İlham Əliyev Türkiyəyə gedir

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. Cumhuriyyet.net  xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, dövlət başçısı iyunun 12-də Eskişehirdə TANAP layihəsinin açılış mərasiminə qatılacaq. Açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər səngimək bilmir. Bu günlərdə Qaynarinfo-nun redaksiyasına daxil olan növbəti şikayətdə bildirir ki, mağaza vətəndaşın hüquqlarını kobud kəskin şəkildə pozub. Belə ki, zərərçəkmiş Ruslan Qafarov 14.05.2017-ci il tarixində mağazadan 1399 manat 99 qəpiyə televizor aldığını deyir. Lakin 2 ay sonra televizorun ekranın qırmızı xətt yaranır. “Kontakt Home”un texniki servis işçiləri yoxladıqdan sonra televizoru təmir […]

“Rüşvətxor, qudurğan bəzi idarə-təşkilat rəhbərləri jurnalistləri ləkələməyə çalışırlar”

“Dövlətin minlərlə, milyonlarla manat pulunu oğurlayanlara niyə “reket” demirlər? Əsl reket onların özü deyilmi?” Bu gün cəmiyyətdə jurnalist adına ləkə gətirən şəxslər də az deyil. Sözsüz ki, zamanla hər bir sahədə belə saxtakarların olması bu sahədə öz əməyi ilə çalışan şəxslərin də adına ləkə gətirib. Bu adamların hərəkəti isə jurnalist adına belə bir ad gətirib: […]

“Verilişlərin çoxu mənəvi dəyərlərin məhvinə xidmət edir”

“Mənə elə gəlir ki, televiziyalara xüsusi bir təlimat verilib ki, siz ancaq belə bayağı verilişlər yayımlasınlar” Efirlərimizdəki bayağı, şou verilişlərin dözülməz olduğunu deyən şair Salam Sarvan dünən Moderator.az-a açıqlamasında bildirdi ki, bu məsələdə intellektinə güvəndiyimiz deputatların, hansısa səviyyədə sözü keçən ziyalıların işə qarışmasına ehtiyac var. Məsələylə bağlı Xalq şairi Sabir Rüstəmxanlıya müraciət etdik. S.Rüstəmxanlı Moderator.az-a […]

Xanım alimin evindən 1 milyonluq oğurluq işi: qulluqçu alimin qızının hansı özəl işlərinə yardım edib?

Alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıblar. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə verməkdən imtina […]

11 qəpik olduğu üçün qənaət edilən elektrik enerjisi xaricə 7 qəpiyə satılır

“Azərenerji” ASC elektrik enerjisi istehsalını azaldıb. Yeniavaz.com Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyinə istinadən bildirir ki, azalmaya səbəb kimi 2016-cı ilin dekabr ayından etibarən Tarif Şurasının tətbiq etdiyi yeni qiymətlər göstərilir. Bildirilir ki, 2017-ci ildə istehsal edilən elektrik enerjisinin ümumi həcmi əvvəlki ilə nisbətən 2% azalaraq 21 […]

Prezident Tovuzun icra başçısını işdən çıxardı-YENİ TƏYİNAT

Prezident İlham Əliyev daha bir icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam verib. Cumhuriyyet.net xəbər verir ki, prezidentin sərəncamına əsasən, Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İlham Əliyevin digər sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Məmməd Cahangir oğlu Məmmədov təyin olunub.

Nazir deputatın tikintisini DAYANDIRDI – Araşdırma başladı

Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb. Paytaxtın Salatın Əsgərova küçəsində “Malibu Rezidens” şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb. Məlumat Unikal.org-da işıqlandırıldıqdan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev ərazidə dərhal tikinti işlərin dayandırılması […]

Məşhur ANS-çiyə İTV-də vəzifə verildi

Tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı İTV-də yüksək posta təyin olunub. Cumhuriyyet.net BakuPost-a istinadən xəbər verir ki, o, “Carçı” xəbərlər departamentində baş redaktorun müavini təyin edilib. Bir neçə gündür, danışıqları gedən təyinat dünən baş tutub. K. Əlisgəndərqızı bu gün səhər saatlarında kollektivə təqdim edilib. Məlumat üçün bildirək ki, K.Əlisgəndərqızı ANS-də “İç xəbər” verilişinin aparıcısı olub.

Məşhur sovet kinorejissoru vəfat etdi

Ukrayna və sovet kinorejissoru, aktrisası Kira Muratova vəfat edib. TİA.AZ-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor 83 yaşında vəfat edib. Muratova “İşıqlı dünyanı tanımaq”, “Həssas milisioner”, “Üç əhvalat”, “Çexov” motivləri kimi filmlər çəkib. Bunların arasından “Astenik sindrom” adlı filmi 40-cı Berlin kinofestivalında Jürinin xüsusi mükafatını – “Gümüş ayı”nı qazanıb. Onun filmlərində Oleq Tabakov, Vladimir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2018
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930