, “AGBank”, “Amrah Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “Express Bank”, […]

“Məni ona görə günahlandırıb ki..” – Nazirə ŞİKAYƏT

Prezident təqaüdçüsü, “Şərəf” ordenli şair-dramaturq Ramiq Muxtar Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Ramiq Muxtarın Reyting.az saytı vasitəsi ilə etdiyi müraciətinə Azərbaycan Yazıçılar Birliyindəki mənzil qalmaqalı səbəbindən yaranmış məhkəmə çəkişməsidir. Şair-dramaturq müraciətində yazır: “Hörmətli nazir! Mən, Sizə çoxlu sayda məktub və teleqramlar göndərmişəm. Lakin mənim Sizin qəbulunuza düşməyim müşkül işə çevrilib. Mən Vətənimə və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728